Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Noyabr 14:11
Şərh Yoxdur
1178

Kişinin ailədəki 3 əsas vəzifəsi

İmam Sadiq (ə) buyurur: “Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə:

1. Xoş rəftar.

2. Ölçüsündə olan əliaçıqlıq.

3. Təmkinlə birlikdə olan qeyrət”.

 

Onu da qeyd etmək lazımdır ki, xoş rəftar – insanın özünə geri qayıdar.

Müqəddəs dinimiz nəsillər arasında əlaqənin vacibliyinə diqqət çəkir.

İmam Sadiq (ə) buyurur: “Atalarınızla xoş rəftar edin ki, övladlarınız da sizinlə xoş rəftar etsin”.

 

Bəs dinimiz nəzərində ən gözəl evlilik hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı evlilik odur ki, ən asan yerinə yetər”.

 

Dinimizin nəzərində evlənməyən gənclərin oruc tutması məsləhətdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey cavanlar! Evlənin. Əgər evlənə bilməsəniz, oruc tutmağın sorağına gedin ki, oruc şəhvəti qurudar”.

 

O zaman ki, Allah bir ailə üçün xeyir istəyər…

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bir ailə üçün xeyir istəsə, onları dində bilikli edər. Kiçiklər böyüklərinə hörmət edərlər. Həyatları mehriban olar, ruzilərini xərcləyən zaman etidala riayət edərlər. Onları eyiblərindən agah edər ki, onları aradan qaldırsınlar”.

 

Müqəddəs dinimiz xəbərdarlıq edir ki, ərini incidən qadının heç bir əməli qəbul olunmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, ərini dili ilə incidər, Allah ondan heç bir malı və xeyir işi qəbul etməz, o zamana qədər ki, onu razı salar. Baxmayaraq ki, gündüzləri oruc tutar və gecələri ibadətlə məşğul olar, qul azad edər. Atəşə daxil olan ilk kəslərin zümrəsindən olar. Həmçinin kişilər üçün də eynidir, əgər xanımlarına zülm edirlərsə”.

 

Bəs bir kişinin səadəti nədir?

İmam Səccad (ə) buyurur: “Kişinin səadəti odur ki, öz şəhərində ticarət edər, şərikləri və müştəriləri saleh və yaxşı insanlar olar. Həmçinin elə övladlara malik olar ki, ona yardım edərlər”.(Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Nəfslə mübarizə aparmaq üçün əməli proqram

İnsan gərək nəfsi istəkləri ilə ağıl və şüur çərçivəsində mübarizə aparsın. Rəhmətlik İmam (r) buyurur: “Bilmək lazımdır ki, həvayi-nəfs müxtəlifdir və dərəcələri vardır.... Davamı..

Oğru hansı şərtlər daxilində şəri cəza alar?

Oğurluq kəbirə günahlardan olub, insanın iman zəifliyinə qayıdır. Çünki imanı güclü olan insan oğurluq etməz və əlində olanlara qane olar.   Bəs oğru... Davamı..

Əqiq üzüklә nаmаz qılmаğın fәzilәti

Həzrət Məhəmməd (s) buyurub: “İki rәkәt әqiq üzüklә qılınаn nаmаz, yеtmiş rәkәt üzüksüz qılınаn nаmаzdаn üstündür.”[1] İmаm Sаdiq (ә) buyurub: “Әqiq üzüklә... Davamı..

Аllаhın rәhmәt qаpılаrı dörd vахt аçılır

Həzrət Məhəmməd (s) pеyğәmbәr buyurub: “Аllаhın rәhmәt qаpılаrı dörd vахt аçılır: 1.Yаğış yаğаn vахt;  2. Övlаd mәhәbbәtlә аtаnın üzünә bахаn vахt;  3.Kәbәnin qаpısı аçılаn vахt;... Davamı..

Mələklər öz qanadlarını elm öyrənənlərinin ayağı altına salır

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: إنّ المَلائِکَةَ لَتَضَعُ أجنِحَتَهَا لِطَالِبِ العلمِ «Həqiqətən mələklər öz qanadlarını elm öyrənən şəxsin (ayağı)... Davamı..

Nə zaman insanda bu beş xüsusiyyət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar

Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”. Loğman deyir: “Din”. Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”. Deyir: “Din... Davamı..

İslam dinində hamama getməyin ədəb qaydaları

Bədənin gigeyenası İslam dininin əhəmiyyət verdiyi ən mühüm mövzulardandır. İslam dininin təmizlik və paklıq ilə sıx əlaqəsi vardır.   Məsum İmamlarımız (ə)... Davamı..

Həzrət Məhəmməd (s): “Sədəqə Allahın qəzəbini yatırar”

“Onların mallarından sədəqə çıx ki, bunun vasitəsilə onları pak və təmiz edəsən. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir... Davamı..