Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Noyabr 16:32
Şərh Yoxdur
759

Xəyalda günah qeyd olunmaz. Amma əmələ çevrilməsinə yol verilməməlidir

Dünya başdan-başa ciddiyyətlə doludur və bu aləmin heç bir zamanı və məkanı yersiz və boş deyildir. Və ya yersiz şeylər üçün xəlq olmamışdır.

 

Yer üzü yersiz işlər üçün xəlq olmasa da, Allah insana ixtiyar vermişdir ki, ciddiyyət ilə yersiz arasında seçim etsin. Ancaq insanların əksər hissəsi ömür sərmayələrini yersiz və boş işlərlə tələf edirlər.

 

Hədislərin birində deyilir ki, sizin ağzınızdan bir söz çıxmaz, məgər o halda ki, Allah tərəfindən vəzifələndirilmiş mələklər onu qeyd etmək üçün hazır dayanarlar ki, axirətdə onu kəlmə-kəlmə sizə nişan versinlər. Siz də gərək onlara cavab verəsiniz.

 

İnsanın danışmağı kimi, baxışları da azad deyildir. Biz gərək hər baxışlarımıza görə də cavabdeh olaq.

 

İnsanın xəyalları çox hərəkətlidir. Çox rahatlıqla bir budaqdan başqasına uça bilir. Xəyal günahı qeyd olunmaz, ancaq əgər bu xəyal əmələ çevrilərsə, o zaman günahı yetişdirmiş olar.

İnsan axirətdə ən kiçik əməlindən belə qaça bilməyəcəkdir. Bu dünyada insan düşməndən, bəladan qaça bilər, ancaq nəfsindən qaçması mümkünsüzdür. Ona görə də bütün ömrü boyu onunla vuruşmalıdır. O insan ki, dünyada ancaq əmmarə nəfsinin ardınca getmişdir, halı necə ola bilər? İnsan bu rəzil nəfsi ilə ancaq bu dünyada mübarizə apa bilər, ona ancaq dünyada qələbə çala bilər.

 

Ona görə də dünyada bacardığınız qədər nəfsinizin islahı ilə məşğul olun. Çünki ölüm çox dəhşətlidir və qəbrə daxil olanda artıq mübarizə arxada qalacaqdır və sizi ancaq hesab gözləyəcəkdir. Əgər yaxşı əməlləriniz pis əməllərinizə qələbə çalsa, o zaman nicat tapa bilərsiniz. (Tebyan/Deyerler)

 

Əziz Peyğəmbərimiz (s) buyurur: “O kəslərə təəccüb edirəm ki, öz yediklərinə əhəmiyyət verərlər ki, məbada xəstələnərlər. Ancaq günahlarına əhəmiyyət verməzlər və cəhənnəmin yanar atəşindən qorxmazlar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Nəfslə mübarizə aparmaq üçün əməli proqram

İnsan gərək nəfsi istəkləri ilə ağıl və şüur çərçivəsində mübarizə aparsın. Rəhmətlik İmam (r) buyurur: “Bilmək lazımdır ki, həvayi-nəfs müxtəlifdir və dərəcələri vardır.... Davamı..

Oğru hansı şərtlər daxilində şəri cəza alar?

Oğurluq kəbirə günahlardan olub, insanın iman zəifliyinə qayıdır. Çünki imanı güclü olan insan oğurluq etməz və əlində olanlara qane olar.   Bəs oğru... Davamı..

Əqiq üzüklә nаmаz qılmаğın fәzilәti

Həzrət Məhəmməd (s) buyurub: “İki rәkәt әqiq üzüklә qılınаn nаmаz, yеtmiş rәkәt üzüksüz qılınаn nаmаzdаn üstündür.”[1] İmаm Sаdiq (ә) buyurub: “Әqiq üzüklә... Davamı..

Аllаhın rәhmәt qаpılаrı dörd vахt аçılır

Həzrət Məhəmməd (s) pеyğәmbәr buyurub: “Аllаhın rәhmәt qаpılаrı dörd vахt аçılır: 1.Yаğış yаğаn vахt;  2. Övlаd mәhәbbәtlә аtаnın üzünә bахаn vахt;  3.Kәbәnin qаpısı аçılаn vахt;... Davamı..

Mələklər öz qanadlarını elm öyrənənlərinin ayağı altına salır

Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: إنّ المَلائِکَةَ لَتَضَعُ أجنِحَتَهَا لِطَالِبِ العلمِ «Həqiqətən mələklər öz qanadlarını elm öyrənən şəxsin (ayağı)... Davamı..

Nə zaman insanda bu beş xüsusiyyət cəm olar, o, pakizə, təqvalı, Allahın dostu olar

Loğman Həkimin oğlu ondan soruşur: “Atacan! İnsanda hansı xüsusiyyət daha üstündür?”. Loğman deyir: “Din”. Oğlu deyir: “Əgər iki dənə olsa, necə?”. Deyir: “Din... Davamı..

İslam dinində hamama getməyin ədəb qaydaları

Bədənin gigeyenası İslam dininin əhəmiyyət verdiyi ən mühüm mövzulardandır. İslam dininin təmizlik və paklıq ilə sıx əlaqəsi vardır.   Məsum İmamlarımız (ə)... Davamı..

Kişinin ailədəki 3 əsas vəzifəsi

İmam Sadiq (ə) buyurur: “Kişi ailədə ailəsinə qarşı üç sifətə riayət etməyə ehtiyaclıdır, baxmayaraq ki, təbiətində olmasa belə: 1. Xoş rəftar. 2. Ölçüsündə... Davamı..