Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Noyabr 11:16
Şərh Yoxdur
1212

İslam Peyğəmbərinin (s) besətdən əvvəlki dini hansı din idi?

Əgər tarixə nəzər salsaq, görərik ki, İslam Peyğəmbəri (s) heç bir zaman bütlərə səcdə etməmişdir. Bəs Həzrət (s) hansı dində idi?

Bu mövzu haqqında alimlərin nəzəri müxtəlifdir. Belə ki, bəzilərinin nəzərinə görə Peyğəmbər (s) besətdən əvvəl Həzrət İbrahim (ə) dininin davamçısı idi. Çünki, Həzrət İbrahim (ə), “Peyğəmbərlərin (ə) atası” adını almışdır. Bəzi Quran ayələri də İslam dinini, İbrahim dini kimi tanıtmışdır.

Amma daha mötəbər mənbələrə istinadən bildirilir ki, Həzrət Peyğəmbər (s) Allah tərəfindən tərbiyə olmuş insan olduğu üçün bütün əmr və göstərişləri birbaşa Allahdan alırdı. Əslində özünəməxsus bir dinə malik idi, o zamana qədər ki, İslam dini ona nazil oldu.

Bu deyilənlərə şahid olaraq, “Nəhcul-bəlağə”də nəql olunan hədisi göstərmək olar ki, buyurulur: “Allah o zaman ki, Peyğəmbəri (s) süddən ayırdı, ən böyük mələyini onun munisi etdi ki, gecə və gündüz onu məkarim və gözəl əxlaqa tərəf sövq etsin”. (Həvzəh/Deyerler)

Heç bir tarixi mənbədə zikr olunmamışdır ki, Həzrət Rəsuli-Əkrəm (s) yəhudi və ya xristian dininə uyğun ibadət etmişdir. O Həzrət (s) heç bir zaman bütpərəst və ya dinsizlərin də yanında olmamışdır.

Əllamə Məclisinin “Buharul-ənvar”da nəql etdiyi hədislərdə də Həzrətin (s) Ruhul-qudus tərəfindən tərbiyə aldığına aid hədislər mövcuddur. Mələklər onunla söhbət edərdilər, bəzən də sadiq yuxularına girərdilər.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Əli (ə) ömrün qədrini bilmək barədə

“Nəhcul-bəlağə”nin 83-cü xütbəsində İmam Əli (ə) bütün Allaha bəndələrinə xitab edir və ömür sərmayəsinin dəyərlərindən danışır. Həzrət (ə) buyurur: “Ey Allah bəndələri! Hal-hazırda... Davamı..

Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır

Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin əhəmiyyəti və fəziləti   “Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat... Davamı..

Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir

“Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür.” Hədisin bu hissəsi mütəvatir [1]... Davamı..

İmam Əli (ə) hökumətinin əsas işi yoxsulluqla mübarizə aparmaq idi

İmam Əlinin (ə) hökumət etdiyi zamanlarda ən böyük səyi – ədaləti bərpa edib, cəmiyyətdəki yoxsulluğu aradan qaldırmaq olmuşdur. İmamın (ə) nəzərinə görə,hökumətin ən böyük vəzifəsi – iqtisadiyyatı... Davamı..

İmam Rzanın (ə) iftar duası

“İlahi! Sənin tövfiqinlə Sənə xatir oruc tutdum. Sənin əmrinlə, verdiyin ruzi ilə iftar etdim. Ona görə onu bizdən qəbul et və bizi... Davamı..

İmam Zaman (ə.f): Onların bəyənilməyən işləri, bizi onlardan məhbus edir

İmam Məhdi Sahibəz-Zamanın (ə.f) nurani buyuruşlarına diqqət edək. İmam Zaman ağa (ə.f) buyurur:   “Sizin bütün hal və xəbərlərinizə agahlığımız vardır. Sizin... Davamı..

Bu gün sonuncu imam Həzrət Mehdinin (ə) doğum günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Qurani-Kərimdə İmam Mehdi (ə.f) haqqında 3 ayə

Həzrət Peğəmbər (s) buyurur: “Quranın zahiri və batini vardır”. Quranda elə ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) işarə edir, baxmayaraq ki,... Davamı..