Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Noyabr 15:40
Şərh Yoxdur
1484

Peyğəmbərimiz (s): “Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin”

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin”.

İşarə edildiyi kimi, nemətlərin çoxluğu əksər insanların dünyaya ürək bağlamalarına səbəb olur. Onların həddən artıq dünyaya bağlanmalarının qarşısını almaq üçün yaxşı olardı ki, öz ehtiyacları həddində imkanlara malik olub, dünya nemətlərindən ehtiyacları həddində bəhrə götürəydilər. Buna görə də, Peyğəmbər (s) öz dostlarına ürəyi yandığı üçün Allahdan ehtiyacları həddində onların ruzisini yetirməsini rica edirdi. Bundan artığı əgər onları israfa, əyri yollara aparıb çıxaracaqsa, olmaması daha yaxşıdır. Bunun əksinə olaraq, Allahdan düşmənlərinin malının, övladının artmasını xahiş edir. Həqiqətdə, Allah düşmənlərinin sərmayəsinə artım bəxş etmək ilahi bir qayda olub, «istidrac qanunu»dan götürülmüşdür. Yəni Allah-təala kafirlərə o qədər maddi nemət və dünyəvi imkanlardan istifadə fürsəti verər ki, onlar dünyaya qərq olduqları üçün küfr və üsyanları get-gedə artar və nəticədə də onlara veriləcək əzab daha şiddətli, daha artıq olar. Əlavə olaraq, bu yolla onların dünyəvi nigarançılıqları, narahatlıqları da artar. Allah düşmənləri üçün bu dünyada bundan da artıq əzab nə ola bilər ki, dünyanın gözqamaşdırıcı zinətləri arasında qərq olmaqla, Allahın tovfiq və inayəti onların üzərindən götürülür. Gündən-günə küfrün yeni mərhələlərinə qədəm qoyur, quduraraq azğınlaşırlar. Bu barədə Allah-təala buyurur:

“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!”[1].

Başqa bir yerdə buyurur:

“(Ya peyğəmbər!) Münafiqlərin nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah yalnız münafiqlərə əzab vermək, kafir olduqları halda canlarını almaq istəyir”[2].

Allah, möminlərin gözlərini dünya sərvətinə dikməməsi və dünya əhlinin həsrətini çəkməməsi üçün buyurur:

“Kafirlərin bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlar iman gətirmədiklərinə görə, kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük nemətlər gözləyir). Möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub, yumşaq davran və onları himayə et”[3].

İmam Əli (ə), ondan «xeyir»in mənası haqqında soruşana belə cavab verir: “Xeyir və yaxşılıq o demək deyil ki, malın və övladın artıb çoxalsın. Xeyir və yaxşılıq odur ki, sənin elmin artsın, səbrin və helmin qüvvət tapsın. Xalqın gözündə ibadətinlə yüksəlməyə çalış”.

Əgər yaxşı rəftar etdinsə, (bunun üçün) Allahına şükr et, yox əgər, pis rəftar etdinsə, Allahdan bağışlanmağını dilə. Dünyada yaxşılıq iki kəsin xüsusiyyətidir:

1. Etdiyi günahı tövbə etməklə yuyan şəxs;

2. Yaxşı işlərdə qabağa düşən, öncül şəxs.

 

www.ahliman.info

[1] «Ali-imran» surəsi, ayə 178.

[2] «Tövbə» surəsi, ayə 55.

[3] «Hicr» surəsi, ayə 88.

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Həsəndən (ә) həyatınızı dəyişəcək kəlamlar

“Dünyаnın müsibәtlәri dörd şеydәdir: Аtаnın ölümü, övlаdın ölümü, qаrdаşın ölümü vә хаnımın ölümü. Аtаnın ölümü bеli sındırаr. Övlаdın ölümü qәlbi аğrıdаr. Qаrdаşın... Davamı..

İmam Hüseyn (ə): Yа Məhәmmәd (s)! Bu gün sәnin vәfаt müsibәtin bir dаhа tәkrаr оldu

İbn Аbbаs dеyir: Hәzrәt Zәhrа (s.ə.) vәfаt еdәndә Әli (ә) mәsciddә idi vә Hәsәn vә Hüsеyn (ә) dа еvdә yох idilәr. Еvdә... Davamı..

Еy Fаtimә! Аllаh sәnә zülm еdәnlәri öz rәhmәtindәn uzаq еtsin!

Bәşşаr Mәkаri, İmаm Sаdiqə (ә) bir hаdisә nәql еtdi: Yоldа hökumәt mәmurunun bir qаdının bаşınа vurаrаq, zindаnа аpаrdığını gördüm. Qаdın ucа sәslә... Davamı..

Xanım Fatimeyi-Zəhranın (s.ə) kəraməti

Hәzrәt Аyәtullаh üzmа Hаcı Sеyid Mәhәmmәd Hаdi Milаninin (r) mәrcәiyyәt dövründә bir nеçә хаrici vәtәndаş оnunlа görüşüb dеdilәr: “Biz dә istәyirik ki,... Davamı..

Hәzrәt Zәhrаnın (s.ə) əvvəl kimləri dua edərdi?

İmаm Hәsәn (ә) buyurub: Cümә ахşаmı idi. Аnаm gеcә nаmаzı qılırdı vә yаlnız qоnşulаrа duа еdirdi. Nаmаzdаn sоnrа оndаn sоruşdum ki, niyә... Davamı..

Peyğəmbərin (s), “nеcәsiniz” sualına İmam Əli (ə) belə cavab verdi

Bir gün Pеyğәmbәr (s) Әlidən (ә) sоruşdu: “Nеcәsiniz?” Әli (ә) әrz еtdi: “Mәnim hаlım sәkkiz tәlәbkаrı оlаn şәхs kimidir. Аllаh-tәаlа mәndәn vаciblәri... Davamı..

İmam Mehdinin (ə.f) sərdabədən qeybə çəkilməsi və sərdabədən zühur etməsi iftiradır

Samirədə İmam Hadi və İmam Həsən Əsgərinin (ə) müqəddəs məqbərəsi yanında bir sərdabə vardır. Bu sərdabə üç imamın – İmam Hadi, İmam... Davamı..

Həzrət Zəhranın (s.ə) sevgisi insana 7 yerdə xüsusi bəhrə verər

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Salman! Fatiməni (s.ə) sevmək yüz yerdə insanın halına faydalı olar ki, onların ən rahat olanları ibarətdir:  ... Davamı..