Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Oktyabr 20:10
Şərh Yoxdur
1152

İmam Zaman ağanın (ə.f) zühurunda ona yardım edəcək peyğəmbərlər

Axırəz-zamanda İmam Zaman ağaya (ə.f) yardım edəcək peyğəmbərlər (ə) barəsində bizə çatan hədislər iki dəstədir.

 

Onların bir dəstəsi bəyan edir ki, bəzi peyğəmbərlər (ə) bu zühurun baş verməsinə yardım edəcəklər. O peyğəmbərlər (ə) ibarətdir:

 

1. Böyük İslam Peyğəmbəri (s). İmam Baqir (ə) buyurur: “Əgər Ali-Muhəmmədin Qaimi (ə.f) zühur edərsə, onun ardınca gələn ilk kəs Muhəmməddir (s). İkinci nəfər isə Əlidir (ə)”. Şeyx Tusi yazır: “Məhdinin (ə.f) zamanında peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) geri qayıdacaqdır”.

 

2. Həzrət İsa (ə). İmam Rza (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “O zaman ki, övladlarım olan Məhdi (ə) zühur edəcəkdir, İsa ibn Məryəm (ə) nazil olacaqdır və onun arxasında namaz qılacaqdır””.

 

3. Həzrət Xızır (ə). İmam Rza (ə) buyurur: “Allah qeyb zamanı bizim Qaimin (ə.f) dəhşətini onun vasitəsilə (Həzrət Xızır (ə)) tanışlığa çevirəcəkdir. Tənhalığını onun vasitəsilə aradan aparacaqdır”.

Bu hədisdə İmam Rza (ə) Xızır peyğəmbərə işarə edir və buyurur ki, qeyb zamanı İmamın (ə.f) tənhalığını məhz bu peyğəmbər aradan aparacaq və ona dəstək olacaqdır.

 

4. Həzrət İlyas (ə). Həzrət İlyas (ə) da Həzrət İsa (ə) kimi sağdır və ehtimal verilir ki, o, da zühur zamanı nazil olsun.

 

Başqa dəstə hədislər isə bütün peyğəmbərlərin (ə) zühur zamanı nazil olacağını bəyan edir. Misal üçün: İmam Baqir (ə) buyurur: “Allah Adəmdən (ə) indiyə qədər elə bir peyğəmbər göndərməmişdir, məgər o halda ki, geri qayıdacaq və Əmirəl-mömininə (ə) yardım edəcəkdir”.//Deyerler.org

 

 www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət gecəsidir

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Həqiqi şiələr bu sınaqdan yaxşı çıxar

İmam Rza (ə) buyurub: Bizim şiələrimizi üç məsələ ilə sınağa çəkin: 1. Namazın vaxtlarına əhəmiyyət Görün namazı ilkin vaxtda qılırlar, ya yox?... Davamı..

İslam Peyğəmbərinin (s) besətdən əvvəlki dini hansı din idi?

Əgər tarixə nəzər salsaq, görərik ki, İslam Peyğəmbəri (s) heç bir zaman bütlərə səcdə etməmişdir. Bəs Həzrət (s) hansı dində idi? Bu... Davamı..

İmam Rzanın (ə) bizlərə salamı və tövsiyələri

İmam Rza (ə) Əbdüləzim Hüseyni (ə) vasitəsilə insanlara bu xəbəri çatdırır və buyurur: “Bizim davamçılarımıza və dostlarımıza salam çatdır. Özlərinə şeytanın yolunu... Davamı..

Bu gün qərib İmam Rzanın (ə) müsibətli şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Peyğəmbərimiz (s): “Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin”

“Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin”. İşarə edildiyi kimi,... Davamı..

Bu gün islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə.s) şəhadət günüdür

Bu gün hicri-qəməri tarixi ilə Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə.s) şəhadət... Davamı..

İmam Səccadın (ə) Cabir Ənsari ilə Kərbəlada görüşü

Ərbəin günündə Kərbəla əsirlərinin Kərbəlaya qayıtması ilə bağlı “Tarixi həbibi seyir” kitabında oxuyuruq ki, Yezid (lən) bütün Aşura şəhidlərinin kəsilmiş başlarını İmam... Davamı..