Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Yanvar 09:52
Şərh Yoxdur
20346

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri Nurus-səqəleyn”, 1-ci cild, səh. 4.)

 

2-“Bəqərə” və “Ali-İmran” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Bəqərə” və “Ali-İmran” surələrini oxusa, qiyamət günündə bu iki surə iki bulud parçası kimi ona kölgə salar.” ( Yenə orada, 1-ci cild, səh. 309.)

 

“Bəqərə” surəsində yerləşən ən fəzilətli ayə – “Ayətəl-kürsü” haqqında göstəriş verilmişdir ki, hər gün onu yetmiş dəfə oxuyun. Əgər səhralıqda olsanız, bir dairə xətt çəkdikdən sonra dəstəmazlı halda, dairənin içində üzü qibləyə oturub onu oxusanız, hacətlərinizin qəbul olunması üçün çox faydalıdır.

 

3-“Nisa” surəsi: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Hər kəs “Nisa” surəsini hər cümə günü oxusa, qəbir əzabından amanda qalar.” ( Yenə orada, 1-ci cild, səh. 429.)

 

4-“Maidə” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs “Maidə” surəsini hər cümə axşamı oxuyarsa, zülm imanına qalib gəlməz və heç vaxt Allaha şərik qoşanlardan olmaz.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh. 288.)

 

5-“Ənam” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Ənam” surəsi birdəfəyə nazil olmuşdur. Yetmiş min mələk onu Allahın yetmiş böyük adı olduğu halda, Peyğəmbərə gətirmişlər. Əgər camaat onun oxunuşunun nə qədər fəzilət və savaba malik olduğunu bilsəydilər, onu oxumağı heç vaxt tərk etməzdilər.”

İmam Rza (ə) buyurmuşdur: “Hər kəs bu surəni oxusa, yetmiş min mələk onun üçün qiyamət gününədək təsbih deyərlər.” ( “Biharul-ənvar”, 89-cu cild, səh. 274, hədis: 1.)

İmam Baqir (ə) buyurmuşdur: “Əgər bir şəxsin vasitəsilə həlak olacağından qorxsan, “Ənam” surəsini oxu ki, sənə heç bir zərər yetirə bilməz.”

 

6-“Əraf” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Əraf” surəsini hər ayda bir dəfə oxusa, qiyamət günü Allah-taalanın buyurduğu qorxu və qüssəsi olmayan, hər cümə günü oxusa isə, qiyamət hesabı asan tutulan şəxslərdən olacaqdır.” ( “Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 2.)

 

7-“Ənfal” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Ənfal” və “Tövbə” surələrini hər ay oxusa, Şeytan ona yaxınlaşa bilməz və Əmirəl-möminin Əli (ə)-ın şiələrindən olar.”

 

8-“Hud” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs hər cümə günü “Hud” surəsini oxusa, Allah-taala qiyamət günü onu peyğəmbərlər cərgəsində gətirəcək və günahlarını bağışlayacaq.” ( “Biharul-ənvar”, 89-cu cild, səh. 278.)

 

9-“Yusif” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Yusif” surəsini hər gün və ya hər gecə bir dəfə oxusa, Allah-taala qiyamət günü onu Yusif (ə)-ın gözəlliyində gətirəcək, camaat üçün olan çətinlik onun üçün olmayacaq və onun (behiştdəki) qonşuları Allahın saleh bəndələrindən olacaqdır.” ( “Təfsiri Əyyaşi”, 2-ci cild, səh. 166.)

 

10-“İbrahim” və “Hicr” surələri: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “İbrahim” və “Hicr” surələrini cümə gününün namazının iki rükətində oxusa, heç vaxt fəqirliyə və dəliliyə tutulmaz.”

 

11-“Taha” surəsi: Onu ruzinin artması və işlərin sahmana düşməsi üçün sübh azanından sonra gün çıxana qədər oxumaq faydalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Taha surəsini oxumağı tərk etməyin, çünki Allah-taala onu və onu oxuyanı sevir. Hər kəs onu oxumağa müdavimət etsə, Allah-taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər və onun İslamda olan əməllərindən ağır hesab çəkməz, həmçinin o, razı olanadək ona (Öz nemətlərini) əta edər.” ( “Təfsiru Cəvamiul-came”, 2-ci cild, səh. 413.)

 

12-“Həcc” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Həcc” surəsini hər üç gündən bir oxusa, həmin ildə ona həcc qismət olar və əgər həcc səfərində ölsə, behiştə daxil olar.”

 

13-“Yasin” surəsi: Hər gün üzü qibləyə oturub, onu oxuduqdan sonra yüz dəfə salavat deməyin savabı çoxdur.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qabiristanlığa daxil olarkən “Yasin” surəsini oxusa, o gün qəbiristan əhlindən (əzab) azalar və oxuyan şəxs üçün qəbiristanda olan hər bir qəbrin müqabilində çoxlu savab verilər.” ( “Məcməül-bəyan”, 8-ci cild, səh. 646.)

 

14-“Zümər” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Zümər” surəsini oxusa, Allah-taala ona dünya və axirət şərəfini verər və onu mal-dövlətsiz və qohum-əqrəbasız halda, başıuca edər.” (“Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 347.)

 

15-“Fussilət” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs “Fussilət” surəsini oxusa, qiyamət günü göz işlədikcə nur və sevinc görəcək, dünyada isə başqalarının tərif və qibtəsi ilə yaşayacaqdır.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh. 891.)

 

16-“Duxan” surəsi: İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs vacib və müstəhəb namazlarda “Duxan” surəsini oxusa, Allah-taala qiyamət günü onu amanda olanlardan qərar və ona Öz ərşinin kölgəsində yer verəcək, ondan asan hesab çəkərək əməl dəftərini sağ əlinə verəcəkdir.” (“Əl-burhanu fi təfsiril-Quran”, 7-ci cild, səh. 155.)

 

17-“Zariyat”, “Şərh” və “Təlaq” surələri: Bu surələri hər gün bir dəfə ruzinin artması, gündəlik xərcin əldə edilməsi və güman etmədiyi yerdən ruzinin yetişməsi üçün oxumaq faydalıdır.

 

18-“Ər-rəhman” surəsi: İmam Sadiq (ə) buyurmuşdur: “Ər-rəhman” surəsini oxumağı tərk etməyin, həqiqətən bu surə münafiqlərin qəlbində yer tutmaz. Hər kəs bu surəni həmişə namazda oxusa, qiyamət günündə şəfaət edər.”

 

19-“Vaqiə” surəsi: Hər gecə işa namazından sonra və ya yatmazdan qabaq bir dəfə oxumaq faydalıdır.

İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs işa namazından sonra “Vaqiə” surəsini oxusa, heç vaxt fəqir və camaata möhtac olmaz.” (“Nurus-səqəleyn”, 5-ci cild, səh. 203.)

 

20-“Təlaq” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Təlaq” surəsini oxusa, Allahın Rəsulunun davranışı əsasında vəfat edər.” (“Müstədrəkül-vəsail”, 4-cü cild, səh. 352.)

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..

Qurani-Kərimin hansı surələri İmam Zaman ağa (ə.f) haqqındadır?

Qurani-Kərimdə İmam Zaman ağanın (ə.f) birbaşa adı çəkilmiş ayə mövcud deyildir. Ancaq bəzi ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) nisbət verilir.... Davamı..