Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Oktyabr 15:00
Şərh Yoxdur
4740

İmam Əli (ə): “Kim Allahı tanıdısa tənha qaldı. Kim camaatı tanıdısa, tənhalığı seçdi”

İmam Əli (ə) özünü tanıma və Allahı dərk etmək haqda bunları buyurub:

“Özünüdərk ən faydalı tanımadır.” [1]

“Özünü dərk  etməyə  nail  olmuş  şəxs  ən  böyük qələbəni qazanmışdır.”[2]

“Özünü tanımayan kimsə başqasını necə tanı­yacaq?”[3]

“Kim nəfsini tanıdısa, onunla cihada qalxdı, kim onu tanımadısa, özbaşına buraxdı.” [4]

“Hər kim Allahı tanıdısa tənha qaldı. Hər kim ki, özünü tanıdı başqalarından ayrıldı. Kim dünyanı tanıdısa, ondan qəlbini üzdü. Hər kim camaatı tanıdısa, tənhalığı seçdi.” [5]

“Özlərini ən yaxşı tanıyan insanlar Allahdan ən çox qorxanlardır.”[6]

“Özünü tanıyan, Allahını da tanıdı.”[7]

“Kimsə öz nəfsinin şərafətini başa düşsə, onu dünyanın çirkabından təmiz saxlamağa layiqdir.”[8]

“Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir.”[9]

“Özünü tanıyan kimsə hüzn və kədərdən ayrılmamağa layiqdir.”[10]

 

İmam Səccad (ə) dualarının birində buyurub: “Bizi özünü tanıyanlardan, öz yerlərindən əmin olanlardan və buna görə də ömürlərini sənə ibadətdə keçirənlərdən et.”[11]

İmam Baqir (ə) Cabir Coəfiyə tövsiyyələrində buyurarmış: “Heç bir tanıma öz nəfsini bilib tanımağın qədər ola bilməz.”[12]

 

www.ahliman.info

[1] Ğurərul-Hikəm, hədis 9865.

[2]  Ğurərul-Hikəm, hədis 6965.

[3] Ğurərul-Hikəm, hədis 6998.

[4] Ğurərul-Hikəm, hədis (7855+7856).

[5] Ğurərul-Hikəm, hədis (7829+7832)

[6]  Ğurərul-Hikəm, hədis 3126.

[7]  Ğurərul-Hikəm, hədis 7946.

[8] Ğurərul-Hikəm, hədis 10930.

[9] Ğurərul-Hikəm, hədis 10927.

[10]  Ğurərul-Hikəm, hədis 10937.

[11] Biharul-Ənvar, c.94, səh.128, hədis19.

[12] Tuhəful-Uqul, səh.268.

Digər “Mənəviyyat ” Xəbərləri

İman gətirən cinlərin İmamlarla (ə) görüşü

“De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan... Davamı..

Nаmаzа qаrşı süstlük vә sәhlәnkаrlıq еdәnin 15 bәlаsı

Hәzrәt Fаtimәyi-Zәhrа (s) buyurur ki, аtаmdаn nаmаzа qаrşı süstlük vә sәhlәnkаrlıq еdәn kişi vә qаdınlаr hаqdа sоruşdum. Buyurdu: “Nаmаzınа qаrşı süstlük vә... Davamı..

“Әr-rәhmаn” surәsi nаzil оlаndа nə baş verdi ki, Həzrət Cəbrail güldü?

“Әr-rәhmаn” surәsi nаzil оlаndа Pеyğәmbәr (s) öz sәhаbәlәrinә buyurdu: “Kim bu surәni kаfirlәrin аrаsındа охumаğа hаzırdır?” Bәdәn cәhәtdәn zәif vә аlçаqbоy оlаn... Davamı..

İstehza olunan cavanın İmam Zaman ağa (ə.f) ilə görüşməsi

Molla Əli Rüşti nəql edir: “Kərbəla ziyarətindən qayıdırdıq və bir qayığa mindik ki, yerli əhalindən də ora minənlər var idi. Onlar zarafat... Davamı..

Hansı əməllər Qiyamət günü insanın üzünü ağ edər?

Qurani-Kərimdə buyurulur: “Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik)qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və... Davamı..

Münafiqlər üçün meyit namazı necə olur?

Qurani-Kərimdə buyurulur: “Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər... Davamı..

İslam Peyğəmbəri (s): Hеç kәs о qәdәr qоnаq qаlmаsın ki, günаhkаr hеsаb оlunsun

Bir gün imam Әli (ә) аğlаyırdı. Sәbәbini sоruşаndа buyurdu: “Yеddi gündür ki, еvimizә qоnаq gәlmir.”[1]   Həzrət Məhəmməd (s) buyurub: “Birinci, ikinci... Davamı..

Həyatımıza bərəkət verə bilən amillər hansılardır?

Bərəkət dedikdə, İlahi xeyrin qalıcı olması və artması nəzərdə tutulur. Hər bir mömin istəyər ki, Allah onun həyatına xeyir və bərəkət versin.... Davamı..