Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Sentyabr 12:30
Şərh Yoxdur
6203

Kim Allahı tanıdısa, Ondan qorxdu, kim Allahdan qorxdusa, dünyanı qəlbindən sildi

Həzrət Məhəmməd (s) peyğəmbər buyurub: “Allahı daha yaxşı tanıyan Allahdan daha çox qorxandır.”[1]

 

Həzrət imam Əli (ə) buyurub:

Allahı azacıq da olsa tanımaq, dünyaya rəğbətsizliyə səbəb olar.[2]

“Allahın əzəmətini dərk edənə özünü böyük sanmaq yaraşmaz. Çünki Allahın əzəmətini dərk edənlərin böyüklüyü, Onun qarşısında təvazökar olmalarına görədir.”[3]

“Tanımanın son həddi qorxudur.”[4]

“Allahı ən çox tanıyan insanlar Ondan ən çox dilək diləyənlərdir.”[5]

Həzrət imam Baqir (ə) buyurub: “Allahın yaratdıqlarından İlahi qəzavü-qədərə baş əyməyə ən layiqli olan, Allahı tanıyandır.”[6]

 

Həzrət imam Sadiq (ə) buyurub:

“Hər kim Allahı tanıdısa, Ondan qorxdu, hər kim Allahdan qorxdusa, dünyanı qəlbindən sildi.”[7]

“İnsanlar arasında Allahı ən çox tanıyan, Allahın qəzavü-qədərinə və hökmünə ən çox sevinəndir.” [8]

 

www.ahliman.info

[1] Biharul-Ənvar, c.70, səh.393, hədis 64.

[2] Ğurərul-Hikəm, hədis 10984.

[3] Nəhcül-Bəlağə, xütbə 147.

[4] Ğurərul-Hikəm, hədis 6359.

[5] Ğurərul-Hikəm, hədis 3260.

[6] əl-Kafi, c.2, səh.62, hədis 9.

[7] Tənbihul-Xəvatir, c.2, səh185.

[8] Tənbihul-Xəvatir, c.2, səh184.

Digər “Mənəviyyat ” Xəbərləri

“La ilahə illəllah”ın həqiqətini dərk etmisənmi?

Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur. Biz “La ilahə illəllah”,... Davamı..

İnsana lazım olan 4 elm

İmam Kazım (ə) buyurur: “İnsanların bütün elmini dörd sahədə araşdırdım:   1. Biricisi budur ki, Pərvərdigarını və Xaliqini tanıyasan. Onu tanımağa elm əldə... Davamı..

Gecə namazı qılmaq üzü gözəl, əxlaqı yaxşı, insanı ətirli edir

Nafilələrin arasında gecə namazı daha artıq fəzilətə malikdir. Belə ki, Quranda və hədislərdə onun barəsində çoxlu təkid və tövsiyələr gözə dəyir. Mütəal... Davamı..

Xəyalda günah qeyd olunmaz. Amma əmələ çevrilməsinə yol verilməməlidir

Dünya başdan-başa ciddiyyətlə doludur və bu aləmin heç bir zamanı və məkanı yersiz və boş deyildir. Və ya yersiz şeylər üçün xəlq... Davamı..

Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur

Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin.[1]   İmam Əli (ə) buyurub: “Ağıllı adama itaət... Davamı..

Kimlərə salam vermək məkruhdur? Nə vaxt salam vermək olmaz?

Salam vermək İslam dininin müstəhəb əməllərindən hesab olunur. Ancaq bəzi hallarda bu əməl müstəhəbliyini əldən verir, məkruh və hətta haram olur. Salam... Davamı..

İblis və onun qoşunun xətərindən üç dəstə amandadır

Bir rəvayətdə gəlmişdir ki, üç dəstə İblis və onun qoşunun xətərindən amandadır: 1. O kəslər ki, Allah həmişə yadlarındadır. 2. O kəslər... Davamı..

Hacətini üç nəfərdən qeyrisinə söyləmə

Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlr ki, ondan maddi yardım istəsin. İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır... Davamı..