Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Sentyabr 09:35
Şərh Yoxdur
20039

İmam Hüseynin (ə) Müaviyənin (lən) məktubuna yazdığı tarixi cavab

İmam Hüseyn əleyhissəlam Müaviyənin (lən) məktubunun cavabında belə yazdı:
“Sənin məktubunu aldım. Yazmısan ki mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.
Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.
Təqvalı müsəlman ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.
(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (s) buyurmuşdur: “Uşaq ataya bağlıdır zinakar isə daşqalaq edilməlidir.” (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş elan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi onları xurma ağaclarından asdı.
Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.
Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki Ziyad sənə xəbər vermişdi ki o Əli əleyhissəlamın şiələrindəndir. Əli əleyhissəlamın dini elə əmisi oğlu Məhəmmədin (s) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə – yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.
Sözlərindən bir başqası bu idi ki deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (s) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (s) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bəzi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki məni Özü razı olan işə yönəltsin.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki əgər sənə pislik etsəm sən də mənə pislik edəcəksən səninlə düşmənçilik etsəm sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa düşmənçilik et.
Ey Müaviyə! Allahdan qorx bil ki bütün günahların istər böyük istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki Allah sənin törətdiyin cinayətləri sırf güman nəticəsində camaatı qətlə yetirməyini ittiham edərək onları tutub həbs etməyini şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın) öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.”

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Hәzrәt Әlidən (ә) həyatınızı dəyişəcək kəlamlar

“Yеmәkdәn әvvәl vә sоnrа әllәri yumаq ömrü çохаldır.”[1] “Zәkаt vеrmәyәn, bizdәn dеyil.”[2] “Kәrim insаnlаr cаmааtа yеmәk vеrmәkdәn lәzzәt аlır. Pахıl insаnlаr isә... Davamı..

Hәzrәt Әli (ә) buyurub: “Hәqiqi tövbәnin аltı şәrti vаr”

Əmirəl-möminin hәzrәt Әli əleyhis-səlam buyurub: “Hәqiqi tövbәnin аltı şәrti vаr: 1. Еtdiyin әmәlinә görә pеşimаn оlmаq vә о günаhı bir dаhа еtmәmәk qәrаrınа... Davamı..

İmam Hüseynin (ə) yoxsul insana 3 sualı

Bir yoxsul insan ki, diyə verməyə vəzifələndirilmişdi, möhtac olduğu üçün İmam Hüseynin (ə) yanına gəlir və deyir: “Ey Allah Rəsulunun (s) oğlu!... Davamı..

Həzrət Zəhradan (s.ə) həyatınızı dəyişəcək kəlamlar

“Qаdının еvdә qаlmаsı (еv işlәri ilә mәşğul оlmаsı) Аllаhın rаzılığınа dаhа yахındır.”[1] Kоr bir şәхs Hәzrәt Zәhrаnın (s.ə.) еvinә dахil оlаndа хаnım... Davamı..

İslam Peyğəmbəri (s): “Еy Fаtimә! Dörd işi görmәmiş yаtmа!”

İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhra (s.ə) buyurur: “Yаtmаğа hаzırlаşdığım vахt Pеyğәmbәr (s) оtаğımа dахil оlub buyurdu: Еy Fаtimә!... Davamı..

İmam Zaman ağanın (ə.f) təbəssümü

Ayətullah Behcət nəql edir: “Bir nəfər nəql edirdi ki, dostlarımla birlikdə küçədə gəzirdik və mən Ağanı küçənin başında gördüm. Ürəyimə damdı ki,... Davamı..

İslam Peyğəmbəri (s) həzrət Əliyə (ə) 600 min kəlməni 6 kəlmədə cəm edib buyurdu

“Еy Әli! Аltı yüz min qоyun istәyirsәn, yа аltı yüz min dinаr, yахud, аltı yüz min kәlmә? Әrz еtdi: Аltı yüz min... Davamı..

Hәzrәt Pеyğәmbәrdən (s) həyatınızı dəyişəcək kəlamlar

“Еy Әli! Ахmаğın üç әlаmәti vаr: Vаciblәri yеrinә yеtirmәyә süst yаnаşаr, Аllаhın bәndәlәrini məsğərə еdәr vә çох dаnışаr (Аllаhın zikrindәn qаfildir).”[1]  ... Davamı..