Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Sentyabr 09:07
Şərh Yoxdur
9632

İmam Rzanın (ə) ziyarətinin fəzilətləri

Bütün Məsumların (ə) hərəminə aid olduğu kimi, İmam Rzanın (ə) hərəminin də zirayətinin çox sayda faydası və fəzilətləri vardır. İmamın (ə) hərəmi başdan-başa mənəviyyat ab-havası ilə doludur. Ona tərəf cəzb olan ruhlar o qədər bu mənəviyyatdan təsirlənirlər ki, qəm və qüssəni unudur və İmama (ə) xüsusi diqqət edərlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim bədənimin bir parçası Xorasanda dəfn olunacaqdır. Hər bir qəmgin insan onu ziyarət etsə, Allah Təala qəmini aradan aparar. Onun ziyarətinə tələsən hər bir günahkarın Allah günahını bağışlayar”.

İmam Cavad (ə) buyurur: “Hər kim Tusda atamın qəbrini ziyarət edərsə, Allah keçmiş və gələcək günahlarını bağışlayar”.

İmam Rza (ə) buyurur: “Tezliklə zülm üzündən zəhərlə öldürüləcəyəm. Hər kim məni ziyarət etsə o halda ki, haqqımı tanıyar, Allah keçmiş və gələcək günahlarını bağışlayar”.

Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim məqbərəmi ziyarət edərsə, Qiyamət günü üç halda onu taparam. Qiyamətin dəhşətindən xilas edərəm. O zaman ki, insanların əməl dəftəri sağ və sol tərəflərindən verilər. Siratdan keçən zaman və tərəzi qarşısında”.

İmam Rzadan (ə) nəql olunur ki, buyurub: “Hər kim dostlarımdan məni ziyarət edər o halda ki, haqqımı tanıyar, Qiyamət günü ona şəfaət edərəm”.

Həsən ibni Fəzal İmamdan (ə) nəql edir ki, buyurub: “Agah olun ki, hər kim məni qürbətimdə ziyarət edər, mən və atalarım Qiyamət günü onun şəfaətçisi olarıq. O kəsin ki, şəfaətçisi biz olarıq, əgər cin və ins qədər günahı olsa belə, günahları bağışlanmış olar”.

Hərəvi nəql edir ki, İmam Rza (ə) Harunun məqbərəsinə daxil olan zaman barmağı ilə onun kənarından xətt çəkir və buyurur: “Bu, məni türbətimdir. Orada dəfn olunacağam. Allah Təala bu yeri Əhli-beyt (ə) davamçılarının gəlib-getdiyi məkan qərar verəcəkdir. Allaha and olsun ki, onlardan hər kim məni ziyarət edər, ya mənə salam verərsə, bizim şəfaətimizə görə Allah tərəfindən bağışlanmağa və mehribançılğa şamil olar”.

İmam Rza (ə) buyurur: “Mən məzlumcasına zəhərlə öldürüləcəyəm. Harun ər-Rəşidin qəbrinin yanında dəfn olunacağam. Qiyamət günü qəbrimin zəvvarları Allah Təalaya tərəf kəramətlə daxil olacaqlar. Hər mömin ki, məni ziyarət edər, səmadan üzünə su düşərsə və ziyarət yolunda əziyyət çəkərsə, cəsədi cəhənnəm atəşinə haram olar”.

İmam Musa (ə) buyurur: “Hər kim oğlumun qəbrini ziyarət edərsə, behişt onundur”.

İmam Cavad (ə) buyurur: “Mən o kəsə behişti zəmanət verərəm ki, atamın Tusdakı qəbrini ziyarət edər və onun haqqını tanıyar”.

İmam Rza (ə) buyurur: “Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər. Ali dərəcələrdə bizim rəfiqimiz olar”.

Allah Təala bizləri qərib İmamın (ə) zəvvarlarından qərar versin.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..