Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 İyul 21:41
Şərh Yoxdur
5184

Bu gecə ayət namazı qılınmalıdır (Namazın qılınma qaydası və vaxtı)

Xəbər verildiyi kimi, iyulun 27-dən 28-nə keçən gecə Ay tutulması hadisəsi (xusuf) baş verəcək.

 

Bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24-də başlayacaq.

 

Tam tutulma 01:13-də sona çatacaq (yəni açılma başlanacaq).

Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq.

 

Müqəddəs şəriətimizin göstərişlərinə əsasən, bir sıra təbiət hadisələri zamanı, o cümlədən, Ay tutulması, Günəş tutulması, zəlzələ və bir sıra digər hallarda ayət namazı qılınmalıdır.

 

Bu gün Ay tutulması hadisəsinə görə, saat 22.24-dən etibarən ayət namazı qılınmalıdır. Tutulmağa başlanandan açılmağa başlananadək ayət namazı əda niyyətilə qılınır. Açılmağa başlayandan sonra isə (01.13-dən sonra) əda və qəza niyyəti etmədən qılmaq lazımdır. Tam açılandan sonra (02.19-dan sonra) isə qəza niyyətilə qılınır.

 

Yəni, kimsə müəyyən səbəblərdən bu arada qıla bilməsə, saat 02.19-dan sonra qəza niyyətilə qılmalıdır.

 

Ayət namazı 2 rükətdir, hər rükətdə 5 rüku var.

Ayət namazının bir neçə qılınma üsulu var. Onlardan ən sadəsi – hər rükuda 1 dəfə “Həmd” (“Fatihə”) surəsini oxumaq, sonra hansısa surəni 5 yerə bölməklə qılmaq üsuludur. Bölünən surəni ayələrə bölmək vacib deyil. Bir ayəni bir neçə hissəyə bölmək də olar. Aşağıda misal olaraq, “İxlas” surəsinin bölünməsi ilə qılınma qaydasını təqdim edirik.

 

Niyyət müəyyən edilir. Sonra təkbir (“Əllahu əkbər”) deyilir. “Həmd” surəsi oxunur. Sonra deyilir: “Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd”. Sonra rükuya gedilir (1-ci rüku).

 

Rükudan qalxıb, deyilir: “Əllahus-saməd”. Sonra rükuya gedilir (2-ci rüku).

 

Rükudan qalxıb, deyilir: “Ləm yəlid”. Sonra rükuya gedilir (3-cü rüku).

 

Rükudan qalxıb, deyilir: “və ləm yuləd”. Sonra rükuya gedilir (4-cü rüku).

 

Rükudan qalxıb, deyilir: “Və ləm yəkul-ləhu kufuvən əhəd”. Sonra rükuya gedilir (5-ci rüku).

 

Sonra səcdəyə gedilir, hər namazdakı kimi, 2 səcdə yerinə yetirilərək, 2-ci rükəti qılmaq üçün ayağa qalxılır.

 

2-ci rükət də eynilə birinci kimi qılınır. 5 rükudan sonra 2 səcdə yerinə yetirilir, sonra təşəhhüd və salam verilərək, namaz bitirilir.

 

Gündəlik namazlarda müstəhəb olan şeylər, ayət namazında da müstəhəbdir.//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..