Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 May 11:39
Şərh Yoxdur
2469

Nə edək ki, dualarımız qəbul olunsun? Duanın ədəbləri

Duanın yerinə yetməsi üçün xüsusi şərtlərə və ədəblərə riayət etmək lazımdır ki, dinimiz bizə onları öyrədir və bizi maarifləndirir. Hər bir mömin insan üçün dua Allaha yaxınlaşmaq vasitəsi və hacətlərinin yerinə yetmə amilidir. Bu dünyada elə bir insan yoxdur ki, arzusu və istəyi olmasın. Mömin bu istək və arzularını dua şəklində Allaha deyər və Ondan hacətini istəyər. Bəs nə edək ki, dualarımız yerinə yetsin? (Tebyan/Deyerler)

Duanın ədəbləri:

1. Diqqətlə edilən dua. Mömin dua edən zaman diqqəti Malikində və Mövlasında olmalıdır. Əgər diqqətsizlik edərsə, məlum olar ki, xitab etdiyinə hörmətsizlik etmiş olar. Baxmayaraq ki, Allah bu hörmətsizliyi bağışlayar, ancaq belə edilmiş duanın yerinə yetməsinə ümid azdır. İmam Sadiq (ə) buyurur: “Allah Təala qafil qəlbin duasını qəbul etməz. Ona görə də dua zamanı bütün varlığınızla Allaha üz çevirin və ondan sonra yerinə yetməsinə yəqinliyiniz olsun”.

2. Pak qəlblə edilən dua. O qəlb ki, şeytan (lən) vəsvəsələri ilə doludur, Allahla rabitə qura bilməz. O zaman ki, qəlb günah edər, dildə edilən dualar yalana bənzəyər. Əmirəl-möminin (ə) buyurur: “Ən yaxşı dua odur ki, pak sinədən və təqvalı qəlbdən çıxsın”.

3. Xofla birlikdə olan dua. Əgər insan diqqətlə dua edərsə, həm xofla  birlikdə olan, həm də güclü istəklə. O insan ki, günah etməkdən qorxar və duanın yerinə yetməsinə güclü istək göstərər, duaları Allah dərgahında qəbul olar. Allah Təala buyurur: “Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır”. (”Əraf” 56).

4. Zillət halında olan dua. İnsanın bütün varlığı Allahdandır. Onun hər bir şeyi: canı, malı, ailəsi, övladları… hamısı Allahdandır. Ona görə də insan dua etməzdən əvvəl öz zəlilliyinə diqqət etməlidir, sonra həmin halla dua etməlidir. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “Ey Musa! O zaman ki, Mənim dərgahımdasan, zəlil və fəqir bəndə kimi ol!”.

5. Allaha qarşı nikbin olmaq. Allah Təala duaları yerinə yetirəndir və bu iş Onun üçün zəhmətsizdir. İnsana bütün nemətləri Allah vermişdir və ona görə də yaxşı olar ki, bəndə dua edən zaman Allaha qarşı nikbin və xoşgümanlı olsun. Həzrət Peyğəmbər (s) buyurur: “Allah dərgahına o halda dua edin ki, yerinə yetməsinə yəqinliyiniz olsun”.

6. Duada təkid etmək. İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, bəndə öz duasında təkid edərsə, Allah hacətini yerinə yetirər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..