Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 May 10:18
Şərh Yoxdur
5373

Peyğəmbərimizi (s) qocaldan surə

Məşhur hədislərin birində oxuyuruq ki, Peyğəmbər (s) buyurur: “”Hud” surəsi məni qocaltdı”. İbni Abbas bu hədisin təfsirində yazır: “Peyğəmbər (s) üçün heç bir ayə bu ayə qədər çətin və kəskin olmamışdır. “Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür”. (“Hud” 112).

Bu ayədən başa düşmək olur ki, Peyğəmbərin (s) tərəfdaşlarının səbirsizliyi ona nə qədər əziyyət verirdi. (Tebyan/Deyerler)

Təfsirçilərdən biri nəql edir ki, alimlərdən biri Peyğəmbəri (s) yuxuda görür və Həzrətə (s) buyurduğu hədislə bağlı sual verir. Peyğəmbər (s) buyurubdur ki, “Hud” surəsi məni qocaltmışdır. Alim soruşur ki, bunun səbəbi keçmiş ümmətlərin həlak olmasıdırmı? Həzrət (s) cavab verir: “Xeyr. Səbəbi 112-ci ayədir”.

Şübhəsiz ki, bu surənin Qiyamətdən xəbər verməsi və onun hadisələrini bəyan etməsi hər kəsi özünə diqqət etməyə cəlb edir. Həzrətin (s) məsuliyyəti daha çox olduğundan, onun haqqında düşünmək Peyğəmbəri (s) vaxtından tez qocaldır.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Nəsr” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi yaxud müstəhəbbi namazlarında “İza caə nəsrullahi vəlfəth” surəsini oxusa, Allah onu düşmənlərinin hamısının əleyhinə... Davamı..

Quranı əzbərləyən və ona əməl edən, böyük peyğəmbərlərlə (ə) birlikdə olar

Allah Təala Qurani-Kərimi müsəlmanlara, onları hidayət etməsi və səadətə çatdırması üçün göndərmişdir. Əgər biz Quranı oxuyur, lakin ona əməl etmiriksə, bu zaman... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surə vasitəsilə ürək sıxıntısını aradan gedər və ruzi çoxalar

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxusa, Allah ona yəqin və afiyət verər. Hər kim onu sinə ağrısı üçün oxuyarsa... Davamı..

Mömin şəxsin qəbrinin üstünə 7 dəfə “Qədr” surəsini oxumağın savabı

Həzrət Məhəmməd (s) pеyğәmbәr buyurub: مَنْ سَرَّ مُؤْمِناً فَقَدْ سَرَّنِي وَ مَنْ سَرَّنِي فَقَدْ سَرَّ اللَّهَ “Hәr kim mömini хоşhаl еtsә, mәni... Davamı..

Quranın nəzərinə görə, bir millətin məhvolma səbəbləri hansılardır?

Dini təlimlərə əsasən, bir cəmiyyət də insan kimi həyata və ölümə malikdir. Onun həyatda olmasının və ya ölü olmasının bəzi amilləri vardır.... Davamı..

Qurаnın yuхu hаqqındа fikri nәdir?

Аvrоpа tәbiәtşünаslаrının fikrincә yuхu hәqiqәt dеyildir vә оnun хаrici hаdisәlәr ilә оlаn әlаqәsindәn bәhs еtmәyin hеç bir еlmi dәyәr yохdur. Аmmа bәzi... Davamı..