Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 11:20
Şərh Yoxdur
2599

İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə buyurur

Əmirəl-möminin imam Əli (ə) “Nəhcül-bəlağə”də peyğəmbərlərin dünyaya baxışı barədə buyurur: “Rəsuləllahın yolunu tutmaq sənə kifayət edər. Dünyanın məzəmməti və eyibləri, onun rüsvayçılıqları və pislikləri sənə doğru yolu tutmağa dəlil və bələdçidir; əgər başqa bir peyğəmbərin yolunu tutmaq istəsən, Allahın həmsöhbəti olmuş Musanın (ə) yolunu tut. O deyərdi:

“Ey Rəbbim: «Mən, Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam![1].

Allaha and olsun ki, Musa (ə) Allahdan (ac qarnını doyuracaq) bir tikə çörəkdən başqa bir şey istəmirdi. Çünki yerdə bitən otları yeməkdən o qədər arıqlayıb incəlmişdi ki, qarnının nazik dərisindən otların yaşıllığı görsənirdi. Əgər üçüncü başqa bir peyğəmbərin yolunu getmək istəsən, Davudun (ə) yolu ilə get ki, «Məzamir və Zəbura» sahib idi. Davud (ə) cənnət əhlinin xanəndəsidir. Öz əlləri ilə xurma lifindən zənbil toxuyar və dostlarına belə deyərdi: “Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edə bilər?” Zənbillərin qazancından əldə etdiyi pulun ancaq bir tikə arpa çörəyinə yetəcək qədərini özünə götürərdi.

İsanı (ə) de ki, yatmaq istədikdə balış olaraq başının altına bir daş qoyardı. Libası cod kətandan idi və yediyi bir tikə quru yavanlıq olardı. Gecələr çırağı ayın nuru idi. Qışda sığınacağı günəşin döydüyü yer olardı (evi yox idi). Süfrəsinin ən ləziz meyvəsi çöldə bitən otlar idi. Nə arvadı var idi ki, onu fitnəyə salsın, nə də uşağı var idi qəminə qalsın. Nə var-dövləti var idi ki, onu Allahdan yayındırsın, nə tamahı var idi ki, onun oduna yansın. Miniyi ayaqları, xidmətçisi əlləri idi”[2].

 

Görəsən, Allahın peyğəmbərlərlə düşmənçiliyi var idi ki, onları dünya ləzzətlərindən məhrum edirdi? Yoxsa bu çətinliklər onların təkamül vasitələri və Allaha olan məhəbbətlərinin nişanəsi idi?

Xatırladılması zəruri olan başqa bir məsələ budur ki, yuxarıda söylənilənlərdən elə anlaşılmasın ki, tərkidünya olub bir kənara çəkilmək lazımdır; halal qazancın arxasınca düşməməliyik və ya İslamın və müsəlmanların izzətini qorumaq üçün faydalı fəaliyyət göstərməməliyik. Söhbət dünyaya qapılıb qalmamaqdan, onun çəngində əsir olmamaqdan gedir.

Əgər dünyanın bütün xəzinələri və sərvətləri bir kəsin əlində olub, ona könül verməmək şərtilə bütün ləzzətlərindən istifadə etsə, özünə heç bir zərər toxunmayacaqdır. Necə ki, bütün dünya padşahlığına sahib olan Davud oğlu Süleyman ixtiyarında saysız-hesabsız nemətlərin olmasına baxmayaraq, heç birinə ürək bağlamadı. Bu nemətlər onun peyğəmbərliyinə və vilayətinə xələl gətirmədi. Özü arpa çörəyi yeyərdi, amma bütün sərvətini və qüdrətini dinin izzətinin ucalmasında istifadə edərdi.

 

www.ahliman.info

[1] «Qəsəs» surəsi, ayə 24.

[2] «Nəhcül-bəlağə», xütbə 159, səh. 508.

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..