Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 11:20
Şərh Yoxdur
945

İmam Əli (ə) peyğəmbərlərin dünyaya baxışı barədə buyurur

Əmirəl-möminin imam Əli (ə) “Nəhcül-bəlağə”də peyğəmbərlərin dünyaya baxışı barədə buyurur: “Rəsuləllahın yolunu tutmaq sənə kifayət edər. Dünyanın məzəmməti və eyibləri, onun rüsvayçılıqları və pislikləri sənə doğru yolu tutmağa dəlil və bələdçidir; əgər başqa bir peyğəmbərin yolunu tutmaq istəsən, Allahın həmsöhbəti olmuş Musanın (ə) yolunu tut. O deyərdi:

“Ey Rəbbim: «Mən, Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam![1].

Allaha and olsun ki, Musa (ə) Allahdan (ac qarnını doyuracaq) bir tikə çörəkdən başqa bir şey istəmirdi. Çünki yerdə bitən otları yeməkdən o qədər arıqlayıb incəlmişdi ki, qarnının nazik dərisindən otların yaşıllığı görsənirdi. Əgər üçüncü başqa bir peyğəmbərin yolunu getmək istəsən, Davudun (ə) yolu ilə get ki, «Məzamir və Zəbura» sahib idi. Davud (ə) cənnət əhlinin xanəndəsidir. Öz əlləri ilə xurma lifindən zənbil toxuyar və dostlarına belə deyərdi: “Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edə bilər?” Zənbillərin qazancından əldə etdiyi pulun ancaq bir tikə arpa çörəyinə yetəcək qədərini özünə götürərdi.

İsanı (ə) de ki, yatmaq istədikdə balış olaraq başının altına bir daş qoyardı. Libası cod kətandan idi və yediyi bir tikə quru yavanlıq olardı. Gecələr çırağı ayın nuru idi. Qışda sığınacağı günəşin döydüyü yer olardı (evi yox idi). Süfrəsinin ən ləziz meyvəsi çöldə bitən otlar idi. Nə arvadı var idi ki, onu fitnəyə salsın, nə də uşağı var idi qəminə qalsın. Nə var-dövləti var idi ki, onu Allahdan yayındırsın, nə tamahı var idi ki, onun oduna yansın. Miniyi ayaqları, xidmətçisi əlləri idi”[2].

 

Görəsən, Allahın peyğəmbərlərlə düşmənçiliyi var idi ki, onları dünya ləzzətlərindən məhrum edirdi? Yoxsa bu çətinliklər onların təkamül vasitələri və Allaha olan məhəbbətlərinin nişanəsi idi?

Xatırladılması zəruri olan başqa bir məsələ budur ki, yuxarıda söylənilənlərdən elə anlaşılmasın ki, tərkidünya olub bir kənara çəkilmək lazımdır; halal qazancın arxasınca düşməməliyik və ya İslamın və müsəlmanların izzətini qorumaq üçün faydalı fəaliyyət göstərməməliyik. Söhbət dünyaya qapılıb qalmamaqdan, onun çəngində əsir olmamaqdan gedir.

Əgər dünyanın bütün xəzinələri və sərvətləri bir kəsin əlində olub, ona könül verməmək şərtilə bütün ləzzətlərindən istifadə etsə, özünə heç bir zərər toxunmayacaqdır. Necə ki, bütün dünya padşahlığına sahib olan Davud oğlu Süleyman ixtiyarında saysız-hesabsız nemətlərin olmasına baxmayaraq, heç birinə ürək bağlamadı. Bu nemətlər onun peyğəmbərliyinə və vilayətinə xələl gətirmədi. Özü arpa çörəyi yeyərdi, amma bütün sərvətini və qüdrətini dinin izzətinin ucalmasında istifadə edərdi.

 

www.ahliman.info

[1] «Qəsəs» surəsi, ayə 24.

[2] «Nəhcül-bəlağə», xütbə 159, səh. 508.

Digər “Əhli-Beyt ” Xəbərləri

Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı

Davud Rəqqi nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətində idim və Həzrət (ə) su istədi. Suyu içən zaman gördüm ki, İmamı (ə) ağlamaq tutdu. Mübarək... Davamı..

İmam Zaman (ə.f) ağa – bəlanın möminlərdən dəf olmasının amilidir

İmam Zaman ağa (ə.f) buyurur: “Mən – vəsilərin xatəmiyəm. Allah mənə görə bəlanı əhlimdən və davamçılarımdan dəf edər”. Hədisin şərhi. Bu hədisi... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin fəziləti

İmam Rza (ə) buyurub: “Hər kəs imam Hüseynin (ə) qəbrini Fərat çayının kənarında ziyarət etsə, sanki ərşdə Allahı ziyarət edibdir.”    Cabir... Davamı..

İntizarın dəyər və mükafatı

“İbadətlərin ən yaxşısı, həzrət Mehdinin (ə.f) zühurunun intizarıdır”. Həzrət Mehdinin (ə.f) zühur intizarının dəyəri haqqında əlimizdə yüzlərlə hədis mövcuddur. Burada onların bir... Davamı..

İmam Rzanın (ə), İmam Hüseynə (ə) əza saxlamaqla bağlı 5 tövsiyəsi

Nəql edilir ki, məhərrəm ayının birinci günü İmam Rza (ə) ibni Şəbibə buyurur: “Oruc tutmusan? Bu gün – o gündür ki, Zəkəriyyə... Davamı..

Həzrət Zəhra (s.ə) “Nə zaman Hüseynimə (ə) ağlayanlar behiştə daxil olarlar, mən də behiştə daxil olaram”

İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə getməz və xəyal edər ki, bizim davamçımızdır və bu halda ölərsə... Davamı..

İmam Hüseyn (ə) Qurani-Kərimə hansı cəhətləri ilə bənzəyir?

Qurani-Kərimdə buyurulur: “Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən... Davamı..

İmam Zaman ağanın (ə.f) qiyamında iştirak edəcək mələklər

Əban ibni Təğəllüb nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Sanki Qaimi (ə.f) Kufənin arxasında görürəm ki, orada qərar tutmuşdur. Alnı ağ... Davamı..