Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Aprel 12:18
Şərh Yoxdur
836

Dünyada rahat yaşamaq üçün 5 tövsiyə

Bu dünya fanidir və bir gün gələcəkdir ki, əbədi dünyaya köç edəcəyik. Ona görə də bu həqiqəti qəbul etməli və necə daha rahat yaşaya biləcəyimizin yollarını axtarmalıyıq.

 

Həyatda rahat yaşamaq üçün yaxşı olar ki:

 

1. Özümüzü bir qonaq hesab edək ki, bir gün öz evimizə qayıdacağıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir – əmanətdir. Həqiqətən də qonaq – köçəndir. Əmanət geri qaytarılar”.

 

2. Özünüzü qərib və yoldan keçən hesab edin. İnsanın arzusu budur ki, daimi olan məkanını abadlaşdırsın və gözəlləşdirsin. Ancaq əgər yaşadığı yer müvəqqətidirsə, onun üçün bəzi narahatçılıqlar heç də çox mühüm olmaz. Çünki müsafir çətinliklərə səbir etməyi bacarır.

Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada elə ol ki, sanki qəribsən və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver!”.

 

3. Bu dünyadan ürəyini qopart. İnsanın çəkdiyi bütün əziyyət və çətinliklər ürəyə aiddir. İkincisi isə gərək elə şeyə qəlbini bağlayasan ki, əbədi və davamlı olsun. Əgər bu dünyada olan zaman ürəyimizi axirətə bağlaya bilsək, o zaman bu dünyanın xoşagəlməz hadisələri bizim üçün dözümlü olacaqdır. İmam Əli (ə) buyurur: “Ürəklərinizi, bu dünyadan bədənləriniz ondan xaric olmazdan əvvəl xaric edin”.

Başqa yerdə buyurur: “Dünyada bədəninlə ol, axirətdə qəlbinlə”.

 

4. Dünyanı xoş bir yuxu bilmək. Dünya o qədər qısadır ki, insan gözünü yumub açınca sona çatır və Adəm övladına arxa çevirir. Ona görə də dünyanı bir yuxuya bənzədirlər. Aqil insan nə yuxuda əldə etdiklərini həqiqət bilər, nə də əldən verdiklərini. İmam Sadiq (ə) buyurur: “Dünyanı bir mal qərar ver ki, yuxuda əldə etmisən. Çünki ayılan zaman ondan heç nəyi tapmayacaqsan”.

 

5. Dünyanı bir körpü hesab edin ki, onun üzərindən keçməkdəsiniz. O kəs ki, səfər zamanı bir körpünün üstündən keçər, heç bir zaman körpünün gözəlliyinə, rahatlığına xüsusi diqqət etməz. Körpünün əziyyəti onu incitməz. (Həvzəh/Deyerler)

Dünya da axirətə köçmək üçün bir körpüdür. Loğman oğluna belə buyurur: “Dünyanı çay üzərində olan körpü bil ki, ondan keçirsən. Günün sonuna qədər onu tərk edirsən. Bir daha ona qayıtmayacaqsan”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin ziyarətinin 100 ildən çox olan fotoları

Aşağıda gördüyünüz şəkilərin ən qədimi 1905-17-ci illərdə keçirilən Ərbəin yürüşünə aiddir. Ərbəin yürüşü ilə bağlı təqdim olunan şəkillər arasında ötən əsrin 60-70-ci... Davamı..

İmam Sadiqin (ə) qədim peyğəmbərlərin kitablarından nəql etdiyi qüdsi hədisdə nə buyurulub?

İmam Sadiqin (ə) bəzi qədim peyğəmbərlərin kitablarından nəql etdiyi qüdsi bir hədisdə belə nəql olunur: “Allah-təala buyurur: “İzzət və cəlalıma, ərş üzərində... Davamı..

Allahdan uzaq düşməyin qorxusundan ağlamaq ariflərin ibadətidir

Əmirəl-möminin imam Əli (ə) buyurub: “Arifin üzü gülər və şad, qəlbi isə kədərli və qorxan olar.”[1] “Şövq ariflərin ayrılmaz dostudur.”[2] “Xof ariflərin... Davamı..

Sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki, böyük əcri vardır

Allah övliyalarının öz şagirdləri üçün tövsiyə etdiyi dəyərli zikrlərdən biri “Bismilləhir-Rahmənir-Rahim”dir. Xüsusilə sübh namazından sonra bu zikri 19 dəfə deməyə çalışın ki,... Davamı..

İmam Əli (ə): “Kim Allahı tanıdısa tənha qaldı. Kim camaatı tanıdısa, tənhalığı seçdi”

İmam Əli (ə) özünü tanıma və Allahı dərk etmək haqda bunları buyurub: “Özünüdərk ən faydalı tanımadır.” [1] “Özünü dərk  etməyə  nail  olmuş  şəxs  ən... Davamı..

Ən yaxşı sərvət odur ki, abır-həyanın qorunmasına səbəb olsun

Əmirəl-möminin imam Əli (ə) buyurub: “Malına ən çox xəsis olan insanlar, öz abır-həyalarında daha əliaçıq olanlardır.”[1] “Ən yaxşı sərvət odur ki, abır-həyanın... Davamı..

Kim Allahı tanıdısa, Ondan qorxdu, kim Allahdan qorxdusa, dünyanı qəlbindən sildi

Həzrət Məhəmməd (s) peyğəmbər buyurub: “Allahı daha yaxşı tanıyan Allahdan daha çox qorxandır.”[1]   Həzrət imam Əli (ə) buyurub: “Allahı azacıq da... Davamı..

Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah sentyabr ayının 20-i Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri   Aşura gecəsinin əməlləri: 1. Bu gecəni sabaha... Davamı..