Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Aprel 10:53
Şərh Yoxdur
2199

Beş vacib namaz zamanı dua etmək – ən fəzilətli zamanlardır ki, duanın qəbul olunmasına səbəb olar

İmam Sadiq (ə) buyurur: “Bu zamanlarda dua etmək duanın qəbul olmasına səbəb olar: günəş çıxmazdan və batmazdan əvvəl”.

Həzrət Peyğəmbər (s) zöhr yaxınlaşan zaman dörd rükət namaz qılar və buyurardı: “Bu saat səmanın qapılarının açıldığı zamandır. Mən istəyirəm ki, bu saatda məndən yaxşı əməl yuxarı qalxsın”.

Bu hədislərdən belə nəticə çıxartmaq olur ki, zamanın duanın qəbul olmasına təsiri vardır. Allah Təala Quranda təsbih etmək üçün xüsusi zamanları bizə tanıtmışdır. Bu zamanlar ən qızıl fürsətlərdir ki, bizi Allaha yaxınlaşdırar. Qədr gecəsi kimi.

Təsbih sözü Quranda 85 dəfə istifadə edilmişdir. Təsbih sözü “səbbəh” sözündən götürülmüş və mənası su və havada sürətlə hərəkət etməkdir. Dinimizdə isə təsbih sözü Allah ibadətində sürətlə hərəkət etmək deməkdir.

Əmirəl-mömininə (ə) “Sübhənallah” sözünün mənası haqqında sual verirlər və Həzrət (s) buyurur: “Təsbih, təzim Allah Təalanın cəlalını böyük hesab etmək və Onu müşriklərin Onun haqqında dediklərindən pak bilməkdir. Ona görə də o zaman ki, bəndə “Sübhənallah” deyər, hər mələk ona salavat göndərər”.

Təsbih – həqiqətdə təsbih edənin etiqadının nişanəsidir. Allahdan hər bir nöqsanı kənarlaşdırar. Bəs təsbihi hansı zamanlarda edək?

“Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və Qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbir et və Günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini həmd-səna ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl). Və gecənin bir hissəsində də Onu pak sifətlərlə mədh et(məğrib və işa namazlarını qıl) və həmçinin səcdələrin ardınca (bütün namazların səcdələrindən sonra Onu pak siftələrlə xatırla). (“Qaf” 39-40).

“Buna görə də onların dediklərinə səbir et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et (sübh, zöhr və əsr namazlarını qıl və ya digər zikrləri oxu). Həmçinin Onu (məğrib və işa namazlarını qılmaq və digər zikrləri oxumaqla) gecə saatlarında və (nafilə namazları və digər ibadətlərlə) günün radələrində pak sifətlərlə mədh edərək müqəddəs bil ki, bəlkə (Allahın lütflərinin sənə şamil olması ilə) razı qalasan”. (“Taha” 130).

Bu ayələrdən belə başa düşmək olur ki, beş vacib namaz zamanı dua etmək – ən fəzilətli zamanlardır ki, duanın qəbul olunmasına səbəb olar. Hədislərimiz günəş çıxan və batan zaman da edilən duaların qəbul olmasını buyururlar.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Tövrat, İncil, Zəbur, Qurani-Kərim – hamısı Ramazan ayında nazil olub

Ramazan ayı, Quran nazil olduğu ay olmaqla bərabər, özünəxməxsus fəzilətlərə malikdir ki, onu başqa qəməri aylardan ayırır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı... Davamı..

Sabahdan mübarək Ramazan ayı başlayır. Ramazan ayının əməlləri

Bu gün Şaban ayının son günü, müqəddəs Ramazan ayının ilk gecə daxil olur. 17 may mübarək Ramazan ayının ilk günüdür.   Ramazan ayı... Davamı..

Ramazan ayı həyatı dəyişdirmək üçün bir fürsətdir

Mübarək Ramazan ayı həyatı yaxşılığa doğru dəyişmək, Quranla ünsiyətdə olmaq, özünü düzəltmək və fəaliyəti İslam prinsiplərinə əsasən qurmaq üçün ən münasib fürsətdir.... Davamı..

Nə edək ki, dualarımız qəbul olunsun? Duanın ədəbləri

Duanın yerinə yetməsi üçün xüsusi şərtlərə və ədəblərə riayət etmək lazımdır ki, dinimiz bizə onları öyrədir və bizi maarifləndirir. Hər bir mömin... Davamı..

Yахşı söz vә ruzinin аrtmаsı

Mömin insаn sаkit qаlаrsа, оnun üçün yахşı әmәl yаzılаr Həzrət Pеyğәmbәr (s) buyurub: طِيبُ الْكَلَامِ يَزِيدُ فِي الرِّزْقِ “Gözәl dаnışıq ruzini аrtırаr.”... Davamı..

Allah Təala buyurur: “Mən, Məni yad edənin yoldaşıyam!”

Qurani-kərim və rəvayətlərdə Allahı yad etməyə böyük əhəmiyyət verilmişdir. Bu əhəmiyyətə görədir ki, hədislərdə müfəssəl olaraq ilahi zikr, onun dünya və axirətə... Davamı..

11 növ qadın behiştə getməyəcəkdir

İmam Cavad (ə) cəddi Əmirəl-möminindən (ə) nəql edir ki, buyurur: “Mən və Fatimə (s.ə) Peyğəmbərin (s) yanına getmişdik. Onu şiddətli şəkildə ağlayan... Davamı..

Ən üstün gün, ay və əməl hansıdır?

İbn Abbasdan soruşurlar: “Ən üstün gün, ən üstün ay və ən üstün əməl hansıdır?”. İbni Abbas cavab verir: “Ən üstün gün –... Davamı..