Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Aprel 14:43
Şərh Yoxdur
1331

Həzrət Peyğəmbər (s): “Mən 600 min kəlməni 6 kəlmədə cəm etmişəm”.

Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) xitab edərək buyurur: “Ey Əli! 600 min qoyunu istəyirsən, ya 600 dinarı istəyirsən, yoxsa 600 min sözü?”.

İmam (ə) buyurur: “600 min sözü istəyirəm”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əlican! Mən 600 min kəlməni 6 kəlmədə cəm etmişəm.

 

1. O zaman ki, insanların sənin fəzilətinlə məşğul olduğunu görərsən, vacibatınla məşğul ol.

 

2. O zaman görsən ki, insanlar dünya əməli ilə məşğuldurlar, sən axirət əməli ilə məşğul ol.

 

3. O zaman görsən ki, insanlar bir-birinin eybini tutmaqla məşğuldurlar, sən öz eybinlə məşğul ol.

 

4. O zaman görsən ki, insanlar dünya zinəti ilə məşğuldurlar, sən axirət zinəti ilə məşğul ol.

 

5. O zaman görsən ki, insanlar ibadət əməlinin çoxluğu ilə məşğuldurlar, sən əməlin həqiqəti ilə məşğul ol.

 

6. O zaman görsən ki, insanlar bir-birinin ətəyindən tutmaq, onun və bunun evinin qapısına təvəssül etməklə məşğuldurlar, sən Xaliqə təvəssül et. Əgər insan Allah Təalanı buraxarsa və başqalarına təvəssül edərsə, Allah da onu buraxar. Əgər Sübhan Allaha itaət olunarsa, Allah hamını onun mütisi qərar verər”. (Həvzəh/Deyerler)

 

“Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal». Lakin şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı”. (“Yusif” 42).

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) evlənməsi barədə İlahi qərarın təsviri

“Uyun əxbari Rza” adlı kitabda İmam Rzanın (ə) nəql etdikləri və hədisləri dərc edilmişdir. Bu kitab Əlhi-beyt (ə) məktəbinin mötəbər kitablarından sayılır... Davamı..

Peyğəmbəri-Əkrəm (s): “İnsan yalnız dilini saxlamaqla imanın həqiqətinə nail olar”

İnsanı Allah dərgahına yaxınlaşmaqdan saxlayan, hüzuri-qəlb yaranmasına mane olan səbəblərdən biri də faydasız, zəruri olmayan sözlər danışmaqdır.[1]   Mütəal Allah insana nitq... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Dörd səma kitabından dörd nəsihət

İmam Əli (ə) buyurur: “Tövrat, İncil, Zəbur və Furqanı (Qurani-Kərimi) oxudum və hər kitabdan bir kəlmə seçdim. Tövratdan: “Hər kim sükut edər,... Davamı..

Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq. 2 Hədis: İmam Rzadan (ə)... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Rzadan (ə) 20 hədis

1 Hədis: Mömində 3 xüsusiyyət olmasa, o həqiqi mömin deyil: bir sünnə Allahdan, bir sünnə peyğəmbərdən, bir sünnə imamdan. Allahın sünnəsindən: sirrini gizli... Davamı..

İmam Cəfəri-Sadiqin (ə) Ünvan Bəsriyə göstərişi

Ünvan Bəsri 94 yaşlı qoca bir kişi idi. O deyir: «Mən elm öyrənmək üçün Malik ibni Ənəsin yanına gedib-gəlirdim. Cə’fər ibni Məhəmməd... Davamı..