Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Aprel 17:45
Şərh Yoxdur
2736

Allah bir kəsin xeyrini istədiyi zaman onu dində bilikli, dünyada isə zahid edir

Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən

“Ey Əbuzər! Allah bir kəsin xeyrini istədiyi zaman onu dində bilikli, dünyada isə zahid edir və öz eyiblərini ona başa salır”.

 

Allah bir kəsə yaxşılıq etmək istədiyi zaman ona üç şey verir:

1. Dini bilik;

2. Zahidlik və dünya ləzzətlərinə etinasızlıq;

3. Eyiblərinə olan agahlıq.

Bu üç xislət müqabilində insan üçün ən pis şey, dində cahil olmaq, dünya sevgisi və xudpəsəndlik və başqasında eyib axtarmaqdır.

“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar” [1].

Allahın heç kimlə düşmənçiliyi yoxdur və səbəbsiz olaraq heç kəsi cəhənnəmə aparmır. Əgər kimsə özünün yanlış seçimi ilə küfr və üsyan yolunu seçərsə, Allahın təkvini iradəsi belə tələb edəcək ki, həmin adam zəlalətə uğrasın və xeyir iş görməyə nail olmasın:

“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verər, sonra isə (axirətdə) ona cəhənnəmi məskən edərik. O, cəhənnəmə qınanmış və (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar!”[2]. Deməli, Allah bir kəsin xeyrini istədiyi zaman üç şeydə onu müvvəffəq edir:

Elm qazanmaq imkanını ona inayət edir, bunun müqabilində Allah bir kəsin xeyrini istəmədikdə, onu elm qazancından məhrum edir. Rəvayətdə göstərildiyi kimi: “Allah bir bəndəsini özündən uzaqlaşdırmaq istədiyi zaman, onu elm və təhsildən ayırır”[3]

 

 

Rəvayətlərin birində deyilir: “Bütün kamal üç şeydə xülasə olur: dini elmələrə vaqif olmaq; həyat işlərinin nizama salınıb proqramlaşdırılması; çətinliklər qarşısında səbirli olmaq”[4].

Allahın ikinci inayəti, dünyaya rəğbət göstərməmək və onun zahiri gözəlliyinə könül verməməkdir. Təəssüflər olsun ki, bizim əksəriyyətimizdə bu xislətlər yoxdur. Az-çox dünya ləzzətlərinə ürək bağlamışıq. İnsan öz şəni və ehtiyaclarının həddindən artığına meyl göstərərsə, – daha yaxşı maşın, daha gözəl ev, daha artıq geyim tələbində olarsa – dünyaya bağlanmışdır və cənnət nemətlərindən məhrum olacaqdır. Necə ki, Quran buyurur:

“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət, ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!”[5].

Bu ayənin təfsirində belə bir rəvayətə işarə edilir ki, insan, hətta ayaqqabısının bağının başqalarının ayaqqabısının bağından yaxşı olmasını istəyərsə, bu istək onun dünya məhəbbətindən, təkəbbüründən xəbər verir[6].

Bu onu göstərir ki, insan səy edərək, hətta bir ayaqqabı bağı qədərincə olsa belə, dünyaya bənd olmamalıdır. Ürək həmişə Allah və axirət istəyi ilə döyünməlidir, ayaqqabı bağı, ev, maşın üçün yox. Ürək Allah nurunun nazil olduğu yerdir:

“Möminin ürəyi Rəhmanın ərşidir”[7].

Ürək Allahdan nə qədər üzülüşüb dünya ilə məşğul olarsa, bir o qədər də mənəvi kamaldan məhrum olacaqdır.

 

www.ahliman.info

[1] «İsra» surəsi, ayə 19.

[2] «İsra» surəsi, ayə 18.

[3] «Biharul-ənvar», cild 1, səh. 196.

[4] «Biharul-ənvar», cild 78, səh. 152

[5] «Qəsəs» surəsi, ayə 83.

[6] «Əl-Mizan», cild, 16, səh. 85.

[7] «Biharul-ənvar», cild 58, səh. 39.

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..

Bu gün həzrət imam Rzanın (ə) şəhadət günüdür

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid... Davamı..

Bu gecə islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günü daxil olur

 Hicri-qəməri tarixi ilə sabah Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə) şəhadət... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Cənnətə yаlnız təmiz şəхs gеdəcəkdir”

Əhli-Beyt əleyhimussalamın “təmizlik və paklıq” haqqında buyurduqlarından:   İmаm Əli (ə) buyurub: “Bаşqаlаrını nаrаhаt еdən хоşаgəlməz iydən özünüzü su ilə təmizləyin. Özünüzə... Davamı..

Həzrət Peyğəmbər (s) kimləri əfv etmirdi?

Hədislərimiz buyurur ki, kərim insanın ən üstün sifətlərindən biri də başqalarını bağışlamaq bacarığıdır. Qurani-Kərimdə buyurulur ki, hər kim bağışlamağı bacarar, Biz də... Davamı..

Həzrət Muhəmməd (s) buyurub: “Çirkli аdаmlаr məhv оlаr”

Həzrət Muhəmməd (s) Peyğəmbərimizin “təmizlik və paklıq” haqqında buyurduqlarından: “Аllаh pаkdır və pаk şəхsi sеvir, təmizdir və təmizliyi sеvir.” “Bu bədənləri təmizləyin,... Davamı..