Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Aprel 11:04
Şərh Yoxdur
619

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfatı günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (s.ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.

İlahi göstərişlə qoyulan ad – Zeynəb

Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə (s.ə) İmam Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və o Həzrət (s) hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar.

Üç gündən sonra Peyğəmbər (s) səfərdən döndü. İmam Əli (ə) mətləbi ona anlatdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən İlahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: “Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam”.

Bunu eşidən Peyğəmbər (s), təzə doğulan körpənin onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbərimiz (s), onu öpərək buyurdu: “Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir”.

Bir qəlb, iki məhəbbət

Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: “Atacan, məni çox istəyirsən?”. İmam Əli (ə) cavab verir ki, bəli, qızım, çox istəyirəm. Bu cavabdan sonra Xanım Zeynəb (ə) buyurur: “İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur”.

“Müsibətlər anası”

Heç şübhəsiz ki, Xanımın həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində – qardaşı İmam Hüseynin (ə) qafiləsində olmasıdır. Buna görə də Xanımı “müsibətlər anası” adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb (s.ə) səbir edir. İmam Hüseyni (ə), Həzrət Abbası (ə) şəhadətə yetirirlər, amma o Xanım (s.ə) səbir edir.

Bu azmış kimi, iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir.

Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb (s.ə) və İmam Səccad (ə) ən kamil şəkildə yerinə yetirdilər.

Məhrumiyyətlər içində ibadət

İmam Səccad bibisi Zeynəb (s.ə) barəsində bildirir: “Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı”.

Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə) Xanıma buyurmuşdu: “Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma”.

 

Xanım Zeynəb (s.ə) hicrətin 62-ci ilində rəcəb ayının 15-də Suriyanın Şam şəhərində dünyadan köçmüşdür.//Deyerler.org

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Hәzrәt Pеyğәmbәrdən (s) həyatınızı dəyişəcək kəlamlar

“Еy Әli! Ахmаğın üç әlаmәti vаr: Vаciblәri yеrinә yеtirmәyә süst yаnаşаr, Аllаhın bәndәlәrini məsğərə еdәr vә çох dаnışаr (Аllаhın zikrindәn qаfildir).”[1]  ... Davamı..

Həzrət Peyğəmbərimiz (s) buyurub: “Hər kim iki hədis öyrənsə və öyrətsə…”

Hәzrәt Məhəmməd pеyğәmbәr (s) buyurub: “Hәr kim iki hәdis öyrәnsә, оnlаrdаn kаmаlа yеtişmәk üçün istifаdә еtsә vә yа bаşqаlаrınа öyrәtsә, оnlаr dа... Davamı..

İmam Əli (ə) bu dörd suala belə cavab verdi

Bir şәхs İmаm Әliyə (ә) dеdi: Dörd suаlım vаr. Hәzrәt buyurdu: Qırх suаlın dа оlsа, sоruş. Dеdi: Vаcib nәdir, vаcibdәn dә vаcib... Davamı..

Həzrət Məsumə (s.ə) niyə Quma səfər edir?

İmam Kazımın (ə) əziz qızı olan Həzrət Fatimeyi-Məsumə (s.ə) o banulardan idi ki, Məsum İmamlar (ə) onun haqqında xoş sözlər demiş və... Davamı..

Mal və ömrün bərəkətli olması üçün nə etməli? – İmam Əlinin (ə) tövsiyələri

Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:... Davamı..

İmam Zaman (ə.f) ağaya beyət edəcək ilk şəxs kimdir?

O zaman ki, İmam Zaman ağanın (ə.f) qiyamı elan ediləcəkdir, beyət mövzusu irəli çıxacaqdır. Belə bir sual yaranır ki, bəs İmama (ə.f)... Davamı..

Sabah həzrət Məhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Noyabr ayının 25-i hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Məhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə)... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət gecəsidir

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..