Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Mart 10:10
Şərh Yoxdur
257

Həzrət Musanın mühakimə və hökumət kitabı

Təbii ki, insanlar arasında mühakimə hansısa qanun əsasında aparılmalıdır. Həzrət Musa Allahın elçisi olduğundan bu işdə ilahi göstərişlərə əsaslanmalı idi. O öz düşüncə və istəyi əsasında mühakimə apara bilməzdi. Buna görə də Allah-təala Musaya xitabən buyurur: “Aralarında sənə nazil etdiyim kitab əsasında mühakimə apar.” Musaya nazil olmuş kitab Tövrat idi. Həzrət Musa xalqı Tövrata dəvət etməli və bu kitab əsasında hökm verməli idi. Ona Tur dağında qırx günlük ibadətindən sonra Tövrat nazil oldu. Bu kitabda həzrət Musanın şəriət hökmləri bəyan olunmuşdu. Quran və rəvayətlərə əsasən bu kitab lövhələr şəklində bir başa nazil olmuşdu. Bu kitabda Bəni-İsrailin, həzrət Musa dövrünün və ondan sonrakı insanların həzrət İsanın besətinədək ehtiyac duyduğu qanunlar əks olunmuşdu. Qurani-kərimdə bu barədə buyurulur: “Onun üçün həmin lövhələrdə hər bir öyüdü və hər bir şərhi yazdıq. (Dedik ki,) ondan möhkəm tut və qövmünə də onun ən üstününü öyrənməyi tapşır. Tezliklə sizə fasiqlərin yerini göstərərəm.”[1]

İmam Sadiq (ə) həzrət Musaya nazil olmuş Tövrat və lövhələr haqqında buyurur: “Cəfr elmində müşahidə etmişəm ki, Allah-təala Musaya lövhələr nazil etdi və bu lövhələrdə olmuşlar və qiyamətədək olacaqlar bəyan olunmuşdu. Həzrət Musanın risaləti sona yaxınlaşanda Allah ona vəhy etdi ki, behişt zəbərcədindən hazırlanmış lövhələri Zinət dağında əmanət qoysun. Həzrət Musa həmin dağa gedəndə dağ yarıldı və o lövhələri dağdakı yarığa qoydu. İslam peyğəmbərinin (s) besətinədək lövhələr dağda qaldı. Peyğəmbərlə (s) görüş üçün Mədinəyə üz tutmuş Yəmən əhli həmin dağa çatanda qəfildən dağ yarıldı və həmin lövhələr göründü. Karvan əhli lövhələri götürüb yoluna davam etdi. Onlara ilham olunmuşdu ki lövhələrə baxmasınlar. Cəbrail də öz növbəsində əhvalatı Peyğəmbərə (s) xəbər vermişdi. Karvan əhli Peyğəmbərlə (s) görüşəndən sonra həzrət onlardan lövhə haqqında soruşdu. Onlar dedilər: “Bunu sizə kim xəbər verdi?” Həzrət buyurdu: “Allah-təala məni xəbərdar etdi.” Onlar dedilər: “Biz şəhadət veririk ki, sən Allahın rəsulusan.” Sonra lövhələri həzrətə təqdim etdilər. Həzrət Peyğəmbər (s) təbərani dilində yazılmış lövhələri oxuyub Əmirəl-möminini (ə) çağırdı və buyurdu: “Al bu lövhələri. Onlarda keçmişlərin və gələcəyin elmi var. Bunlar həzrət Musanın lövhələridir. Allah mənə əmr edib ki, onları sənə tapşırım. Əmirəl-möminin (ə) buyurdu: “Mən onları oxuya bilmirəm.” Həzrət (s) buyurdu: “Cəbrail buyurub ki, bu gecə onları başının altına qoyasan. Səhəri gün onlardan agah olacaqsan.” Əmirəl-möminin (ə) buyurur ki, mən gecə lövhələri başımın altına qoydum. Səhəri gün Allah-təala məni bu lövhələrdən agah etdi. Peyğəmbər (s) buyurdu ki, onlardan bir nüsxə hazırlayım. Mən ondan bir nüsxə hazırladım. Həmin nüsxə hazırkı cəfrdir. Orada keçmişlərin və gələcəyin elmi var. Həmin nüsxə, lövhələr və Musanın əsası bizdədir…”[2]

Deyildiyi kimi Tövrat və lövhələr həzrət Musaya bir dəfəyə nazil oldu. Olsun ki, şəriət hökmləri və qanunları yalnız həzrət Musaya bütövlükdə nazil olmuşdur. İslamın zühurundan sonra Quran ayələri tədricən, müxtəlif məqamlarda, 23 il ərzində nazil oldu: “Quranı hissə-hissə nazil etdik ki, onları xalqa aram oxuyasan. Onu tədricən nazil etdik.”[3] 

 

www.ahliman.info

[1] “Ə’raf”, 145

[2] Hüveyzi, “Təfsiri-nurus-səqəleyn”

[3] “İsra”, 106

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

“Muxtarnamə”nin rejissorundan yeni tarixi film: “Salman”

İslam peyğəmbəri həzrəti Məhəmmədin (s) ən üstün səhabələrindən olan Salman Farsinin həyatından bəhs edən yeni serial çəkiləcək. FaktXəbər-in verdiyi məlumata görə, filmin... Davamı..

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Hacı Cavad məscidində Quran Gecəsi keçiriləcək

Ötən həftə açılışı olan Hacı Cavad məscidinin yeni binasında Quran Gecəsi keçiriləcək. Bu barədə məscidin dini icmasından məlumat verilib. Bildirilib ki, mərasim aprelin 20-də axşam... Davamı..

Sabahdan Şaban ayı başlayır. Bu ayın müştərək əməlləri

Aprelin 17-si şam azanından sonra Şaban ayı daxil olur və aprelin 18-i Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son... Davamı..

Zikrin ən çox tövsiyə edildiyi zamanlar

Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Zikr – aşiqlərin içkisi, ariflərin məlhəmidir. Zikrin həqiqəti budur... Davamı..

Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı – FOTO + VİDEO

Hacı Cavad məscidində bu gün ilk namaz qılınıb. FaktXəbər-in məlumatına görə, zöhr namazı məscidin köməkçi axundu Ceyhun Cəfərovun pişnamazlığı ilə qılınıb. 500... Davamı..

Mərhum Əllamə Təbatəbainin 40 illik əhdi nə idi?

İnsanın Qurani-Kərimdən ayrı düşməyi zəlalətdən başqa bir şey deyil… Höccətül-İslam Məhəmməd Fazil Təbrizi deyir ki, bir dəfə yaxın dostların birinin evində Əllamə... Davamı..

Hacı Cavad məscidinin rəsmi açılışı oldu

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində... Davamı..