Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Mart 09:00
Şərh Yoxdur
15971

Bu gecə “arzular gecəsi”dir. Bu gecənin namazı var

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Həzrət Rəsuləllah (s) buyurub: “Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə “arzular gecəsi” deyərlər”

 

Bu gecənin namazı var. Namazın qaydası belədir:

Namazın niyyəti Rəğaib gecəsinin namazını (ya bu gecənin namazını) qılıram qürbətən ilallah.

Bu günün savabını qazanmaq üçün həftənin dördüncü günü oruc tutulur, cümə gecəsi Şam və İşa namazları arasında on iki rükət (altı dəfə iki rükətli namaz) namaz qılnır. Hər rükətdə “Fatihə” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surəsini oxunmalıdır.

Namazdan sonra bu zikr yetmiş dəfə deyilir: “Əllahummə səlli əla Muhəmmədin nəbiyyil ummiyyi və alih”.

اللّهُمَ صَلِ عَلى مُحَمَّد النَّبىِّ وَ عَلى آلِهِ

Tərcümə: İlahi, Muhəmməd Peyğəmbərə və Onun ailəsinə Öz rəhmətini göndər.

Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikr deyilir: “Subbuhun Quddus, rəbbul məlaikəti vər-ruh”

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

Tərcümə: İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən.

Sonra başını səcdədən qaldırıb, yetmiş dəfə bu zikr deyilir: “Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləmu, innəkə əntəl əliyyul ə’zəm”

رَبِّ اغْفِرْ وَ ارْحَمْ وَ تَجاوَزْ عَمّا تَعْلَمُ، إِنَّکَ أنْتَ العَلىُّ الْأعْظَمُ

Tərcümə: Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən sən uca və əzəmətlisən.

Daha sonra səcdə etməli və səcdədə yenidən yetmiş dəfə bu zikr deyilir: “Subbuhun Quddus, rəbbul məlaikəti vər-ruh”

سُبُوحٌ قُدُوسٌ رَبُّ الْمَلائِکَةِ وَالرُّوحِ

 

Bütün bunlardan sonra hacətlərinizi Allahdan istəyin və bizi də dua etməyi unutmayın.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah sentyabr ayının 20-i Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri   Aşura gecəsinin əməlləri: 1. Bu gecəni sabaha... Davamı..

Kim camaatdan uzaqlaşsa, Allah ilə ünsiyyət tapar

Biz cəmiyyətlə ünsiyyətin, qohumlarla ünsiyyətin həyatda zəruri  olduğunu bilirik. Hətta Əhli-beytdən (ə) gələn hədislərdə bu işin nə qədər əhəmiyyyətli və tərk olunmaz olduğunu oxumuşuq.... Davamı..

Heyvanların ruhunu da Əzrayil (ə) alır?

Heyvanların ruhunu kim alır? Bu mövzu o mövzulardandır ki, hələ də dəqiq cavablana bilməmişdir. Bəzi hədislərdən bu nəticəyə gəlmək olur ki, necə... Davamı..

Ən yaxşı dua o duadır ki, pak sinədən və təqvalı qəlbdən çıxmış olsun

Dua ibadətlərin ən yaxşısı, insan nəfsinin kamala yetməsinə və Allaha yaxınlaşmasına səbəb olan bir vasitədir. Buna görə də Mütəal Allah bəndələrini dua... Davamı..

Yoxsulluğu uzaqlaşdırar, ömrü uzadar, behişti zəmanət edər – sədəqənin 10 bərəkəti

Sədəqənin bərəkətləri ilə tanış olaq:   1. İnsanı bəla və pis ölümdən uzaq edər. İmam Baqir (ə) buyurur: “Sədəqə 70 bəlanı insandan uzaqlaşdırar.... Davamı..

İmam Əlinin (ə) hərəmində 7-ci Qədir Xum festivalının açılışı keçirildi

İmam Əlinin (ə) İlahi tərəfindən Peyğəmbərdən (ə) sonra ümmətə imam və rəhbər seçilməsi günü – Qədir Xum bayramı münasibətilə İmam Əlinin (ə)... Davamı..

Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür

Ayətullahul-üzma Cavadi Amuli əxlaq dərslərinin birində buyurmuşdur: “Behiştə çatmaq üçün iki yolumuz vardır. Bir yolu dərs və bəhs yolu ilədir ki, hövzə və institutlar... Davamı..

Cümə gününün ən üstün əməli

Günahlarımızı yuyub aradan aparacağımız zamanlardan biri də cümə günüdür. Cümə günü Allahın şərəfli hesabetdiyi günlərdən biridir ki, bu gündə bəndələrin duaları qəbul olar... Davamı..