Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Mart 09:10
2 Şərh
6243

Bu gün Rəcəb ayının 1-dir. Rəcəb ayının əməlləri

Mart ayının 18-dən  19-na keçən gecə, hicri qəməri təqvimi ilə mübarək Rəcəb ayı daxil olub.

Həzrət Əli (ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Rəcəb ayı – o xüsusi zamanlardandır ki, rəhmətlə doludur. İnsanların qarşısına çoxlu fürsətlər qoyulur ki, bacardıqları qədər İlahi rəhmətdən daha çox faydalansınlar. Məsumlarımız (ə) bu ayda çoxlu istiğfar etməyi, oruc tutmağı, saleh əməllər yerinə yetirməyi, Allahı çoxlu zikr etməyi tövsiyə edirlər.

 

Rəcəb ayının fəziləti və əməlləri

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə qəsr vardır ki, Rəcəb ayının oruc tutanlarından savayı heç kəs ora daxil olmaz”.

Həzrət İmam Baqir (ə) buyurub: “Kim Rəcəb ayının əvvəlindən və ya ortasından və ya axırından bir gün oruc tutsa Allah cənnəti ona vacib edər və onu qiyamət günü bizimlə  birlikdə və bizim dərəcələrimizdə qərar verər. Və kim Rəcəb ayında 2 gün oruc tutsa ona deyilər ki, keçmiş günahların bağışlandı, əməllərinə yenidən bax (yəni, diqqət elə ki, günah eləmiyəsən). Və kim 3 gün oruc tutarsa ona deyilər ki, sənin keçmiş və gələcək günahların bağışlamdı. Bəs ona görə də tanıdıqlarından və mömin qardaş-bacılarından kimi istəyirsənsə şəfaət elə. Və kim 7 gün oruc tutsa cəhənnəmin 7 qapısı onun üzünə bağlanar və kim 8 gün oruc tutsa cənnətin 8 qapısı onun üzünə açılar və hansından istəsə daxil olar”.

 

Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: “Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan” (Duada Allah Təaladan 3 mübarək ayın – Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl – ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə , Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə لا إِلَهَ إِلا اللهُ” (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştdə yüz şəhər tikər”.

Hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: “أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ” (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ” (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz”.

Əgər bu ay boyunca 1000 dəfə bu zikr deyilsə:

أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ ” (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəl-əsəm”) Rəhman Allah onu bağışlayar”.

Seyyid ibni Tavus nəql edir ki, Peyğəmbər (s) bu ayda “Tövhid” surəsini oxumağı çox fəzilətli hesab edirdi: on min dəfə, min dəfə, yüz dəfə. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər.

Bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.

Rəcəbin 15-nin kecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;

Rəcəb ayının 15-nin gecəsində qılınan 12-rükətli namazın qaydası belədir:

6 ədəd 2-rükətli namaz kimi qılınır; Hər rükətdə “Fatihə”dən sonra “İxlas”, “Fələq”, “Nəs” surələrini və “Ayətül-kursi”ni – hərəsini 1 dəfə, “Qədr” surəsini isə 4 dəfə oxumaq;

Namazı bitirdikdən sonra 4 dəfə demək: “Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy’ə, və lə əttəxizu min dunihi vəliyyə”.

Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək – bəyənilmiş əməllərdəndir.

Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: Əstəğfirullahə və əs-əluhut-təvbəh”

 

 www.ahliman.info

Bu yazıya 2 Şərh edildi.

  • Rizvan
    2 Aprel 2018 13:14

    Allah razı olsun. Behrelendik sizin işinizden.

  • Məryəm
    6 Aprel 2018 07:48

    Təşəkkürlər.Allah razı olsun
    .Bir də mümkünse hər gün indiki təqvimə görə rəcəb ayının neçənci günü olduğunu qeyd etsəniz çox savaba batmiş olardınız,ınşaAllah..

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Cümə gününüz mübarək olsun

Cümə gününün fəziləti haqqında Əhli-Beytdən (ə) nəql olunan hədislərin bir neçəsini oxucularımıza təqdim edirik.   Allahın Peyğəmbəri (s) buyurub: “Cümə günü günlərin... Davamı..

Qeybət dövründə haqq yolu tapa bilməyənlərin günahı kimin boynunadır?

Məsum imamının və dini rəhbərin qeybə çəkildiyi dövrdə, imam və dini rəhbərin olmaması üzündən bəzən bir sıra dini və ictimai çatışmamazlıqlar yaşanır... Davamı..

İmam Əlidən (ə) ən ağır cəzanı istəyən günahkarın aqibəti

İmam Sadiq (ə) nəql edir ki, Əmirəl-möminin (ə) bir gün səhabələri ilə əyləşmişdi. Bir kişi gəlir və deyir: “Ey Əmirəl-möminin! Mən zina... Davamı..

Səxavətli ol, amma israfçı olma, qənaətçi ol, amma bərk olma!

“Qohum-əqrəba, yoxsul və müsafirlərin haqqını ver və heç cür israf etmə! Həqiqətən israfçılar şeytanlarla qardaşdırlar və şeytan Rəbbinə qarşı nankor idi.”[1] İmam... Davamı..

Dinimiz qadınlarla məsləhət etməyə necə baxır?

Ümumilikdə, dinimiz qadınlarla məsləhət etməyə müsbət baxır. Ancaq qadının lətif ruhunu nəzərə alaraq, əsas qərarı kişilərə buraxır. Çünki həm dinimiz,həm də aparılan... Davamı..

Qurani-Kərimdə onlar barədə 6 dəfə danışılıb

Quranda əbrardan 6 dəfə söz açılmışdır. Aqil insanlar həmişə Allaha dua edən zaman dünyanı mömin olaraq tərk etməyi istəmişlər və istəyirlər də.... Davamı..

Ən üstün ruzi hansıdır? Ruzini necə artırmaq olar?

Ruzi sözünün ərəb dilindəki mənası – gündəlik yemək deməkdir. Dinimizdə isə ruzi dedikdə o şey nəzərdə tutulur ki, ondan bəhrələnmək olar və... Davamı..

Mənzillərimiz necə olmalıdır? – Quranın nəzəri

Ustad Qiraətinin buyurduqlarından bəlli olur ki, Quranın məskən barəsində dəqiq nəzərləri vardır. Quranın nəzərində münasib olan məkan necə olmalıdır?   1. Rahatlıq... Davamı..