Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Mart 12:01
Şərh Yoxdur
585

Hüsnü-zənnin insana verdiyi 10 bərəkət

Hüsnü-zənn cəmiyyətdə rabitələrə müsbət təsir qoyduğu kimi, özü ilə çox sayda bərəkət gətirir. İslam dini istəyir ki, cəmiyyətdə kamil şəkildə əmin-amanlıq təmin olunsun. Yəni, həm əməl baxımından və həm də fikir və düşüncə baxımından başqaları tərəfindən qəbul olunsunlar.

 

Hüsnü-zənnin gətirdiyi bərəkətlərlə tanış olaq:

 

1. Məhəbbəti cəlb etmək. İmam Əli (ə) buyurur: “İnsanlara qarşı nikbin olmaq – onların dostluq və məhəbbətinə səbəb olar”.

 

2. Rahatlıq və əmin-amanlıq. Hüsnü-zənn insana ruhi və psixoloji rahatlıq və hüzur gətirir. İmam Əli (ə) buyurur: “Nikbinlik insanın qəmini azaldar və günahın ağırlığından xilas edər”.

 

3. Qəlbin pak və səfalı olması. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qardaşlarınıza gümanlarınızı yaxşı edin. Çünki möminə hüsnü-zənn etmək – qəlbin saflığına və paklığına səbəb olar”.

 

4. Xəstəliklərdən amanda qalmaq. Mütəxəssislərin nəzərinə görə, o kəslər ki, həyata nikbin baxışlarla baxırlar, onlar həm sağlam olur və həm də uzun ömür yaşayırlar.

 

5. Günahdan çəkinmək. İmam Əli (ə) buyurur: “Xoşgümanlı olmaq günah ardıcılı olana nicat verər”.

 

6. Ruhu sağlam olar. Nikbin insanlar başqalarının rəftar və sözlərini həmişə yaxşı tərəfə yozduqları üçün, çox az iztiraba və depressiyaya düçar olurlar.

 

7. Niyyətin yaxşı olması. İmam Əli (ə) buyurur: “O kəs ki, xoşgüman olar – niyyəti yaxşı olacaqdır”.

 

8. Çox rahat insandır. İmam Əli (ə) buyurur: “O kəs ki, xoş gümanlı olar – asanlıq edər”. Yəni, bu şəxs bir çox həssaslıqdan və çətinlik etməkdən çəkinən insandır.

 

9. Bir-birinə etimad etmək. Cəmiyyətdə ən mühüm amillərdən biri də bir-birinə etimad etməkdir. Hüsnü-zənn bu etimadı gücləndirər.

 

10. Etimadı cəlb etmək. Etimadı cəlb etmək – həyatda lazımlı və zəruridir. Etimadın yaranması üçün isə hüsnü-zənn mühüm amillərdəndir. (Tebyan/Deyerler)

 

Allah Təala bizləri hüsnü-zənn əhlindən qərar versin!

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

İnsan Allaha olan sevgisini necə gücləndirə bilər?

Allaha olan eşq – Allahı tanımağın və Ona olan elmin meyvəsidir. İnsan hər nə qədər Mehriban Allahı daha çox tanıyar – eşq... Davamı..

İstihlal İdarəsi şəvval ayının hilalını gördü. Bayram gecəsinin və gününün əməlləri

Ayətullah Xameneinin ofisinin nəzdində olan İstihlal İdarəsindən şəvval ayının hilalını müşahidə edilməsi üçün müxtəlif bölgələrdə 120 qrup fəaliyyət göstərib. İstihlal İdarəsinin yenicə... Davamı..

Qəlbimizin yorğunluğunu və süstlüyünü necə müalicə edək?

Qəlb də, bədən kimi yorulur və süstləşir. Ona görə də onu yeni hikmət, dini maarif və həqiqətlər ilə canlandırmaq lazımdır ki, yorğunluğunu... Davamı..

Ayətullah Cavad Amulinin intizar əhlinə tövsiyəsi

Ayətullah Cavad Amuli İlahi göstərişlərə əməl etməyi, günahı tərk etməyi Həzrət Mehdi (ə.f) müntəzirlərinin əsil vəzifələrindən hesab etmişdir. “İlahi göstərişlərə əməl etmək... Davamı..

Hacı Cavad məscidində sonuncu Qədr gecəsindən – FOTOLENT

Dünən Hacı Cavad məscidində sonuncu Qədr gecəsi keçirilib. Əvvəlcə camaatla birlikdə şam və xiftən namazları qılınıb. Məclis Qurani-kərimin oxunması ilə başlanıb. Məscidin... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Qədr gecəsinin hansı olması niyə gizli saxlanılır?

İnsanlar əgər Qədr gecəsinin qədrini bilsəydilər, elə bir nəticə əldə edərdilər ki, bu cür nəticəni dəyərləndirmək heç bir ins, cin və mələk... Davamı..

Ustad Möhsün Qiraətinin Qədr gecəsinə aid tövsiyəsi

Ustad Möhsün Qiraəti ruhanilərə və xətiblərə Ramazan ayı ilə bağlı müraciət etmişdir: “Bəli, ayların ən yaxşısı Ramazan ayıdır. Ən yaxşı gecə Qədr... Davamı..