Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Mart 11:48
Şərh Yoxdur
801

Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?

Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır ki, hamı maddi və mənəvi nemət içərisində qərq olacaqlar.

 

Bəs bu cəmiyyətin ən bariz sifətləri nə olacaqdır?

 

1. Ədalət. Ədalət elə bir məfhumdur ki, bəşər, tarix boyu onun həsrətində olmuşdur. Hədislərimiz onu ədalətin mücəssiməsi kimi tanıtmışdılar. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.

 

2. Rifah və rahatlıq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim İmam Zamanın (ə.f) dövründə elə rifah və nemət əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”.

 

3. Elm inkişaf edəcəkdir. İmam Sadiq (ə) buyurur: “Elm və bilik 27 hərfdir. Peyğəmbərlərin (ə) gətirdiyi onun ancaq 2 hərfidir. İnsanlar indiyə qədər ancaq iki hərf öyrəniblər. Ancaq o zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, onun başqa 25 hərfini də bayıra çıxardacaqdır və insanlar arasında yayacaqdır. O iki hərfi 25 hərflə birləşdirəcək ki, ümumi 27 hərfi yaysın”. (Tebyan/Deyerler)

 

Bunun kimi hədislər çoxdur və hamısı da onu göstərir ki, İmamın (ə.f) qurduğu cəmiyyətdə elm o qədər inkişaf edəcəkdir ki, insanların ağlı kamala çatacaqdır. İmam Baqir (ə) buyurur: “O zaman ki, bizim Qaim (ə.f) qiyam edəcəkdir, əlini bəndələrinin başına qoyacaqdır. Bu vasitə ilə ağılları cəm olacaq və fikirləri kamil olacaqdır”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Hüseynin (ə) Müaviyənin (lən) məktubuna yazdığı tarixi cavab

İmam Hüseyn əleyhissəlam Müaviyənin (lən) məktubunun cavabında belə yazdı: “Sənin məktubunu aldım. Yazmısan ki mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən... Davamı..

İmam Hüseyndən (ə) müxtəlif hədislər

Həzrət imam Hüseyndən (ə) müxtəlif mövzularda hədisləri sizlərə təqdim edirik: “Ona görə üzr istəyəcəyin işdən çəkin. Çünki, mömin nə pislik edər, nə... Davamı..

İmam Zaman ağa (ə.f) buyurur: “Mən İmam Hüseynin (ə) nökəriyəm”

Ustad Ənsarian buyurur: “İmam Zaman ağanın (ə.f) Qasim ibn Əla Həmədaniyə bir məktubu vardır ki, həmin şəxs Yəmən əhlindəndir. Həzrət (ə.f)Şəban ayının 3-də öz mübarək xətti... Davamı..

Bu gündən Məhərrəm ayı başlayıb. Bu ayın əməlləri

Bu il Məhərrəm ayı sentyabrın 11-də başlayıb. Hicri-qəməri tarixi ilə 1439-ci ilin sonuncu Zilhiccə ayı bu gün bitir, sentyabrın 11-də 1440-cı il... Davamı..

İmam Hüseyni (ə) uzaqdan necə ziyarət edək?

Şeyx Tusi İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Hər kim Hüseyn ibn Əlini (ə) Aşura günü ziyarət edər və onun qəbrinin... Davamı..

İmam Rzanın (ə) ziyarətinin fəzilətləri

Bütün Məsumların (ə) hərəminə aid olduğu kimi, İmam Rzanın (ə) hərəminin də zirayətinin çox sayda faydası və fəzilətləri vardır. İmamın (ə) hərəmi... Davamı..

Bu gün İslam dünyası Qədir-Xum bayramını qeyd edir

Hicri-qəməri tarixi ilə bu gün, Zilhiccə ayının 18-də İslam dünyasının əhəmiyyətli bayramlarından biri – Qədir-Xum bayramı qeyd edilir. Hicrətin 10-cu ili (miladi... Davamı..

Qədir-Xum gününün əməlləri

Məşhur dua kitablarından sayılan “Misbahül-Kəfəmi”də yazılıb ki, İmam Cəfər Sadiqdən (ə) soruşdular: “Əmirəl-mömininin insanlara tanıdılıb, uca məqama təyin edildiyi gündə hansı əməlləri... Davamı..