Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Fevral 15:17
Şərh Yoxdur
2870

Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir!

Peyğəmbəri-əkrəm (s) cəhənnəmin necə cuşa gəlib qaynayacağı barədə belə buyurur:

“Cəhənnəm qəzəbindən coşub püskürməyə başlayanda, Allahın bütün mürsəl peyğəmbərləri və müqərrəb mələkləri diz çöküb deyərlər: “Pərvərdigara! Qurtar məni! Mənə nicat ver!” Hətta İbrahim peyğəmbər (ə) oğlu İshaqı yaddan çıxarıb deyər: “Mən Sənin dostun İbrahiməm, məni yaddan çıxarma””.

 

Allah Quranda buyurur:

“Bədbəxt olanlar od içərisində (cəhənnəmdə) qalacaqlar. Onları orada ah-fəryad gözləyir!”  [1].

Əllamə Təbatəbai bu ayənin təfsirində buyurur: “Kəşşafda “zəfir” nəfəsin, havanın çölə verilməsi, “şəhiq” isə nəfəsin içəri alınması mənasında təfsir edilmişdir… Allah bununla demək istəyir ki, cəhənnəm əhli nəfəslərini sinələrinə çəkərlər, sonra çölə verərlər və cəhənnəm atəşinin hərarətinin şiddəti və əzabın böyüklüyündən ah-nalə çəkib fəryad qopararlar “[2].

Yuxarıda verilən təfsirə əsasən belə məlum olur ki, insan nəfəs alıb verdiyi kimi, cəhənnəm də nəfəs alıb verir.

Cəhənnəm nəfəs alıb-verməklə, özünün yandırıcı hərarətini çölə buraxar. Bu hərarət bütün cəhənnəm əhlini bürüyüb əhatə edər, sonra cəhənnəm nəfəsini geri çəkməklə, şəhiqlə bütün cəhənnəm əhlini öz kamına çəkər. Peyğəmbər (s) buyurur: “Cəhənnəm coşub daşmağa başlayanda bütün insanlar, hətta böyük peyğəmbərlər və müqərrəb mələklər özlərini itirib qorxuya düşər, dizləri bükülüb yerə çökər və hamını unudub öz haylarına qalarlar. Hərəkət etməyə nə gücləri qalar, nə də düşünüb-daşınmağa macalları. Bu görə də, çarəsizlik və zillətlə dizlərini yerə qoyub, əllərini Allahın sonsuz rəhmətinə doğru uzadar və Ondan öz nicatlarını istəyərlər. Belə ki, həzrət İbrahim (ə) öz əziz övladı İshaqı yaddan çıxarıb deyər: “Sən məni öz dostun “İbrahim Xəlilullah”-deyə adlandırmışsan, məni unutma, dadıma yetiş! Məni bu dəhşətli, öldürücü əzabdan qurtar!” Bu, Allahın qiyamət günü verəcəyi əzabların bir nümunəsidir. Həmin əzab əgər bu dünyada zühur etsə, dəhşətli və vəhşətli bir ölümlə bütün məxluqatı məhv edər”.

Cəhənnəm və onun əzabları ilə daha artıq tanışlıq əldə etmək üçün yaxşı olardı ki, imam Sadiqdən (ə) təfsilatı ilə bir hədis zikr edək: “Cəbrayıl (ə) günlərin bir günü rəngi qaçmış, qəmgin halda Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) soruşur: “Ey Cəbrayıl, niyə qəmgin və narahatsan?”. Ərz edir: “Ey Məhəmməd, niyə də olmayım ki? (Xəbərin olsun) bu gün cəhənnəmin dəmləri işə salındı”. Peyğəmbər (s) dedi: “Cəhənnəmin dəmi nədir?”. Cəbrayıl dedi: “Belə isə xəbərin olsun ki, Allah-təala atəşə əmr etdi, sonra atəş min il alışıb yandı, nəhayət, qızarıb qırmızı oldu. Sonra yenə əmr etdi, bir daha min il yandı, nəhayət, rəngini dəyişib ağardı. Bundan sonra bir daha əmr etdi, atəş min il də yanılı qalıb, qara rəngə düşdü. O atəş qara və qaranlıqdır. Əgər cəhənnəm atəşinin bir halqası ki, uzunluğu yetmiş ziradır yerə düşsə, dünya onun hərarətindən əriyib suya dönər və əgər cəhənnəmin “zəri᾽” və “zəqqum”undan[3] bir damcısı bu dünyanın sularına düşsə, hamı onun üfunətindən həlak olar”. Bunu eşidəndə, Peyğəmbər (s) ağladı və Cəbrayıl da (ə) ağlamağa başladı. Allah-təala onlara sarı bir mələk göndərdi və mələk ərz etdi: “Allah sizə salam göndərir və buyurur: “Mən sizi günaha düşüb, bunun üçün də əzaba düçar olmaqdan amanda saxladım”[4].

 

www.ahliman.info

[1] “Hud” surəsi, ayə 106.

[2] “əl-Mizan”, cild 11, səh. 21.

[3] “Zəqqum” həddən artıq pis qoxulu, dadı acı və kiçik yarpaqlı bir bitkinin adıdır. Bu otun şirəsini çəkib insanın bədəninə sürtdükdə, həmin yer şişib suluq atır. Həmin ot biyabanın kənarında bitir və adı cəhənnəmdə olan zəqqumun adından götürülmüşdür. («Biharul-ənvar», cild 17, səh. 146) Zəqqum Qur᾿anda üç ayədə gəlmişdir. Hər üç ayədə cəhənnəmin dibində bitən ağac mənasında verilir. Onun meyvəsi şeytanların başlarıdır. (Ağac meyvələrinin şeytanın başına oxşadılması ona görədir ki, xalqın təsəvvüründə olduqca pis şəkildə təsvir olunur. Necə ki, bunun əksinə olaraq, mələklər ən gözəl surətdə təsvir edilirlər). Bunun üçün də onun meyvəsi həddən artıq pis qoxulu, xoşagəlməz və nifrət doğurar.

“Zəri᾽” də cəhənnəm əhlinin yeməklərindən biridir. Onu yeməklə nə doymaq olur, nə də kökəlmək. İbni Abbas Peyğəmbərdən (s) nəql edir: “Zəri” cəhənnəmdə olan bir şeydir. Tikana bənzəyir, “səbir”dən (pis və acı bir meyvə) daha acı, murdardan daha pis qoxulu, atəşdən daha yandırıcıdır” (“Qamus-Qur᾿an”, cild 3 və 4, Maddə: Rə᾿s, zəqqum).

[4] “Qırx hədis”, İmam Xomeyni, səh. 23 .

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..