Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 16:27
Şərh Yoxdur
630

Üzündən oxumaq hara, mənasına diqqət etmək hara?!

Almanın, armudun qabıqlarının özünəməxsus xasiyyətləri vardır. Ancaq heç birində almanın və ya armudun məğzinin, yəni içinin xasiyyəti yoxdur. Və əgər belə bir xasiyyətə malik olarsa, məhz elə həmin almadan və ya armuddan götürmüşdür.

Quranın üzündən oxunması ilə mənasına diqqət edilməsi də almanın qabığı ilə məğzi misalı kimidir. Quranı üzündən oxumaq – əlbəttə ki, faydalıdır. Ancaq oxumaq hara, mənasına diqqət etmək hara?! (Tebyan/Deyerler)

O kəs ki, Quranı qarşısına qoyub ancaq üzündən oxumaqla kifayətlənərsə, boşqabın içinə alma qabıqlarını dolduran insan kimi olar. Ancaq bu qabıqları yeməklə məşğul olar. Bəli, qabıq da faydalı ola bilər. Amma, almanın məğzi qalar. Ona görə də qabıq hara, məğzi hara?

Quranı üzündən oxumaq da bu misala bənzəyir. Quranı oxuyan insan əgər ruhunu qidalandırmaq istəyirsə, gərək onun mənasına diqqət etsin. Ona görə də mənaya diqqət edək ki, ruhumuzu qidalandıra bilsin.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Qurani Kərim ” Xəbərləri

Ayda 1 dəfə bu surəni oxuyanın qəlbinə nifaq yol tapmaz – “Tövbə” surəsinin fəzilətləri

“Tövbə” surəsi Quranın 9-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 129 ayəsi vardır.   Həzrət Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurur:... Davamı..

Peyğəmbərimizi (s) qocaldan surə

Məşhur hədislərin birində oxuyuruq ki, Peyğəmbər (s) buyurur: “”Hud” surəsi məni qocaltdı”. İbni Abbas bu hədisin təfsirində yazır: “Peyğəmbər (s) üçün heç... Davamı..

Quranın bizə nümunə çəkdiyi “Ulul-əzm” kimlərdir?

Allah Təala Quranda “Peyğəmbərlərdən “Ulul-əzm” olanların səbr etdiyi kimi səbr et!” deyə buyurur.   Peyğəmbərlər Mütəal Allahın yer üzündə elçiləri, vəhy alıb... Davamı..

“Nas” və “Fələq” surələri nədən bəhs edir və nə zaman oxunmağı yaxşıdır?

Bəzi surələr vardır ki, onları hər gün oxumaq tövsiyə olunur. Bu surələrə “Nas” və Fələq” surələri də aiddir. “Nas” surəsi o təhlükələrdən... Davamı..

Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri

“Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin”. 1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı... Davamı..

Borcu qaytarmağa kömək edən surə – “Təhrim” surəsinin fəzilətləri

“Təhrim” surəsi Quranın 66-cı surəsidir ki, 12 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Təhrim” surəsini oxuyar, nəsuh tövbəsinə... Davamı..

Təhlükədən amanda qalmaq, itən şeyi tapmaq, Qiyamət günü şad gəlmək – “Əbəsə” surəsinin fəzilətləri

“Əbəsə” surəsi Quranın 80-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 42 ayəsi vardır.   Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim... Davamı..

Yatmazdan qabaq “Qədr” surəsini oxumağın təsiri

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Hər kim yatan zaman “Qədr” surəsini 11 dəfə oxuyarsa, Allah Təala ona 11 mələyi... Davamı..