Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Sentyabr 09:00
6 Şərh
7943

Məhəmməd Rəsulullahdan (s) imam Hüseynin (ə) fəziləti barəsində hədislər

 İmam Hüseynin (ə) fəziləti barəsində Həzrət Peyğəmbərimizdən (s) hədislərdən bir qismini oxucularımıza təqdim edirik:

 

 قَالَتِ الفَاطِمة (س): دَخَلَ اِلَىَّ رَسُولُ الله (ص) عِنْدَ وِلاَدَة الحُسَينَ (ع) فَناوَلتُهُ إيَّاهُ فِى خِرْقَةٍ صَفْرَاءَ، فَرَمى بِهَا وَ أخذ خِرْقَةً بَيْضَاءَ وَلَفَعهُ فيها ثُمَّ قالَ: خُذِيهِ يا فَاطِمَةُ فَإِنَّهُ امامٌ ابنُ امامٍ أبو الأئِمَّةِ التِسعَةِ، مِن صُلْبِهِ ائِمَّةٌ ابرارٌ وَ التَّاسِعُ قائِمُهُم

Həzrəti Fatimə (s) buyurub: Allahın Rəsulu (s) Hüseynin anadan olduğu gün mənim yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda həzrətə verdim. Allahın Rəsulu (s) sarı parçanı açıb kənara qoydu və ağ parça ilə Hüseyni bükdü. Sonra dedi: «Ey Fatimə, al (bu) uşağı. O, imam və imam övladıdır. Bu, doqquz pak və mə’sum imamların atasıdır, onların doqquzuncusu qaim (Həzrəti Məhdi əleyhis-salam) olacaqdır.»

(Kifayətuləsər, səh. 194)

 

ALLAHIN NURU HEÇ ZAMAN SÖNMƏZ

 

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır.

(Səf surəsi, ayə 8)

 

İmam Hüseynin (ə) ziyarətlərinin birində İmama (ə) xitab edərək deyirik:

 

وَ اَشْهَدُ اَنَّكَ نُورُ اللهِ الَّذِى لَمْ يُطْفَأْ وَ لاَ يُطْفَأُ اَبَدًا

“Şəhadət verirəm ki, həqiqətən sən Allahın əbədi olan nurusan ki, heç vaxt sönməyib və sönməyəcəksən.”

(Məfatihulcinan, səh. 443)

 

عن النبىّ (ص) اِنَّ لِلْحُسَيْنِ مَحَبَّةً مَكْنُونَةً فِى قُلُوبِ الْمُؤْمِنِينَ

Peyğəmbəri Əkrəm (s) buyurub: «Həqiqətən mö’minlərin qəlbində Hüseynin (ə) gizli bir məhəbbəti vardır.»

(Xəsaisul Hüseyniyyə, səh. 48)

 

عن النبىّ (ص) قال: اِنَّ لِقَتْلِ الْحُسَين (ع) حَرَارَةً فِى قُلُوبِ الْمُؤْمِنِينَ لاَ تَبْرَدُ اَبَدًا

Peyğəmbəri Əkrəm (s) buyurub: Mö’minlərin qəlbində imam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.

(XəsaisulHüseyniyyə, səh. 70)

 

عن النبىّ (ص) قال: اِنَّ لِلْحُسَيْنِ فِى بَوَاطِنِ الْمُؤْمِنِينَ مَعْرِفَةً مَكْنُونَةً

Peyğəmbəri Əkrəm (s) buyurub: «Həqiqətən mö’minlərin qəlblərində Hüseyndən (ə) ötəri gizli bir mə’rifət (agahlıq) vardır.»

(Bihar, 43- cild, səh. 43)

 

قَالَ رَسُولُ الله (ص): حُسَيْنٌ مِنِّى وَ اَنَا مِنْ حُسَيْنٍ اَحَبَّ اللهُ مَنْ اَحَبَّ حُسَيْنًا…

Allahın Rəsulu (s) buyurub: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kəs Hüseyni istəsə, Allah da onu istəyər.

(Əlmüstədrəku  ələssəhiheyn /177/2)

 

قال رسول الله (ص)… حُسَيْنٌ مِنِّى وَ اَنَا مِنْ حُسَيْنٍ

Allahın Rəsulu (s) buyurub: «Hüseyn məndən, mən də Hüseyndənəm.»

(Bihar, 43- cild, səh. 261)

 

قال رسول الله (ص)… اَنَا مِنْ حُسَيْنِ وَ حُسَيْنٌ مِنِّى

Allahın Rəsulu (s) buyurub: «Mən Hüseyndən, Hüseyn də məndəndir.»

(Bihar, 43- cild, səh. 295)

 

قَالَ رَسُولُ الله (ص): … وَ هُوَ سَيِّدُ شَبَابِ اَهْلِ الْجَنَّةِ وَ بَابُ نَجَاةِ الاُمَّةِ اَمْرُهُ اَمْرِى وَ طَاعَتُهُ طَاعَتِى مَنْ تَبِعَهُ فَإِنَّهُ مِنِّى وَ مَنْ عَصَاهُ فَلَيْسَ مِنِّى

Allahın Rəsulu (s) buyurub: «… O (Hüseyn) behişt cavanlarının ağası və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrimdir, Ona itaət etmək mənə itaət etməkdir. Hər kəs onun yolu ilə getsə məndəndir, hər kəs ona qarşı çıxıb üsyan etsə, məndən deyil.»

(Əmali-(Səduq): səh. 101)

 

قَالَ رَسُولُ الله (ص): مَنْ اَحَبَّ اَنْ يَنْظُرَ اِلَى اَحبِّ اَهْلِ الاَرْضِ اِلَى اَهْلِ السَّمَاءِ فَلْيَنْظُرْ اِلَى الْحُسَيْنِ

Allahın Rəsulu (s) buyurub: «Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, Hüseynə baxsın.»

(Mənaqibi ibni ŞəhrAşub: 4/73)

 

حُذّيفةُ بنُ اليَمَانِ: رَأيتُ النَّبِىَّ (ص) آخِذًا بِيَدِ الحُسَيْنِ بْنِ عَلِىٍّ (ع) وَ هُوَ يَقُولُ: يَا اَيُّهَا النَّاسُ هذَا الحُسَيْنُ بْنُ عَلِىٍّ فَاعرِفُوهُ، فَوَ الَّذِى نَفْسِى بِيَدِهِ إِنَّهُ لَفِى الجَنَّةِ وَ مُحِبِّيهِ فِى الجَنَّةِ وَ مُحِبِّى مُحِبِّهِ فِى الجَنَّةِ

Hüzəyfət ibni Yəmani deyir: Peyğəmbəri Əkrəm (s) Hüseyn ibni Əlinin (ə) əlindən tutub deyirdi: «Ey camaat, bu Hüseyn ibni Əlidir, onu tanıyın. And olsun Alaha ki, mənim canım onun ixtiyarındadır, həqiqətən o (Hüseyn) cənnətdədir, onu sevənlər və onu sevənləri sevənlər də cənnətdədir.»

(Əmalis Səduq: səh. 478/4)

 

قَالَ رسولُ الله (ص) … وَ بِالْحُسَيْنِ تَسْعَدُونَ وَ بِهِ تَشْقُونَ ، اَلاَ اِنَّمَا الحُسَيْنُ بَابٌ مِنْ اَبْوَابِ الجَنَّة، مَنْ عَادَاهُ حَرَّمَ الله عَلَيْهِ رَائِحَةَ الْجَنَّةِ

Allahın Rəsulu (s) buyurub: «Hüseynin vasitəsi ilə insanlar (onun yolu ilə gedənlər) xoşbəxt və (ona qarşı çıxanlar) bədbəxt olurlar. Agah olun və bilin ki, həqiqətən Hüseyn Cənnət qapılarından biridir, hər kəs onunla düşmənçilik etsə, Allah cənnətin ətrini ona haram edər.»

(Miətu mənqəbə, (İbni Şazan), səh. 47)

 

قَالَ الإمامُ الحُسَيْنُ (ع): دَخَلتُ عَلَى رَسُولِ اللهِ (ص) وَ عِنْدَهُ اُبَىّ بن كَعْبٍ، فَقَالَ لِى رَسُولُ اللهِ (ص) مَرْحَبًا بِكَ يَا اَبَا عَبْدِ اللهِ، يَا زَيْنَ السَمَوَاتِ و الأرضينَ، قَالَ لَهُ اُبَىُّ: وَ كَيْفَ يَكُونُ يَا رَسُولَ اللهِ (ص) زَيْنَ السَّمَوَاتِ وَ الأرضينَ اَحَدٌ غَيْرُكَ؟! قَالَ: أبَىُّ وَ الَّذِى بَعَثَنِى بِالحَقِّ نَبِيًّا إنَّ الحُسَيْنَ بنَ عَلِىٍّ فِى السَّمَاءِ أكْبَرُ مِنْهُ فِى الأرض، وَ إنَّهُ لَمَكتُوبٌ عَن يَمِينِ عَرْشِ الله (عزَّ وَ جَلَّ): مِصْبَاحُ هُدىً وَ سَفِينَةُ نَجَاةٍ

İmam Hüseyn buyurur: Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibni Kə’b də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu:

Ey Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!

Übəyy Peyğəmbəri Əkrəmə (s) dedi:

Ey Allahın Rəsulu (s), necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!

Allahın Rəsulu (s) buyurdu: Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin göydə olan məqamı yerdə olan məqamından üstündür və həqiqətən ərşin sağ tərəfində «Hüseyn hidayət çırağı və nicat gəmisidir» yazılmışdır.

(Üyunu əxbarirRiza (ə), 1/59/29)

 

وَ فى الحَدِيثِ: وَ الْحُسَيْنُ اَشْبَهُ النَّاسِ بِالنَّبِىِّ (ص)

Bir hədisdə gəlibdir ki: «Hüseyn (ə) Peyğəmbərə (s) hamıdan çox oxşayır.»

(Əlmucəmu li əlfazilhədisinNəbəvi, 3- cild, səh. 64)

 

البَرَّاءُ بْنُ عَازِبٍ: رَأيْتُ رَسُولَ الله (ص) حَامِلَ الحُسَيْنِ عليه السلام وَ هُوَ يَقُولُ: اَللّهُمَّ اِنِّى اُحِبُّهُ فَاَحِبَّهُ

Bəra ibni Azib deyir: Allahın Rəsulu (s) Hüseyni qucağına götürüb deyirdi: «Pərvərdigara, mən onu çox istəyirəm, Sən də onu çox istə!»

(Əl-bihar: 16/264/43)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Üçüncü hicri ilinin Ramazan ayının 15-də Əmirəl-möminin (ə) evində ilk övlad dünyaya gözlərini açdı. Özü ilə bütün ev əhlinə şadlıq və sevinc... Davamı..

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbər ağanın (ə) təvəllüdüdür

Əli Əkbər ağa (ə) 33-cü hicri ilində şəban ayının 11-də dünyaya gəlmişdir. Peyğəmbərimizin (s) yeni dünyaya gələn övladlarla bağlı verdiyi mübarək buyuruşlara... Davamı..

Əllamə buyurur: “Bütün imamlar mərhəmətlidir, amma imam Rzanın mərhəməti hiss ediləndir”

Ustad Abdullah Fatimi Niya buyurur: Çox dəyərli Quran təfsiri  “Əl-Mizan” əsərinin müəllifi Əllamə Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbai İmam Rza (ə) barədə... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

Bu gün İmam Museyi Kazimin (ə) şəhid edilən günüdür

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür. Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun... Davamı..

Həzrət Əli (ə) müsəlmanlara son tövhid vəsiyyətində bunları buyurmuşdur

Həzrət Əli (ə) zərbətləndikdən sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə), ümumilikdə isə bütün müsəlmanlara vəsiyyət edir. Həmin vəsiyyətin bir yerində... Davamı..

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım... Davamı..