Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Sentyabr 11:41
Şərh Yoxdur
1917

Kərbəlanın igid xanımları

İmam Hüseyn (ə) karvanında öz ərləri və övladları ilə Kərbəlaya gələn çox sayda xanım vardı. Onların bəzisi hətta İmam Hüseyni (ə) müdafiə etmək üçün döyüş meydanına belə getmiş və düşmənlə vuruşmuşdular.

Abdullah ibni Əmirin həyat yoldaşı Ummi Vəhəb

 

Abdullah ibni Əmir Kələbi Kufə sakini idi. Qərara almışdı ki, İmam Hüseynə (ə) yardım etmək üçün getsin. Bu qərarını həyat yoldaşı Ummi Vəhəbə deyəndə, o, dedi: “Düz iş görürsən, bu qərarını tez bir zamanda həyata keçirt. Məni də özünlə İmam Hüseynə (ə) yardım etməyə apar”. Hava qaralan kimi hər ikisi gecənin qaranlığından istifadə edərək, İbni Ziyadın məmurlarının gözündən yayınaraq, özlərini Kərbəlaya çatdırdılar. İmam Hüseyn (ə) karvanında olmaq iftixarına nail oldular. Aşura günü döyüş başlayan zaman İbni Sədin ordusundan döyüşə ilk girən əsgər Ziyad ibni Əbu Sufyanın nökəri Yəsar və Ubeydullah ibni Ziyadın nökəri Salim idi.

İmam Hüseynin (ə) ordusundan isə Həbib ibni Məzahir və Bərir ibni Xəzər icazə istədilər. İmam Hüseyn (ə) buyurdu: “Siz oturun”. Abdullah ibni Əmir Kələbi ayağa qalxdı və icazə istədi. İmam Hüseyn (ə) ona bir nəzər saldı və gördü ki, çox qüvvətli bir insandır və buyurdu: “Səni onlara tay görürəm”. O, döyüş meydanına gedir və onlarla döyüşərək, hər ikisini öldürür. Bu döyüşdə o, sol əlini itirir və buna baxmayaraq, yenə də vuruşur. Ummi Vəhəb ərini döyüşdə yaralanmış görür. Xeymənin dirəyindən birini götürüb, döyüşə qatılır. Ərinə deyir: “Atam-anam sənə fəda olsun. Bunlarla vuruş və onları Fatimə (s.ə) nəslindən uzaqlaşdır”. Özü isə yenə də vuruşurdu. Abdullah arvadını döyüşən halda görür və özünü ona çatdırır və onu xeymələrə qaytarmağa çalışır. Ancaq o, ərinin köynəyini götürüb, deyir: “Qayıtmayacağam, əgər yanında şəhid olmasam”. Bu zaman İmam Hüseyn (ə) bunları gördü və buyurdu: “Əhli-Beytdən (ə) sənə xeyirli bir əcr nəsib olacaqdır və xeyməyə qayıt, qadınlarla otur. Döyüş qadınlara aid deyildir”. Ummi Vəhəb bu sözlərdən sonra xeyməyə qayıtdı.

 

Səmud Xəzrəminin qızı Bəhriyə

 

İmam Hüseynin (ə) tərəfdaşlarından biri də Cənadə ibni Kəəbdir. O, həyat yoldaşı Bəhriyə və oğlu Əmru ilə Kərbəlaya gəlmişdi. Aşura günü İmamın (ə) icazəsi ilə Cənadə meydana gedir. Şücaətlə vuruşur və şəhid olur. Cənadə şəhid olandan sonra isə həyat yoldaşı Bəhriyə oğlu Əmrunu döyüşə təşviq edir. Yeniyetmə oğluna döyüş paltarını geyindirir və onu İmam Hüseynə (ə) yardım etmək üçün meydana göndərir. İmam (ə) bu 12-13 yaşlı uşağı görəndə buyurur: “Bu oğlanın atası şəhid olmuşdur. Bu uşağın şəhadəti anası üçün dözülməz olar”. Əmru deyir: “Anam məni sizə yardım etmək üçün göndərib”. Bu uşaq İmamdan (ə) icazə alıb, meydana gedir və düşmənlərdən bir neçəsini öldürüb, şəhid olur. İbni Sədin ordusu onun başını kəsir və anasına tərəf atır. Bəhriyə onun başını yerdən götürür və qanını təmizləyib deyir: “Əhsən sənə oğlum! Əhsən sənə qəlbimin sevinci! Əhsən sənə gözümün nuru!” Sonra xeymənin dirəklərindən birini götürüb, meydana gedir və döyüşməyə başlayır. Onların ikisini öldürür və bu zaman İmam (ə) bu qadını görür. Ona görə xeyir-dua edir və buyurur: “Cihad qadınlardan götürülmüşdür, xeymələrə qayıt”. Bəhriyə də xeyməyə qayıdır.

 

Vəhəbin anası Qəhər

 

Vəhəb ibni Abdullah Kələbi Məkkə ilə Mədinə şəhərləri arasında olan səhrada yaşayırdılar. Çobanlıqla məşğul idilər. O zaman ki, İmamın (ə) karvanı Sələbiyəyə çatır, İmam (ə) uzaqdan onların çadırını görür. Bu çadıra yaxın gedir və orada əyləşən Vəhəbin qoca anasından vəziyyətlərini soruşur. Qarı da yaşayışlarının çətin olduğunu söyləyir. İmam Hüseyn (ə) nizəsini torpağa vurur və oradan su qaynamağa başlayır. Vəhəb çadıra gələndə anasından bu su haqqında soruşur və Qəhər deyir: “Bu sifətdə olan insan gəldi və nizəsini yerə vurdu, su çıxdı. Sonra buyurdu ki, sənə deyim ki, onunla görüşə gedəsən və haqqa yardım edəsən”. Vəhəb çadırını toplayır və arvadı və anası ilə bir yerdə İmamın (ə) xidmətinə gedir. İmam Hüseynin (ə) yanında İslam dinini qəbul edirlər və karvana qoşulurlar.

Vəhəb təzəbəy idi və 17 gün idi ki, Haniyə ilə evlənmişdi. Bu döyüşdə düşmənə ağır zərbələr endirir və böyük itkilər verir. Onu tutub, ibni Sədin yanına gətirirlər. İbni Səd onun igidliyindən çox təsirlənmişdi və əmr edir ki, başını kəsib, anasına göndərsinlər. Vəhəbin anası oğlunun başını götürür və nəvaziş edir. Sonra deyir: “Mən səndən razıyam”. Sonra oğlunun başını düşmən ordusuna tərəf atır və “Bizlər verdiklərimiz qurbanı geri götürmərik” – deyir. Sonra xeymənin dirəklərindən birini götürüb, döyüş meydanına gedir. İmam (ə) Qəhəri gördü və buyurdu: “Qayıt! Sən və oğlun Allahın Rəsulu (s) iləsiniz. Cihad qadınlardan götürülmüşdür”. Qəhər də xeyməyə qayıdır və Həzrət Zeynəbə (s.ə) qoşulur. Vəhəbin həyat yoldaşı Haniyə isə əri döyüşə getməmişdən qabaq onunla bir şərt kəsir ki, əgər şəhid olsan, axirətdə səninlə bir yerdə olacağam. Bunu İmamın (ə) hüzurunda da ondan istəyir. Vəhəb şəhid olanda o, ərini yanına gedir və onu nizə ataraq, şəhid edirlər.(Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ustad Fatimi Niya: Allah bilir ki, anaya bir dəfə hirslənmək, insanı yüz il geriyə atır

Ustad Abdullah Fatimi Niya cavanlara tövsiyəsində buyurmuşdur:  Bildiyimiz kimi, cavanların gücü və qüvvəsi çox olur və böyük potensiala malik olurlar. Cavanlıq dövrünün... Davamı..

Müsəlmanı darıxdırıb biqərar edən şey nədir?

Həzrət Muhəmməd (s) buyurur: “Аllаh-tааlаnın öz bəndələrindən rаzılığının əlаməti, оnlаrın pаdşаhlаrının ədаlətliliyi və qiymətlərin ucuzluğudur. Аllаh tааlаnın bəndələrinə qəzəbinin nişаnəsi isə, оnlаrın... Davamı..

İmаm Səccаd (ə): “Sizlərdən Аllаhа ən yахını, böyük əхlаq sаhibi оlаnlаrdır”

Həzrət Muhəmməd (s) buyurub: “Аllаh buyurmuşdur: “Hеç bir bəndə, vаcib buyurduqlаrımdаn Mənimçün dаhа əziz оlаn bir vаsitə ilə Mənə yахınlаşmаdı. Həqiqətən о,... Davamı..

Bu gün islam dünyası Beynəlxalq Qüds Gününü qeyd edir

Bu gün bir çox islam ölkələri İsrail dövləti tərəfindən işğal edilmiş Fələstin torpaqlarının azad edilməsi üçün Beynəlxalq Qüds Gününü qeyd edir. Beynəlxalq... Davamı..

Mömin ruhların duasının həyatımıza təsiri

Alimlərdən biri, Əllamə Təbətəbainin qardaşı Seyid Məhəmməd Həsən İlahidən nəql edərək deyirdi ki, keçmiş alimlərdən birini “Fatihə” surəsi ilə yad edirdim. Bir... Davamı..

Mübarək Qədr gecələrində istiğfar namazı qılmağı unutmayın

Mərhum arif və əxlaq ustadı Həzrət Ayətullah Şahabadi (r.ə) dünyəvi və mənəvi problemləri olanlar üçün aşağıdakı “İstiğfar namazı”-nı tövsiyə etmişdir. Özünün dediyinə... Davamı..

Bu gün Muxtar Səqəfinin şəhadət günüdür

Ramazan ayının 14-ü Muxtar Səqəfinin şəhadəti günüdür.   İmam Əlinin (ə) şagirdlərindən olan Əsbəğ ibni Nəbatə nəql edir: “Bir gün Əmirəl-möminini (ə) gördüm... Davamı..

Ayətullah Yəzdi: “Gənclər şöhrət ardınca gəzərkən ağıl və düşüncəyə müraciət etmir”

Ayətullah Məhəmmədtəqi Misbah Yəzdi buyurur: Bəziləri şan-şöhrətə çatmaq, ictimai məqam əldə etmək üçün təqlid edir. Bəzilərinin sabit şəxsiyyəti yoxdur, cəmiyyətdə etibar qazanmamışlar.... Davamı..