Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 İyul 13:29
Şərh Yoxdur
3569

Bu əməli tərk edənə Qurani-Kərim şiddətli xəbərdarlıq etmişdir

Allahın biz müsəlmanlara öyrətdiyi gözəl adətlərdən biri də sileyi-rəhm və qohumluq əlaqələrini möhkəmləndirməkdir. Dinimiz ata və anamıza, yaxınlarımıza və qohumlarımıza məhəbbət göstərməyi, ehtiram edib, yaxşılıqlar etməyi tövsiyə etmişdir.

Molla Möhsün Feyzin nəzərinə görə, sileyi-rəhm – maddi çatışmamazlıqları aradan qaldırmağa, iqtisadi çətinlikləri həll etməyə, oğul və qızları evləndirməyə yardım edən ən gözəl sünnətdir.

Ona görə də Quranın məhz bu ayəsində şiddətli xəbərdarlıq vardır. “Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə)möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır”. (“Rəd” 25).

Sileyi-rəhm əməlinin o qədər əhəmiyyəti vardır ki, onu yerinə yetirmək Qiyamət günü mələklərin salam verməsinə və aqibətin xeyirli olmasına səbəb olar. Ancaq onu qət etmək lənətə, aqibətin pis olmasına və nicatdan əlinin üzülməsinə gətirib çıxardar. (Tebyan/Deyerler)

Ona görə də o kəslər ki, ehtiyacı olan qohumlarına əl tutur və onların abırlarını qoruyaraq, infaq edirlər – Allahın ən sevimli bəndələri hesab olunurlar. “Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da, narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir” (“Bəqərə” 265).

Allah qohumluq əlaqəsini kəsənləri fasiq adlandırır: “Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, Məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır” (“Bəqərə” 27).

Əgər ziyana uğrayanlardan olmaq istəmiriksə, gərək sileyi-rəhmin haqqını verək və onu qət etməyək. Əks halda biz də fasiqlərdən olar və Allahın, mələklərin lənətinə düçar olarıq.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..