Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyun 17:26
Şərh Yoxdur
34839

Bu il adambaşına nə qədər fitrə pulu düşür?

Dünya müsəlmanları artıq mübarək Ramazan ayının 28-ci gününü qeyd edirlər. Bu müqəddəs ayın bir çox vacib əməllərini yerinə yetirməyə çalışırlar. Ramazan bayramına sayılı gün qaldığından hər bir müsəlmanın boynuna düşən vacib əməllərdən biri də fitrə zəkatı çıxarmaqdır. Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.

 

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, Ramazan ayının 29-cu günü qürub vaxtı ay görünərsə, o zaman 30-cu gün bayram olacaq. Əgər ay görünməsə Ramazanın 30-cu günü yəni, iyunun 25-i oruc tutulacaq. İyun ayının 26-sı isə bayram qeyd ediləcək.
Hacı Əhliman Rüstəmov bildirib ki, hər bir oruc tutan müsəlman ən çox istifadə etdiyi qida məhsulunun 3 kq çəkisi dəyərində fitrə çıxarmalıdır: “Biz ən çox çörək yeyirik. Ona görə də, un, buğda, düyü və bu kimi ərzaq məhsullarının 3 kq misli dəyərində fitrə verilməlidir. Ümumilikdə hər adam  2 manat civarında fitrə çıxarmalıdır. Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.”

İlahiyyatçının sözlərinə görə, fitrə verməyin savabları haqda çoxlu hədislər mövcuddur: “Hətta fitrə çıxarmayan şəxsin orucunun qəbul olunmayacağı da hədislərdə öz əksini tapıb. Bununla yanaşı dinimizdə kasıba əl tutmaq, acları doyurmaq xeyir əməl kimi göstərilib. Ona görə də, bütün bunlar fitrə verməyin savabı kimi dəyərləndirilir. Hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir”.

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri

“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır. Bismillahir-Rəhmanir-Rəhim... Davamı..

“Əsl hadisə istər qiyam deyək, istərsə də müsibət – bu 10 gündə baş verib”

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Bunun səbəbi barədə FaktXəbər AİP-in sədr əvəzi, ilahiyyatçı... Davamı..

Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti (Arxivdən)

Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

İftar vermək Allah yanında ali dərəcəli əməldir, amma həddində olmalıdır ki, israfa yol açmasın-İlahiyyatçı (Arxivdən)

“Ramazan ayında iftar süfrəsi açıb insanları bu süfrəyə dəvət etmək İslam dinində böyük savaba malikdir. Lakin insanlar düşünməlidirlər ki, Allah hər bir... Davamı..