Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 İyun 16:10
Şərh Yoxdur
36715

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və dərəcə qazanmağa çalışsınlar.

Bu fikirləri  “Hacı Cavad” məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov bildirib.

İlahiyyatçının sözlərinə görə, biz bu ayın bərəkətindən, rəhmətindən istifadə etməliyik. Bu ayı Allah istəyən kimi tamam edib, başa vurmaq lazımdır. Ramazan ayı rəhmət və bərəkət ayıdır. Bu ayın ehtiramı Allah yanında böyükdür. Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur ki, bu günlər Allah yanında digər günlərdən, aylardan daha fəzilətlidir. Bu ayda insanlar Allahın qonaqlığına dəvət olunublar.

Həzrət Peyğəmbər (s), həmçinin buyurur ki, ən bədbəxt adam odur ki, o, bu ayda özünü bağışlada bilmir.

Ə.Rüstəmov, həmçinin bildirib ki, adətən, biz hörmətli bir insana müracət edəndə onun adının əvvəlində “müəllim”, “cənab” və s. sözlər işlədirik. Orucluğun da əzəməti o dərəcədədir ki, insanlara buyurulub ki, deməyin “Ramazan” gəldi, deyin ki, “mübarək Ramazan” ayı gəldi. Çünki bu ayın böyük fəziləti və rəhməti var.

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri

“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır. Bismillahir-Rəhmanir-Rəhim... Davamı..

“Əsl hadisə istər qiyam deyək, istərsə də müsibət – bu 10 gündə baş verib”

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Bunun səbəbi barədə FaktXəbər AİP-in sədr əvəzi, ilahiyyatçı... Davamı..

Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti (Arxivdən)

Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı... Davamı..

Bu il adambaşına nə qədər fitrə pulu düşür?

Dünya müsəlmanları artıq mübarək Ramazan ayının 28-ci gününü qeyd edirlər. Bu müqəddəs ayın bir çox vacib əməllərini yerinə yetirməyə çalışırlar. Ramazan bayramına... Davamı..

İftar vermək Allah yanında ali dərəcəli əməldir, amma həddində olmalıdır ki, israfa yol açmasın-İlahiyyatçı (Arxivdən)

“Ramazan ayında iftar süfrəsi açıb insanları bu süfrəyə dəvət etmək İslam dinində böyük savaba malikdir. Lakin insanlar düşünməlidirlər ki, Allah hər bir... Davamı..