Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 İyun 09:50
Şərh Yoxdur
14263

İmam Xomeyni və Ramazan ayı

Mömin anbaan inkişaf, tərəqqi halındadır. İmam eynilə belə idi və biz bunu, məxsusən xüsusi vaxtlarda hiss edirdik
İmam Xomeyni adətən ramazan ayında heç kimə görüş vermirdi. Əlbəttə, biz bəzən ramazan ayının ortalarında gedirdik və onunla görüşürdük. – İftar açmaq üçün və ya başqa bir bəhanə ilə bir-iki dəfə onun yanında olurduq – Amma əksər vaxtlar camaat İmamı görmürdü. Biz də həmişəkindən az görürdük. Ramazan ayından sonra insan onu görəndə – camaatla görüşdə – açıqca hiss edirdik ki, bu bir ayda daha nurani olmuşdur. Adam bunu hiss edirdi. Səksən neçə yaşlı – doxsan yaşa yaxın – bu bir ayda hərəkət edirdi və irəliləyirdi. Həmişə hərəkətdə idi, amma ramazan ayında daha ciddi, daha çox hərəkət edirdi. Çünki meydan münasib idi.
Mömin anbaan inkişaf, tərəqqi halındadır. İmam eynilə belə idi və biz bunu, məxsusən xüsusi vaxtlarda hiss edirdik. Misal üçün, ramazan ayında o, özünə daha çox qayğı göstərirdi. Ramazan ayından sonra onunla görüşdükdə insan hiss edirdi ki, nuraniliyi, mənəviyyatı artmışdır. Şübhəsiz, bu xalqın və inqilabın əksər uğurları həmin nur qaynağından irəli gəlirdi.
Düşünürəm ki, əgər bizim misilsiz imamımız – həqiqətən bu dövrün insanları arasında onun bənzərini tanımırıq. İmamlardan, övliyalardan sonra onun bənzəri çox azdır – bu anlayışlarla üns bağlamasaydı, minacat və dua ilə məşğul olmasaydı, təvəssül, istiğfar əhli olmasaydı, Allahın bu qədər uğurlar bəxş etməsi mümkün deyildi. O böyük insanın uğurlarının böyük bir hissəsi Allahla əlaqədə olmasından, ürəyinin Allah dərgahına açıq olmasından, dua və minacatdan irəli gəlirdi. İnsan son illərdə bu mənəvi və ilahi şəxsiyyətin anbaan inkişaf etdiyini hiss edirdi. Hər keçən ramazan ayı insan bu dahi şəxsiyyətin daha da nuraniləşdiyini, Allahın onu istiqamətləndirdiyini görürdü.
Allah şahiddir ki, hər ramazan ayından sonra İmamın yanına gedirdim. Tam hiss edirdim ki, bu ramazan ayında keçmişə nisbətdə yüksəlmişdir, pərvaz etmiş, maddi aləmdən çox yüksəklərə ucalmışdır. Hər keçən gün irəliyə doğru gedirdi, kamilləşirdi. Mömin insan budur. “İki günü eyni olan şəxs aldanmışdır”. (“Vəsail əş-şiə”, c. 16, səh. 94) Əgər iki günümüz bir olarsa, demək, aldanmışıq. Sabahı bu günündən pis olan isə məlundur. Yəni Allahın rəhmətindən uzaqdır.

Ayətullah Seyid Əli Xamenei

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri

“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır. Bismillahir-Rəhmanir-Rəhim... Davamı..

“Əsl hadisə istər qiyam deyək, istərsə də müsibət – bu 10 gündə baş verib”

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Bunun səbəbi barədə FaktXəbər AİP-in sədr əvəzi, ilahiyyatçı... Davamı..

Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti (Arxivdən)

Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı... Davamı..

Bu il adambaşına nə qədər fitrə pulu düşür?

Dünya müsəlmanları artıq mübarək Ramazan ayının 28-ci gününü qeyd edirlər. Bu müqəddəs ayın bir çox vacib əməllərini yerinə yetirməyə çalışırlar. Ramazan bayramına... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..