Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 May 09:11
1 Şərh
3554

Bu surəni oxuyanın ruzisi artar və insanların sevimlisi olar

“Qiyamət” surəsi Quranın 75-ci surəsidir ki, 40 ayəsi vardır və Məkkədə nazil olmuşdur. Bu surə ona görə belə adlanır ki, Allahın qiyamət gününə and içməsi ilə başlayır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Qiyamət” surəsini oxuyar, Qiyamət günü mən və Cəbrayil (ə) şəhadət verərik ki, onun Qiyamətə imanı var idi. Məhşərə o halda daxil olar ki, üzü Allahın başqa xəlqlərindən daha çox parlayan olar”. (Tebyan/Deyerler)

İmam Baqir (ə) buyurur: “Hər kim “Qiyamət” surəsini davamlı olaraq oxuyar və ayələrinə əməl edər, Əziz və Cəlil olan Allah onu ən yaxşı şəkildə Peyğəmbərlə (s) məhşur edər. O halda ki, üzü şad və güləndir, o zamana qədər ki, sirat körpüsündən və tərəzidən keçər”.

Bu surənin bərəkətləri:

1. İnsanların sevimlisi olmaq üçün. Həzrət Peyğəmbər (s) buyurur: “Bu surəni oxumağı davamlı etmək ruzinin artmasına və insanlar arasında sevimli olmağa səbəb olar”.

2. İffəti artırar. İmam Sadiq (ə) buyurur: “”Qiyamət” surəsini oxumaq müti olmağa səbəb olar, iffəti gücləndirər”.

3. Zəifliyi aradan aparar. Əgər bu surəni yazsanız və su ilə yusanız və onu içsəniz, zəifliyi aradan aparar.

 

www.ahliman.info

Bu yazıya 1 Şərh edildi.

  • seyıdəvəz
    8 May 2017 10:38

    qiyamət surəsinin kirilcəsini yazardınız.qabagcadan təşəkkürlər.allah razı olsun.

Bir Şərh Yazın

Digər “Qurani Kərim ” Xəbərləri

Quranın bizə nümunə çəkdiyi “Ulul-əzm” kimlərdir?

Allah Təala Quranda “Peyğəmbərlərdən “Ulul-əzm” olanların səbr etdiyi kimi səbr et!” deyə buyurur.   Peyğəmbərlər Mütəal Allahın yer üzündə elçiləri, vəhy alıb... Davamı..

“Nas” və “Fələq” surələri nədən bəhs edir və nə zaman oxunmağı yaxşıdır?

Bəzi surələr vardır ki, onları hər gün oxumaq tövsiyə olunur. Bu surələrə “Nas” və Fələq” surələri də aiddir. “Nas” surəsi o təhlükələrdən... Davamı..

Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri

“Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin”. 1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı... Davamı..

Borcu qaytarmağa kömək edən surə – “Təhrim” surəsinin fəzilətləri

“Təhrim” surəsi Quranın 66-cı surəsidir ki, 12 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Təhrim” surəsini oxuyar, nəsuh tövbəsinə... Davamı..

Üzündən oxumaq hara, mənasına diqqət etmək hara?!

Almanın, armudun qabıqlarının özünəməxsus xasiyyətləri vardır. Ancaq heç birində almanın və ya armudun məğzinin, yəni içinin xasiyyəti yoxdur. Və əgər belə bir... Davamı..

Təhlükədən amanda qalmaq, itən şeyi tapmaq, Qiyamət günü şad gəlmək – “Əbəsə” surəsinin fəzilətləri

“Əbəsə” surəsi Quranın 80-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 42 ayəsi vardır.   Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: “Hər kim... Davamı..

Yatmazdan qabaq “Qədr” surəsini oxumağın təsiri

Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Hər kim yatan zaman “Qədr” surəsini 11 dəfə oxuyarsa, Allah Təala ona 11 mələyi... Davamı..

Qurani-Kərimdə müvəffəqiyyətə çatmağın rəmzi

Qurani-Kərim bizlərə insanlarla necə rabitə qurmağımızı və necə rəftar etməyimizi öyrədir. Bəzən ata və ana rabitəsindən, bəzən də cəmiyyət üçün örnək olan... Davamı..