Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Mart 09:30
Şərh Yoxdur
5687

Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir

Könüllü və müstəhəb oruc tutmağın fəzilətləri

 

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurur:

“Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.”[1]

“Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.”[2]

Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.[3]

Həzrət İmam Sadiq (ə) buyurur: “İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.”[4]

 

Oruc tutmağın ədəbi

Həzrət Məhəmməd (s) buyurur: “Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.”[5]

Həzrət İmam Əli (ə) buyurur: “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.”[6]

Həzrət xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?”[7]

Məhəmməd ibn Muslim nəql edir. Həzrət İmam Sadiq (ə) buyurdu: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.”[8]

 

www.ahliman.info

[1] Məani-Əxbar, səh. 409, hədis91

[2] Əmali-Səduq, səh. 443, hədis2

[3] Dəaimul-İslam, c.1, səh. 283

[4] əl-Kafi, c.4, səh.63, hədis5

[5] əl-Firdovs, c.5, səh.242, hədis8075

[6] Biharul-Ənvar, c.96, səh. 294, hədis21

[7] Dəaimul-İslam, c.1, səh. 268

[8] əl-Kafi, c.4, səh. 87, hədis1

Digər “Mənəviyyat ” Xəbərləri

Ürfan məqamında davamlı qalmaq üçün insan nə etməlidir?

Ürfan məqamında qalıcı olmaq üçün lazım olan şərtlərdən biri də ədəb və əxlaqa riayət etmək və Allahın qanunlarına hörmət etməkdir. Əslində Allah... Davamı..

Hacı Cavad məscidində Aşura mərasimi – FOTOLENT

Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunub. Aşura günü ilə əlaqədar paytaxt Bakının Yasamal rayonunda yerləşən “Hacı Cavad” məscidində... Davamı..

Namazı son vaxta qədər saxlamaq günahdır

İmam Zaman ağa (ə.f) buyurur: “Məlundur və nifrin olunmuşdur o kəs ki, sübh namazını bilərəkdən ulduzlar görünməz olana qədər təxirə salar”. Hədisin... Davamı..

Həzrət Məhəmməd (s): “Ölüm möminin әtirli gülüdür”

Pеyğәmbәr (s) buyurub: “Әzrаilin cаn аlmаsının аğrısı min qılınc zәrbәsindәn dаhа çохdur.”[1] Әlbәttә, ölüm mömin insаnlаr üçün хоş әtirli bir gülü iylәmәk... Davamı..

Qüdrət sahibi olarkən güzəşt etməyin əcri

Həzrət Məhəmməd (s) buyurub: “Kimsə (intiqam almaq üçün) qüdrətli olarkən güzəşt etsə, Allah çətin günündə ona güzəşt edər.” [1] Həzrət imam Əli (ə) buyurub:... Davamı..

Səfər edin. Əgər səfərdə mal əldə etməsəniz də, düşüncəniz mütləq güclənəcəkdir

İnsan bu dünyaya ayaq basdığı gündən səfərdədir. Bu səfər zər aləmindən başlamışdır. Bu dünyada qonaqdır və əbədi səfər olan axirət üçün hazırlaşar.... Davamı..

Kiminlə ünsiyyət quraq?

Həzrət İsaya (ə) sual verirlər: “Ey Allahın ruhu! Kiminlə ünsiyyət quraq?”. Buyurur: “O kəslə ki, onunla görüşmək Allahı sizin yadınıza salar və... Davamı..

Sabah Qurban bayramıdır – Bu gecənin və bayram gününün əməlləri

Ərəfə günündən Qurban bayramına keçən gecə – Zilhiccə ayının 10-cu gecəsi təbərrük və müqəddəs gecələrdəndir. Bu bayram gecəsi il ərzində olan həmin o 4 gecələrdəndir... Davamı..