Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Yanvar 15:01
Şərh Yoxdur
1219

İnsanın öz ömründən xəbərsizliyindəki hikmət nədir?

İmam  Sadiq (ə) buyurub: “İndi, ey Məfəzzəl! İnsanın ömür müddətinin on­dan gizlin olması üzərində düşün. Çünki ömrünün nə qədər olduğunu bilsə və ömrü qısa olsa, həyat ona dözülməz olar. Belə ki, ölümü bildiyi vaxtda gəl­məsini gözləyəcək. Sanki malı aradan getmiş və ya məhv olmaq ərə­fə­sin­də olan insan tək olacaq. Belə insan malının məhv olmasının və yoxsul ol­ma­sının qorxusundan əməli surətdə yoxsulluğu hiss edəcək. O ki qalsın, ma­lın yox olması qorxusundan dəfələrlə çox olan ömrün sona yetmək qor­xu­su ola! Çünki kiminsə sərvəti azalarsa onun əvəzini qazanmaq ümüdi ilə təs­kinlik tapır. Ancaq ömrünün tamam olmasına (konkret və məlum vaxta) yə­qinliyi olan kimsənin vücudunu yas bürüyər. Ancaq ömrü uzun olsa və bun­dan xəbərdar olsa, hələ diri olacağına yəqinlik tapacaq. Buna görə də, ləz­zət və günahlara qərq olub, kamına çatmağa və sonra həyatının son­la­rın­da tövbə etməyə çalışacaq. Deyə bilərsən ki, elə indinin özündə də ömür müd­dətinin məlum olmadığı və hər an ölümün gəlişini gözlədiyi halda belə in­san murdar işlər görüb itaətsizlik edir. Cavabında deyirəm: Ömür müd­də­ti­nin məlum olmamasının hikməti barədə dediyimiz öz qüvvəsində qalır. An­caq bununla belə, insan yenə də çirkin əməllərdən qalmırsa bu artıq onun başının məstliyindən və ürəyinin daşlığındandır və işin fəlsəfəsinə, uzaq­görənliyin səhv olmasına dəlalət etmir.” [1]

 

www.ahliman.info

[1] Biharul-Ənvar, c. 3, səh. 83.

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Qurani-Kərimdə möminin xasiyyəti

Allah Təala Qurani-Kərimdə möminin xasiyyətləri barədə bunları buyurur: 1-Onlar yer üzündə təvazökarlıqla gəzərlər. Furqan/63. 2-Onlar qəzəblərini boğarlar və insanları bağışlayarlar. Ali-İmran/134. 3-Onlar... Davamı..

Həzrət Məhəmməd (s): “Yoxsullar Allahın dostlarıdır”

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur: “Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.” [1] “Yoxsullar Allahın dostlarıdır.“[2] “İlahi! Məni möhtac saxla, möhtac öldür... Davamı..

Təqva əhlinin 3 nişanəsi

İmam Əli (ə) buyurur: “Təqva əhlinin üç nişanəsi vardır: əməldə ixlas, arzuların qısa olması, fürsətlərdən bəhrələnmək”. “«Ey Adəm övladları, şübhəsiz sizə ayıb... Davamı..

Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar

İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən... Davamı..

Teyyul-ərz nə deməkdir? Necə baş verir?

Teyyul-ərz qeyri-adi bir əməldir ki, onun sayəsində insan istədiyi məkandan başqa bir məkana qısa bir zaman ərzində seyr edə bilir. Əgər Məsumların... Davamı..

Ayətullah Müctehidi Tehrani: “Əgər dünya və axirət istəyirsən, əgər ruzi, sərvət istəyirsənsə…”

Mərhum Ayətullah Müctehidi Tehrani buyurmuşdur: “Mən çox alim, arif görmüşəm, İmam Xomeynidən tutmuş  Ayətullah Bürucerdi, Ayətullah Şahabadi, Ayətullah Hairiyə qədər. Əgər onların... Davamı..

Hər cavan mömin Quran oxuyarsa, Quran onun ətinə, qanına qarışıb, cisminə və ruhuna nüfuz edər

İmam Xomeyni (r.ə) tez-tez çıxışlarında deyirdi: “Ey cavanlar! Cavanlığınızın qədrini bilin.”  Çünki bu elə bir nemətdir ki, ondan düzgün bəhrələnməklə insan kamala... Davamı..

Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurub (s): “Yoxsulluq küfrə gedib çıxmağa yaxındır.” [1] O Həzrət (s) başqa bir yerdə buyurub: “İlahi! Mən, küfrdən və yoxsulluqdan... Davamı..