Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Yanvar 14:54
Şərh Yoxdur
1864

“Yusif” surəsini oxuyan Qiyamət günü Həzrət Yusif (ə) kimi gözəl olar

“Yusif” surəsi Quranın 12-ci surəsidir və 111 ayəsi vardır, Məkkidir (Məkkədə nazil olmuşdur). Həzrət Peyğəmbər (s) buyurur: ““Yusif” surəsini əlinizin altında işləyənlərə öyrədin. O müsəlman ki, bu surəni tilavət edər, ailəsinə və əlinin altında olanlara öyrədər Allah ölümün çətinliklərini ondan alar və ona elə bir güc əta edər ki, başqalarına həsəd aparmaz”. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni gecə və ya gündüz oxuyarsa, Allah Qiyamət günü onu elə halda məbus edər ki, siması Həzrət Yusif (ə) kimi gözəl olar. Qiyamət gününün qorxu və taqətsizliyi ona çatmaz. Allahın layiqli bəndələrindən olar”.

Başqa yerdə Həzrət Sadiq (ə) buyurur: “Hər kim bu surəni qiraət edər, Qiyamət günü insanların səbirsizlik etdiyi şeylərdən amanda olar. Allahın saleh bəndələrinin qonşusu olar. Zinaya düçar olmaqdan və söyüş söyməkdən amanda olar”.

Ruzisi asan olar. Əgər “Yusif” surəsini yazsanız və onu yuyub içsəniz, Allah ruziyə çatmaq yolunu asan edər.

Həsəd hissini aparar. İmam Baqir (ə) buyurur: “Allah “Yusif” surəsini bir misal kimi çəkmişdir ki, insanlar bir-birinə həsəd aparmasınlar. Necə ki, Yusifin qardaşları onunla etmişdilər”.

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Qurani Kərim ” Xəbərləri

“Nas” və “Fələq” surələri nədən bəhs edir və nə zaman oxunmağı yaxşıdır?

Bəzi surələr vardır ki, onları hər gün oxumaq tövsiyə olunur. Bu surələrə “Nas” və Fələq” surələri də aiddir. “Nas” surəsi o təhlükələrdən... Davamı..

Quranın hansı surəsində İmam Hüseyndən (ə) bəhs olunmuşdur?

Hədis və təfsir kitablarının nəql etdiyi kimi, İmam Hüseyn (ə) haqqında nazil olan ayələr bunlardır: “Əhzab” 33, “Ali-İmran” 61, “Şura” 23, “İnsan”... Davamı..

“Cümə” surəsi möminlər üçün müjdədir

“Cümə” surəsi müqəddəs Quranın 62-ci surəsidir, 11 ayəsi vardır və Mədənidir (Mədinədə nazil olub). Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur:... Davamı..

Quranı layiqincə necə oxumalıyıq?

İmam Sadiq (ə), «Onlara kitab verdiklərimiz, Kitabı layiq olan şə­kil­də oxuyarlar» [1] ayəsi haqda buyurur: “Ayələrini aydın və qısa-qı­sa oxuyarlar. Mənalarını anlamağa çalışarlar. Hökm və... Davamı..

“Səcdə” surəsini oxumaq, Qədr gecəsini əhya saxlamaq kimidir

Səcdə” surəsi Quranın 32-ci surəsidir. Məkkədə nazil olub və 30 ayəsi vardır. Bu surənin fəziləti barəsində Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim “Səcdə”... Davamı..

Daxilində Qurandan bir şey olmayan kimsə xaraba ev kimidir

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur: “Allah-taalanın öz kitabını əzbərləmək nemətini ona bəxş etdiyi kimsə, başqalarına ondakı nemətdən böyük nemət verildiyini güman etsə,... Davamı..

Cəhənnəm əhlinin çəkdiyi 8 ruhi əzab haqda Qurani-Kərim nə buyurur?

Qurani-Kərimin bir çox ayələrində cəhənnəm əhlinin çəkdiyi əzablara işarə edilmişdir. Bu əzabların bəziləri ruhidir ki, onlarla tanış olaq: 1. Allahın gözündən düşmək... Davamı..

“Bəqərə” surəsinin 207-ci ayəsi hansı hadisə ilə əlaqədar və kimin barəsində nazil olmuşdur?

“Bəqərə” surəsinin 207-ci ayəsində Allah-Təala (c.c) buyurur:  “İnsanlardan bəziləri (Əli (əleyhissalam) kimi imanlı və fədakar, “Leylətul-məbit”də Peyğəmbərin (s) yatağında yataraq) Allahın razılığını qazanmaq... Davamı..