Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Dekabr 12:01
Şərh Yoxdur
1223

İnsanlar Zəmanə Sahibini (ə.f) öz yanlarında bilsələr, yer və göy bərəkətlərini zahir edər

Allah Təala Qurani-Kərimdə buyurur: “Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq”. (“Əraf” 96).

Bu ayəyə əsasən, yerin və göyün öz bərəkətlərini əsirgməsənin əsil səbəbi – insanların təqvasız olmaqlarıdır. Bu məsələnin İmam Zaman ağanın (ə.f) qeybi ilə sıx rabitəsi vardır. Çünki təqvasızlıq o zaman meydana gəlir ki, müsəlmanlar İmamlarından (ə) uzaq düşürlər. Müsəlmanlar Məsum İmamın (ə) sayəsində mərifətlərini və elmlərini artırır, təqvalarını gücləndirirlər.

İndi ki, zühur zamanı uzanmışdır, insanların qəlbi qəsavət bağlayıbdır və təqvasızlıq müsəlmanların ruhuna hakim olubdur.

“Fərəc” duasında Allaha yerin və göyün bərəkətlərini bizdən əsirgədiyi üçün şikayət edir və deyirik: “Allahım! Bəla və müsibətlərimiz artmışdır. Çarəsizliyimiz aşkar olmuşdur. Ümidimiz naümid olmuşdur. Yer və göy rəhmətini bizdən götürmüşdür”.

Bəli, qeyb əsrində İmamın (ə.f) uzaq olması insanların iman və təqvadan uzaqlaşmasına səbəb olmuşdur. Nəticədə isə təqvasızlıq sayəsində yerin və göyün zahiri və batini nemətlərindən məhrum olmuşuq.

Yuxarıdakı ayəyə əsasən, əgər Əhli-Beyt (ə) davamçıları İmam Zamanlarına (ə.f) diqqət etsələr, onu öz yanlarında hiss etsələr və təqvalı olsalar, insanların bu imanı sayəsində yer və göy öz bərəkətini nazil edəcəkdir.//Deyerler

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Ustad Qəraəti: “Bu, Xanımın (s.ə) kəraməti idi”

Ustad Qəraəti nəql edir: “Suriyaya səfər edən zaman xütbələrə və məclislərin çox olmasına görə Xanım Zeynəbin (s.ə) hərəminə gedə bilməmişdim. Bu məsələ... Davamı..

Allaha yaxınlaşmaq əzmində olanlar üç yoldan birini seçməlidir

İnsan ictimai bir varlıqdır. Onun həyatı başqaları ilə rabitələrsiz ötüşmür. Allah-təala insanı öz həmnövləri ilə maddi və mənəvi rabitələrə ehtiyaclı xəlq etmişdir.... Davamı..

Həris insanı gözləyən 2 yol

Hər bir insan istəyir ki, dünyadakı şəraiti yaxşı olsun. Ancaq insan gərək bu yolda həris olmasın və maddi dünyasına görə mənəvi dünyasını... Davamı..

İmam Əli (ə): “Pambıq paltar geyinin. Çünki o, Peyğəmbərin (s) və biz Əhli-beytin (ə) paltarıdır”

Əmirəl-möminin Əli (ə) buyurur: “6 şey Lut qəbiləsinin əxlaqındandır: köynəyin düyməsini açıq qoymaq, təkəbbür üzündən uzun əba geyinmək…”. Həzrət Peyğəmbər (s) buyurur:... Davamı..

İmam Əli (ə): “Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin”

Həzrət Məhəmməd (s) buyurub: “Çox sədəqə verin ki, ruziniz artsın.”[1] İmam Əli (ə) buyurub: “Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.”[2] İmam Əli... Davamı..

Bu 3 şeyə riayət edən, peşman olmaz

İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, əgər kimdəsə olarsa, Allahın razılığına səbəb olar: 1. Çoxlu istiğfar etmək. 2. Yaxşı yoldaş.... Davamı..

Uzun səcdə bəndəlik etmək istəyənlərin ən yaxın yoludur

Böyük arif mərhum Mirzə Cavad Məliki Təbrizi ağa belə buyurub: “İslam peyğəmbəri (s) səcdənin uzadılması barəsində təkidli göstərişlər vermişdir. Bu da çox... Davamı..

Həzrət Musanın (ə) Allah Təalaya sualları

İmam Həsən Əsgəri (ə) buyurur: “Musa ibn İmran Allahdan soruşdu:-Allahım, mənim Sənin elçin və peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi... Davamı..