Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Dekabr 12:27
Şərh Yoxdur
2097

İmam Əlinin (ə) Kumeylə möminlər barədə 7 nəsihəti

1. Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də möminlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.

 

2. Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, möminlərə kömək və xeyirxahlıq edir və yaxınları və qohumları ilə əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir.

 

3. Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə (səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.

 

4. Ey Kumeyl! Möminin ən gözəl zinəti təvazökarlıqdır, onun gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir, başıucalığı isə bihudə danışıqları tərk etməkdir.

 

5. Ey Kumeyl! Mömin möminin güzgüsüdür. Çünki, ona baxıb diqqət yetirir, çatışmazlıqlarını aradan aparır.

 

6. Ey Kumeyl! Möminlər qardaşdırlar və qardaşdan ötrü də qardaşından da dəyərli bir şey yoxdur.

 

7. Ey Kumeyl! Əgər qardaşını sevmirsənsə onun qardaşı deyilsən. Mömin odur ki, bizim dediklərimizi desin. Hər kəs bizim dediklərimizdən uzaq gəzsə bizdən deyil, hər kəs də bizdən olmasa Cəhənnəmin ən aşağı dərəcəsinə yuvarlanar.//Nur-az

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu 3 dəstə İmam Zaman (ə.f) ağaya yardım edəcək

İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir:   Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım... Davamı..

Əmirəl-möminin imam Əlinin (ə) təsbihatı necədir?

Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq. Bu təsbihi yerinə... Davamı..

İmam Əli (ə): “Mənim davamçılarımı iki sifətlə imtahan edin”

Əmirəl-möminin (ə) buyurur: “Mənim davamçılarımı iki sifətlə imtahan edin ki, əgər bu iki sifətə malik olsalar – Əhli-Beyt (ə) davamçılarıdır: 1. Namaza əvvəl-vaxtda əhəmiyyət vermək. 2.... Davamı..

Bu gün Həzrət İmam Əlinin (ə) şəhid edildiyi gündür

Bu gün, Ramazanın 21-i, Həzrəti Əlinin (ə) şəhid olan günüdür. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz... Davamı..

İmam Əlinin (ə) müsəlmanlara son vəsiyyəti

Əbul Fərəc nəql edir ki, İmam Əli (ə) zərbətlənəndən sonra Kufə həkimləri yanına gəlir. Onların içində Əsir ibni Əmr kimi mütəxəssisi yox... Davamı..

Həzrət İmam Həsəndən (ə) hikmətli sözlər

  1.“Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.” 2.“Fasq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.” 3.“Yaxşılıq odur ki, əvvəldə hey... Davamı..

İmam Həsənin (ə) fəzilətləri

İmam Səccad (ə) buyurub: “Həsən ibn Əli ibn əbu Talib (ə) öz zəmanəsinin ən abid, zahid və fəzilətli insanı olub. Həccə gedəndə... Davamı..

İmam Mehdinin (ə.f) zühur məkanı hara olacaqdır?

Məhdəviyyat mövzusu həmişə aktual mövzulardan olmuş və bu haqda çoxlu suallar yaranmış və yaranmaqdadır.   Bu suallardan biri də budur ki, İmam... Davamı..