Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Dekabr 15:33
Şərh Yoxdur
1583

Həyat yoldaşı seçməyin meyarı nədir?

Dini dəyərlərə bağlı insanlar üçün ən əsas meyar qarşı tərəfin iman və təqvasıdır. İnsanın imanı iki baxımdan diqqəti cəlb edir:

1) İmanlı şəxs Allaha qəlbən bağlı olduğundan və daxilində nəzarətçi bir qüvvə hiss etdiyindən etibarlı sayılır. İman və etiqad nəzarətçisi olmayan bir kəsə etimad göstərmək təhlükəlidir. Adətən, belə bir seçim müvəffəqiyyətsiz olur. Qəlbən özünü Allah qarşısında hiss edənlər başqaları qarşısında da məsuliyyətlərini dərk edirlər. Onların verdiyi söz ailə həyatında da etibarlı olur.

2) İmanlı zövcələr vahid bir etiqadi nizama tabe olduqlarından onların baxışlarında, meyillərində, səliqələrində az-çox oxşarlıq olur. Bu səbəbdən də onlar öz müştərək həyatlarında düşüncə baxımından və ruhən bir-birlərinə uyuşurlar.

Hər ikisi din məktəbində tərbiyə almış qadın və kişi öncədən bir-birlərini tanımamış da olsalar, bir çox mühüm məsələlərdə müştərək baxışa malik olurlar.

Bu zümrədən olan fərdlər ortaya ixtilaf çıxdıqda dini təlimlərə, qayda qanunlara müraciət etməklə hər iki tərəfin qəbul edəcəyi yekdil rəyə gələ bilirlər. Belə bir seçim ailədə xoşbəxtliyi təyin edən ən etibarlı seçimdir.

Təcrübədən məlum olur ki, dini öhdəçiliyi olmayanlar hətta evlənməmişdən qabaq uzun müddət tanış olsalar da, ailə qurduqdan sonra kiçik bir səbəbdən ayrılıq fikrinə düşürlər. Çünki hər iki tərəfin qəbul etdiyi sabit qanunlar yoxdur. Məhkəmə çəkişmələrindəki rəqəmlər göstərir ki, dini təlimlərə bağlı olmayanların problemləri daha çoxdur.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Məbəs gününün və gecəsinin əməlləri

Məbəs gecəsi mübarək gecələrdən biridir ki, onun özünəməxsus əməlləri vardır. İmam Cavad (ə) buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin nur... Davamı..

Ayıb odur ki, bir dəfə geydiyin paltara külli miqdarda pul verirsən – Ayətullah Xameneinin ailə qurmaq barədə tövsiyələri

Ali  rəhbər ayətullah Seyid Əli Xamenei cənablarının ailə quran cavanlara bəzi tövsiyələri vardır ki, onlarla tanış olaq: 1. Xoşbəxtlik nədir? Xoşbəxtlik ibarətdir:... Davamı..

Xeyir işə niyyət etmək, onu yerinə yetirmək kimidir

Xeyir işin niyyəti – onu yerinə yetirmək kimidir. Yəni, xeyir işi niyyət etmək o qədər mühüm mövzudur ki, onu yerinə yetirməyə bərabər... Davamı..

Rəcəb ayının 13, 14 və 15-nin əməlləri. Əyyami-bəyzin

Rəcəb ayının 13, 14, 15 günləri Əyyami-bəyz günləri hesab edilir. Bu günlərin xüsusi əməlləri vardır.   13-cü günün gecəsinin əməlləri. Rəcəb, Şəban,... Davamı..

Şeyxul-ənbiya hansı peyğəmbərdir? Bəşərin ikinci atası kimdir?

Həzrət Nuhun (ə) adı Quranda 40 dəfə çəkilmişdir. Ancaq harada doğulduğu və harada dəfn olduğu bəyan edilməmişdir. Nuhun (ə) dastanı Quranın 6... Davamı..

İmam Əli (ə): “Yoxsulluğa sədəqə və bəxşişlə dərman edin.”

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurub: “Yaxın qohumlarla mehribanlıq ömrü uzadar və yoxsulluğu aradan götürər.”[1] Həzrət İmam Əli (ə) buyurub: “Yoxsulluğa sədəqə və... Davamı..

Ayətullah Xamenei: “Rəcəb ayında daima istiğfar edin”

  “Rəcəb ayında münacata və təvəssülə əhəmiyyət verin” “Hansı məsum hansı müqəddəs olur olsun təvəssüllərinizi artırın” “Gənclər rəcəbdəki etikafdan daha çox bəhrələnsinlər”... Davamı..

Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir

  Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurur: “Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz... Davamı..