Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Dekabr 13:08
Şərh Yoxdur
3018

İmam Məhdinin (ə.f) həyatda yaşamasının isbatı

Biz Həzrət Məhdinin (ə.f) hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik? Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim 12-ci İmamın varlığını etiraf etməyimiz üçün kifayətdirmi? Necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur?

Cavabda deyirik ki, Məhdinin (ə.f) intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı daha yüksək səviyyədə dəyişdirmək təbiri böyük Peyğəmbər (s) və Əhli-beyt (ə) İmamlarından bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər təkid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq hədis rəvayət olunmuşdur.[1] Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq olduğunu görərik.[2] Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar: Birincisi islami, digəri isə elmi dəlil;

İslami dəlil ilə intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır.

İslami dəlil: İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən məlum olur ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyha salamın övladlarından, İmam Hüseyn əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır.

Şiə imamları Məhdi əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa səy göstərirdilər ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql olunmasının düzgünlüyünü aydınlaşdırır.

O cümlədən, Peyğəmbər öz canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mənanı çatdıran müxtəlif sözlərlə rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvayətlərin sayı 270-dən çoxdur və hamısı da şiə və sünnülərin mötəbər və məşhur kitablarında nəql olunmuşdur. Buxari, Müslüm Səhih kitablarında, Termezi, Əbu Davud və Əhməd öz Müsnəd kitablarında, Hakim Səhiheynə yazdığı Müstədrək kitabında bu hədisləri qeyd etmişlər.

Bu hədisləri sayan adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil tapsaq, şübhəsiz qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir həqiqəti aydınlaşdırır.

Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: Məndən sonra canişinlərim 12 nəfərdirlər. Bunu buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə ilə xaricdə reallaşır.

Elmi dəlil: Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli, kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə idi.

Camaat bu dövrdə həzrətin etibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları arasında dörd nəfər naibliyə təyin olunmuşdular. O dörd nəfər mötəbərlikdə və dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi:

1-Osman ibni Səid Əmri

2-Məhəmməd ibni Osman ibni Səid Əmri

3-Əbul Qasim Hüseyn ibni Ruh

4-Əbul Həsən Əli ibni Səmri

Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bəzən şifahi, bəzən isə yazılı halda möminlərə çatdırırdılar.

Beləliklə öz İmamlarının görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı elan oldu. Kiçik qeybətdən böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır.

Kiçik qeybətdən böyük qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və onları qiymətləndirsə, başa düşəcəkdir ki, Məhdi əleyhissalam camaatla bir müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki, bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və əməllərində heç bir ziddiyyət görünməmişdir.

Doğrudan da əgər bunlar yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır.

Keçmiş zamanlardan işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhis-salam)-ın yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə edərək öz tərəfdlarlarının etimadını cəlb edə bilməsini qəbul edə bilmir. Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün xüsusiyyətləri ilə mümkün edir.

 

www.ahliman.info

[1] Seyyid Sədrin (müəllifin əmisidir) Əl-Məhdi adlı kitabı

[2] Şeyx Lütfüllah Safinin Müntəxəbul-əsər fil-imamis-sani əşər kitabı

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si (bu il 19 mart) dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın... Davamı..

Həzrət Zəhranın (s.ə) bu dünyada xüsusən sevdiyi 3 əməl

Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar. Xanım (s.ə)... Davamı..

Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq. 2 Hədis: İmam Rzadan (ə)... Davamı..

Peyğəmbər baş verən bir hadisəyə görə heç vaxt “Ey kaş belə olaydı, elə olaydı” deməzdi

İmam Səccad (ə) buyurur ki, “Xoşagəlməz” qəza-qədərə razı olmaq yəqinin ən yüksək rütbələrindəndir.” Hədisin izahı üçün ilk növbədə qəza-qədər işarə etmək lazımdır:... Davamı..

Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir

“Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür.” Hədisin bu hissəsi mütəvatir [1]... Davamı..

Həzrət Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurduqlarından

Həzrət Məhəmmədin (s) qızı Həzrət xanım Fatimeyi Zəhra (s.ə) haqqında buyurduqlarından bir qismini oxucularımıza təqdim edirik:   “Fatimə mənim bədənimin bir parçasıdır.... Davamı..

Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər

“Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər,... Davamı..

Ayətullah Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”

Ayətullah Safi Gülpayiqani “Vilayəti müdafiənin rolu” simpoziumunda buyurmuşdur: “Bizim dilimiz Həzrət Zəhra (s.ə) şəxsiyyətini bəyan etməkdə acizdir. Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə)... Davamı..