Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Dekabr 13:25
Şərh Yoxdur
1434

Allah bəndəsini alçaltmaq istədikdə onu elmdən bəhrəsiz qoyar

İmam Əli (ə) Kumeyl ibn Ziyadın əlindən tutaraq onu qəbristanlığa apardı. Çölə çatdıqda, dərindən bir ah çəkib ona buyurdu: “Ey Kumeyl! Bilik mal-dövlətdən yaxşıdır. Çünki bilik səni qoruyur, ancaq var-dövləti sən qorumalısan. Var-dövlət xərcləndikcə azalar, ancaq bilik verilməklə çoxalar. Var-dövlətin verdiyi, onun aradan getməsi ilə yox olar (ictimai mövqe və hörmətini itirər).”[1]

Quran-Kərim elm haqda nə deyir?

De ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alarlar.[2]

Allah iman gətirənlərin və elm bəxş edilmişlərin dərəcələrini yüksəldər. Allah əməllərinizdən agahdır.[3]

 

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur:

“Alimin günahı birdir, nadanın günahı iki.”[4]

“Bilikli olmaq bütün yaxşılıqların, nadanlıq isə bütün pisliklərin başıdır.”[5]

“Bilik qazanmaq hər bir müsəlmana vacibdir… Allaha sitayiş və itaət biliklə edilər. Qohumluq tellərinin qırılmaması, halalın haramdan ayırd edilməsi də biliklə mümkündür. Bilik əməlin rəhbəridir və əməl ona tabe olar. Xoşbəxtlərə elm ilham olunar, bədbəxtlərsə ondan məhrum qalarlar.”[6]

“İnsanların ən dəyərlisi daha çox bilik sahibləri, insanların ən dəyərsizi isə daha az biliyi olanlardır.”[7]

İnsanların peyğəmbərlik dərəcəsinə ən yaxın olanları alimlər və döyüşçülərdir.[8]

“Qiyamət günündə alimlərin qələminin mürəkkəbi ilə şəhidlərin qanı ilə ölçüləcək və qələmin mürəkkəbi şəhidlərin qanından daha ağır gələcək.”[9]

 

 Həzrət imam Əli (ə) buyurmuşdur:

“Fəzilətlərin başı bilikdir. Fəzilətlərin son nöqtəsi də bilikdir.”[10]

“Bilik öndə gedən, əməl çapar və nəfs isə palçıqlı minikdir.” [11]

“Bilik ağlın çırağıdır.”[12]

“Bilik necə də gözəl yolgöstərəndir.”[13]

“Bilik ailə şərafətinin ən yüksək şərəfidir.”[14]

“Bilik möminin itmiş malıdır.”[15]

Biliyin hörmətinə yalnız bu bəs edər ki, hətta onu yaxşı bilməyən də onu bilməsindən dəm vurar və onu elmli, bilikli kimi göstərəndə buna şad olar. Nadanlığın pis olmasına təkcə bu bəsdir ki, hətta nadan və elmdən bəhrəsi olmayan da ondan bezər.[16]

“Heç bir xəzinə elmdən daha xeyirli deyil.”[17]

“Heç bir şərafət bilik kimi deyil.”[18]

“Hər bir qaba nəsə qoyduqda, onun tutumu azalar. Yalnız biliyin qabına qoyulanlar artdıqca, onun tutumu da çoxalar.”[19]

Allah bəndəsini alçaltmaq istədikdə onu elmdən bəhrəsiz qoyar.[20]

“Bilik həyatdır.”[21]

“Həqiqətən, bilik qəlblərin həyatı (mayası), kor gözlərin işığı və gücsüz bəndələrin gücüdür.”[22]

“Mal toplayanlar diri olsalar da ölüdürlər, elm əhli isə dünya durduqca yaşayacaqlar. Bədənləri aradan gedər, ancaq xatirələri qəlblərdə qalar.”[23]

Alim ölmüş olsa belə, sağdır. Nadan isə diri olsa da ölmüşdür.”[24]

 

İmam Baqir (ə) buyurur: “Elmdən heç nəyi olmayan ürək, abadlaşdıranı olmayan xaraba ev kimidir.[25]

İmam Sadiq (ə) buyurur: “Alimlər peyğəmbərlərin varisləridir.”[26]

 

www.ahliman.info

[1] Nəhcül-Bəlağə, hikmət147

[2] Zümər, ayə9

[3] Mücadilə, ayə11

[4] Kənzul-Ummal, hədis28784

[5] Biharul-Ənvar, c.77, səh.175, hədis 9

[6] Əmali-Tusi, səh.488, hədis 1069

[7] Əmali-Səduq, səh.27, hədis 4

[8] əl-Muhəccətul- Beyza, c.1, səh.14

[9] əd-Durrul-Mənsur, c.3, səh.423

[10] Ğurərul-Hikəm, hədis (536+6379)

[11] Tuhəful-Uqul, səh.208

[12] Ğurərul-Hikəm, hədis536

[13] Ğurərul-Hikəm, hədis837

[14] Kənzul-Fəvaid, c.1, səh.319

[15] Uyunu Əxbari  Riza (ə), c.2, səh.66, hədis 295

[16] Munyətul-Murid, səh.110

[17] əl-Kafi, c.8, səh.19, hədis4

[18] Nəhcül-Bəlağə, hikmət113

[19] Nəhcül-Bəlağə, hikmət205

[20] Nəhcül-Bəlağə, hikmət288

[21] Ğurərul-Hikəm, hədis185

[22] Əmali-Səduq, səh.493, hədis1

[23] Nəhcül-Bəlağə, hikmət147

[24] Ğurərul-Hikəm, hədis1124(=1125)

[25] Əmali-Tusi, səh.543, hədis1165

[26] əl-Kafi, c.1, səh.32, hədis2

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri

Mübarək Ramazan ayını əziz tutmalıyıq. Bu ayda Allah Təala ilə daha yaxın ola bilər və daha yaxın rabitə qura bilərik. Əgər bu... Davamı..

Problemlərin həlli, borcların ödənməsi, ruzinin artması üçün mühüm DUALAR

Bu duaların hər vaxt oxunması  müstəhəb (bəyənilmişdir) və təkid olunmuşdur.     1- Müşküllərin həll olunması üçün bu duanı oxumaq çox yaxşıdır: يَا... Davamı..

Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl ilə tanış olaq

Bəzi müstəhəb əməllər bizə yardım edir ki, vacibatları daha gözəl ab-hava ilə yerinə yetirək. Bu əməllərin yardımı ilə şeytanın (lən) vəsvəsə qapılarını... Davamı..

Həzrət İsa (ə) Həzrət Adəmdən neçə il sonra dünyaya gəlib?

Həzrət İsa (ə) Ulul-əzm peyğəmbərlərdən biridir ki, ləqəbi Məsihdir ki, mənası mübarək deməkdir. Həzrət İsanın (ə) adı Quranda 25 dəfə, ləqəbi isə... Davamı..

İnsanın illik taleyi həll olunan, günahların bağışlanıldığı və duaların yerinə yetdiyi gözəl gecə

İslam dinində bir neçə gecə vardır ki, fəziləti ilin qalan gecələrindən daha çoxdur. Bu gecələri fəzilətli edən odur ki, Allahın rəhmət qapıları... Davamı..

Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?

Cəbr və ixtiyar o mövzulardandır ki, insanı davamlı olaraq düşünməyə vadar edir. İnsanların bir çoxu belə təsəvvür edirlər ki, Allah əvvəlcədən insanın... Davamı..

Axirətimizi məhv edən kiçik günahlar

Bəzi insanlar vardır ki, hesab-kitabları çox dəqiqdir. Onlar pullarını elə xərcləyirlər ki, başqlarına möhtac olmasınlar. Hər bir işlərində nəzm vardır. Bu insanların... Davamı..

Şaban ayının müştərək əməlləri

Müqəddəs Şaban ayının da Rəcəb ayı kimi, həm müştərək əməlləri, yəni ayboyu edilə bilinəcək əməllər, həm də xüsusi günlərə aid olan əməlləri... Davamı..