Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Dekabr 16:14
Şərh Yoxdur
2712

Təkbirin, rükunun, səcdənin, təşəhhüdün, salamın mənasını Həzrət Əli (ə) izah edir

Cabir ibni Abdullar Ənsari nəql edir: “Bir gün mövlam İmam Əli (ə) ilə birlikdə idim. Bir nəfəri gördüm ki, namaz qılır. İmam (ə) ona xitab edib buyurdu: “Namazın mənasını bilirsənmi ki, necə olmalıdır?”. Həmin şəxs dedi: “Məgər namazın mənası ibadətdən qeyrisidirmi? Həzrət (ə) buyurdu: “Bəli. Namazın təfsiri vardır ki, ubudiyyətin bütün mənası onda olar”.

İmam (ə) buyurdu: “İlk təkbir odur ki, Allah Sübhan və pakdır.

İkinci təkbir odur ki, Allah hərəkət və sükut edən deyildir.

Üçüncü təkbir odur ki, Onu cismə oxşatmaq olmaz.

Dördüncü təkbir odur ki, Allaha heç bir şey üz verməz.

Beşinci təkbir odur ki, Allahın nə xüsusi məkanı vardır və nə də bir şey Ona yaxınlaşa bilər.

Altıncı təkbirin mənası budur ki, aradan getmək, dəyişmək, köçmək Allaha aid deyildir.

Yeddinci təkbir odur ki, biləsən Sübhan Allahın başqa cisimlər kimi bədəni və üzvləri yoxdur.

Rükunun mənası odur ki, deyəsən: “Allahım! Mən sənə iman gətirmişəm və boynumu vursalar belə, ondan əl çəkmərəm”.

Başını rükudan qaldıran zaman deyirsən: “Allahım! Sən məni yoxdan yaratdın və mən bir şey deyildim və deyiləm. Mütləq varlıq Sənsən”.

O zaman ki, başını səcdəyə qoyursan, deyirsən: “Allahım! Məni torpaqdan yaratmısan” və başını səcdədən qaldırmaq – yəni məni torpaqdan xaric etmisən.

Elə ki, ikinci səcdəyə gedirsən, deyirsən: “Allahım! Sən məni torpağın içinə geri qaytarırsan”.

Başını səcdədən qaldırıb deyirsən: “Allahım! Məni həmin torpağın daxilindən Qiyamət günü əməllərin hesabı üçün xaric edəcəksən”.

Təşəhhüdün mənası əhdi təzələmək və Allahın vahidliyinə etiqad bəsləməkdir. Həmçinin Peyğəmbərin (s) nübuvvətinə və Əhli-Beytin (ə) vilayətinə şəhadət verməkdir.

Salamın mənası Allah tərəfindən namazqılan bəndəyə salam və mərhəmətdir ki, həqiqətdə Qiyamət əzabından amandır”. (Həvzəh/Deyerler)

Allahım, bizləri namazı dərk edənlərdən qərar ver.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının 12 mühüm vəzifəsi

Qeyb zamanında Əhli-Beyt (ə) davamçılarının ən mühüm vəzifələrinə işarə edək: 1. İmam Zaman ağanın (ə.f) fərəcinin tezləşməsinə görə dua etmək. İmam Sadiq... Davamı..

Hər kim İmam Rzanı (ə) ziyarət edərsə, İmam (ə) onu 3 yerdə ziyarət edər

Ola bilsin ki, sizin üçün də bu hal yaranmış olsun, bəzən insan əyləşdiyi yerdən İmam Rzanı (ə) ziyarət etmək istəyir. Məsumlarımız (ə)... Davamı..

Həzrət Peyğəmbər (s) meracda hansı peyğəmbərlərlə (ə) görüşmüşdür?

Həzrət Muhəmməd (s) səmaya merac edən zaman çox sayda hadisələr, mələklər, insanlar, cənnət və cəhənnəm əhli ilə rastlaşmışdır. Həzrət Cəbrayilin (ə) müşayiəti... Davamı..

İmam Sadiq (ə) namazı necə qılırdı?

Həmad ibni İsa nəql edir: “İmam Sadiqin (ə) xidmətində idim, mənə buyurdu: “Namazı yaxşı qıla bilərsənmi?”. Dedim: “Necə bacarmayım ki, namaz haqqında... Davamı..

Ey Əbuzər! Əcələ baxıb, sənə tərəf necə tələsik yüyürdüyünü görsən, arzuların sənə düşmən olduğunu görəcəksən

“Ey Əbuzər! Əgər əcələ baxıb, sənə tərəf necə tələsik yüyürdüyünü görsən, arzuların və onların aldadıcı təsəvvürlərinin sənə düşmən olduğunu görəcəksən”. Arzu və... Davamı..

İmam Zaman ağada (ə.f) beş peyğəmbərin (s) xüsusiyyəti vardır

İmam Zaman ağa (ə.f): 1. Yunus (ə) peyğəmbərə bənzəyir. Həzrət də Yunus (ə) kimi qeyb olduqdan sonra, ümmətinə tərəf qayıdacaqdır. Onların arasından... Davamı..

Zühur zamanı millətçilik olacaqmı?

Həzrət Mehdi (ə.f) zühur etdikdə heç bir milli və irqi ayrıseçkiliyə yol verilməyəcək. Bu müddəanın bir sıra dəlilləri var:   1. Həzrətin... Davamı..

İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti

1. “Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.” 2. “Dünyada əlinizdən çıxan... Davamı..