Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Dekabr 11:22
1 Şərh
5164
imam_mehdi_as-other

İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar?

İmam Mehdinin (ə.f) quracağı dövlətin başında bizim tarixdən artıq tanıdığımız məhşur şəxlər dayanacaqdır. Onlar həzrət İsa (ə), Kəhf mağarasının yeddi sakini, Musa (ə) peyğəmbərin canişini Yuşe,  Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari, Malik Əştər Nəxəi və Həmdan qəbiləsi olacaqdır. Müxtəlif hədislərdə həzrət İsanın (ə) vəzir, canişin, sərkərdə və hökümətin yüksən məsul şəxsi olduğu qeyd edilir.

İsa (ə) peyğəmbər həzrət Mehdiyə (ə.f) deyər: “Mən vəzir olaraq göndərildim, əmir və başçı olaraq yox”.

Aydın olur ki, həzrət İsa (ə) peyğəmbər həzrət Mehdinin (ə.f) vəziri, sirdaşı və naibi olacaqdır. “O zaman İsa (ə) yerə enər və Həzrət Qaimin (ə.f) maliyyə işlərini öhdəsinə götürər. Əsahibi-Kəhf də Onun arxasında olacaqlar”.

İmam Sadiq (ə) buyurur: Ali-Məhəmmədin Qiyamçısı (Qaim ə.f) qiyam edəndə yeddi nəfər Kəbənin arxasından dirilər. Onlar (aşağıdakılardan) ibarətdirlər: Musanın (ə) qövmündən beş nəfər; onlar haqqa hökm çıxarıb (məhkəmə qurub haqqa hökm ediblər) və ədalətlə rəftar ediblər, yeddi nəfər Əshabi- Kəhf, Musanın canişini Yuşə, Ali-Fironun mömini, Salman Farsi, Əbu Ducacə Ənsari və Malik Əştər.

Bəzi hədislərdə onların sayı 27 nəfər qeyd edilir, 4 nəfərinin Musanın (ə) qövmündən olduğu bildirilir. Başqa rəvayətdə Muğdadın da adı zikr edilir. Həzrət Əlidən (ə) söylənlən bir hədisdə “Həmdan qəbilsi onun vəzirləri olacaqdır” deyilir.

Göründüyü kimi, ideal cahanşümül ilahi dövlətdə ülul-əzm peyğəmbərdən tutmuş, din və tarixin böyük şəxsiyyətləri də təmsil olunacaqlar.

 

www.ahliman.info

Bu yazıya 1 Şərh edildi.

  • Elsen
    8 Dekabr 2016 14:27

    Ilahi Amin !!!

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Ayətullah Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”

Ayətullah Safi Gülpayiqani “Vilayəti müdafiənin rolu” simpoziumunda buyurmuşdur: “Bizim dilimiz Həzrət Zəhra (s.ə) şəxsiyyətini bəyan etməkdə acizdir. Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə)... Davamı..

Həzrət Zəhranın (s.ə) məqamı əhli-təsənnünün nəzərində

Həzrət Zəhranın (ə) ali məqamı ilə bağlı çox sayda kitablar yazılmış və çox sayda sözlər deyilmişdir. Ancaq buna baxmayaraq, bütün bunlar Xanımın... Davamı..

Nə üçün Peyğəmbərin (s) qızını (s.ə) “Fatimə” “Zəhra” adlandırıblar?

Allahın Rəsulu (s) buyurub: “Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.”[1]   İmam Sadiq (ə)... Davamı..

Bu gün bir rəvayatə görə Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadət günüdür

Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir.demək... Davamı..

Peyğəmbərimiz (s) çətinliklər zamanı hansı zikri tövsiyyə edərdi?

Çətinliklər zamanı oxunan ən yaxşı zikr Peyğəmbərdən (s) bizə tövsiyyə olunmuş zikrdir: Həzrət Məhəmməd (s) Peyğəmbər buyurub: “Bu zikr mənim ümmətimi çətinliklərdə... Davamı..

İmam Mehdi (ə.f) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar

Həzrət Mehdi əleyhissəlamın qeybə çəkilməsi, daha sonra isə qiyam edəcəyi İslam aləmində o qədər qəti olmuşdur ki, onun haqqında çoxlu sayda kitablar... Davamı..

İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət

Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq: 1.... Davamı..

İmam Əlinin (ə) Tövratdan seçdiyi 12 kəlam

Həzrət Əli (ə) buyurur: Tövratdan on iki ayə seçib ərəb dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram:   1.... Davamı..