Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Dekabr 13:37
Şərh Yoxdur
1726

İmam Həsən Əsgərinin (ə) şəhadətinə yer və göy əzadarlıq etdi

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin (ə) şəhadətinə yer və göy əzadarlıq etdi.

İmam Həsən Əsgərinin (ə) atası İmam Hadi (ə) Samirraya gətirilərək, Əsgəri adlı yerdə saxlanılıdı. Ona görə də İmam Həsənə (ə) Əsgəri ləqəbini vermişdilər. Künyəsi Əbu Muhəmməddir. Həzrətin (ə) başqa ləqəbi isə Zəkidir. (Erfan/Deyerler)

İmam Həsənin (ə) atası İmam Hadi (ə), anası isə pak banu Hədisədir. Bu xanım dövrünün ən mömin və dindar xanımlarından olmuşdur.

O zaman ki, İmam Həsənin (ə) şəhadət xəbəri Samirrada yayılır, şəhərə qəm hicabı örtülür. Əhli-təsənnün alimlərindən biri deyir: “O zaman ki, İmam Həsən Əsgərinin (ə) şəhadət xəbəri yayıldı, Samirra hərəkətə gəldi və nalə, fəğan etdilər. Bazarlar tətil etdi, mağazalar bağlandı”.

Dəfn mərasimində Bəni-Haşim, ordu komandirləri, şəhər qaziləri, şairlər və şəhərin başqa təbəqədən olan insanları iştirak edirdilər.

Həmin gün Samirra şəhəri Qiyaməti xatırladırdı.

İmamın (ə) şəhadətindən sonra Abbasi xəlifəsi elan edir ki, Həzrətin (ə) varisi olmadığına görə onun mal-dövləti anası və qardaşı Cəfər arasında bölünməlidir. O, bu yolla müsəlmanları imamətin sona çatması ilə ümidsiz etmək istəyirdi. Halbuki ondan qafil idi ki, Əhli-Beyt (ə) davamçıları İmam Zaman ağanın (ə.f) varlığından agah idilər.

İmam Həsənin (ə) mübarək cənazəsini evinin həyətində kəfənləyib, tabuta qoydular. Qardaşı Cəfər irəli getdi ki, cənazə namazını qılsın, o zaman ki, namazın təkbirini demək istəyirdi, qara saçları olan və dişləri bir qədər aralı olan bir uşaq irəli gəldi. Cəfərin paltarından tutdu və onu kənara çəkdi və dedi: “Əmi, kənara çəkil! Mən gərək atam üçün namaz qılım”. Cəfərin halı dəyişdi və kənara çəkildi. Həmin uşaq cənazə namazını qıldı və sonra İmamı (ə) evinin həyətində atası İmam Hadinin (ə) qəbrinin yanında dəfn etdilər.

İmam Həsən Əsgərinin (ə) həyatı zamanı fəaliyyətlərindən biri insanları İmam Zaman ağanın (ə) qeybinə hazırlamaq olmuşdur. Baxmayaraq ki, insanlarla əlaqəsi az idi, lakin öz əmr və məktublarını nəvvabları tərəfindən insanlara çatdıra bilirdi.

Əhməd ibni Əshaq nəql edir ki, İmam Həsəndən (ə) soruşdim ki, sizdən sonrakı İmam (ə) kimdir? İmam (ə) ayağa qalxdı və evin daxilinə getdi. Sonra üç yaşlı bir uşaqla ki, üzü Ay kimi parlayırdı, bayıra çıxdı. Sonra mənə buyurdu: “Ey Əhməd ibni Əshaq! Əgər Allaha və hüccətinə əziz olmasaydın, bu övladımı sənə göstərməzdim”.

İmam (ə) bu yolla özündən sonrakı canişinini ən yaxın səhabələrinə nişan verir və onları qeybə hazırlayırdı.

Hələbi adlı bir nəfər nəql edir: “Samirraya gəlmişdim və İmam Həsənin (ə) evindən çıxmasını gözləyirdim. Mənim yanımda bir cavan dayanmışdı. Ondan soruşdum ki, haradandır? Dedi: “Mədinədən”. Dedim: “Burada nə edirsən?”. Dedi: “Mən Əbuzərin nəvələrindənəm. Əbu Muhəmmədin (ə) imaməti barəsində nəzər ayrılığı vardır, gəlmişəm ki, onun nişanəsini görəm və qəlbim rahat olsun”.

Elə bu zaman İmam (ə) evindən çıxdı və bizə tərəf gələndə üzünü cavana çevirib buyurdu: “Sən Ğəffarisən?”.

Cavan dedi: “Bəli”.

İmam (ə) buyurdu: “Anan Həmdəviyyə nə edir?”.

Cavan dedi: “Yaxşıdır”.

İmam (ə) bu sözləri deyib uzaqlaşmağa başladı. Üzümü cavana çevirib dedim: “İmam (ə) səni əvvəllər görübdür?”.

Dedi: “Xeyr”.

Dedim: “Elə bu sənə kifayət etdi?”.

Dedi: “Bundan azı belə kifayətdir”.

İmam (ə) son nəfəsini verən zaman üzünü kiçik yaşlı oğluna çevirib, buyurdu: “Müjdə olsun sənə, ey oğlum ki, sən Sahibi Zamansan (ə.f). Sən Məhdi (ə) və yerin üzündə olan hüccətsən. Bu, atamdan və Peyğəmbərə (s) qədər olan atalarımdan bir əhddir”.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si (bu il 19 mart) dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın... Davamı..

Həzrət Zəhranın (s.ə) bu dünyada xüsusən sevdiyi 3 əməl

Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar. Xanım (s.ə)... Davamı..

Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq. 2 Hədis: İmam Rzadan (ə)... Davamı..

Peyğəmbər baş verən bir hadisəyə görə heç vaxt “Ey kaş belə olaydı, elə olaydı” deməzdi

İmam Səccad (ə) buyurur ki, “Xoşagəlməz” qəza-qədərə razı olmaq yəqinin ən yüksək rütbələrindəndir.” Hədisin izahı üçün ilk növbədə qəza-qədər işarə etmək lazımdır:... Davamı..

Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir

“Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür.” Hədisin bu hissəsi mütəvatir [1]... Davamı..

Həzrət Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurduqlarından

Həzrət Məhəmmədin (s) qızı Həzrət xanım Fatimeyi Zəhra (s.ə) haqqında buyurduqlarından bir qismini oxucularımıza təqdim edirik:   “Fatimə mənim bədənimin bir parçasıdır.... Davamı..

Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər

“Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər,... Davamı..

Ayətullah Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”

Ayətullah Safi Gülpayiqani “Vilayəti müdafiənin rolu” simpoziumunda buyurmuşdur: “Bizim dilimiz Həzrət Zəhra (s.ə) şəxsiyyətini bəyan etməkdə acizdir. Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə)... Davamı..