Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Dekabr 13:43
Şərh Yoxdur
1204

İnsanın əməli hansı 7 mərhələrdən keçməlidir?

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala səmanı xəlq etməzdən əvvəl yeddi mələk yaradır. Ondan sonra səmanı xəlq edir və hər birini səmanın gözətçisi qərar verir.

Yerdəki mələklər xəlqin əməllərini yazarlar və onlar səhərdən axşama qədər bəndələrin etdiyi əməlləri yazıb, səmaya göndərərlər.

Birinci səmada olangözətçi mələk (həmin əməli görən zaman) deyər: “Bu itaəti aparın və üzərinə möhür vurun ki, mən qeybət əhlinin gözətçisiyəm. Allah Təala mənə buyurmuşdur ki, hər kim qeybət edər, qoyma ki, əməli səndən keçsin”.

O əməl ki, qeybət əhlindən edilməmişdir, ikinci səmaya çatan zaman onun gözətçisi deyər: “Aparın və onun üzərinə möhür vurun ki, bunu dünya üçün etmişdir və məclisdəki insanlara (onunla) fəxr etmişdir. Mənə buyurublar ki, onun əməlini qadağan edəm”.

Sədəqə verənin, namaz qılanın, oruc tutanın əməli üçüncü səmaya çatanda gözətçi deyər: “Mən təkəbbür üçün vəzifələndirilmişəm və təkəbbürün əməlini qadağan edirəm”.

Əməl dördüncü səmaya çatanda gözətçi deyər: “Mən şöhrətpərəstlik üçün vəzifələndirilmişəm, əgər əməlində şöhrətpəsərstlik olarsa, qoymaram ki, məndən keçsin”.

Beşinci səmada olan gözətçi deyər: “Bu əməlin üzərinə möhür vurun və onun boynundan asın ki, mən həsəd üçün vəzifələndirilmişəm. Hər kim elm və əməldə dərəcəyə çatmışdır, ona həsəd aparmışdır”.

Altıncı səmadakı mələk deyər: “Bu əməli aparın və üzərinə möhür vurun ki, bəla və əziyyət çəkmiş heç kəsə rəhm etməmişdir, əslində şadlanmışdır. Mən rəhmət mələyiyəm və mənə buyurublar ki, rəhimsiz əməli qadağan edəm”.

Yeddinci səmadakı mələk deyər: “Bu əməlin üzərinə möhür vurun ki, o, bu əməldə Allahı istəməmişdir, əslində məqsədi alimlərin yanındakı məiyyəti olmuşdur ki, hər nə belə olarsa, riyadır və Allah Təala riya edənin əməlini qəbul etməz”. (Erfan/Deyerler)

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahında Məhərrəm ayına hazırlıq işləri görülür

Məhərrəm ayı astanasında İmam Hüseyn (ə) hərəmi qara parçalarla örtülür. İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) ziyarətgahında Məhərrəm ayının gəlişi münasibəti ilə... Davamı..

Hər kimdə bu üç şey olarsa, imanın dadını bilər

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, hər kimdə bu üç şey olmazsa imanının dadını hiss etməz: Allah Təalanın haram buyurduğu şeylərdən onu... Davamı..

Həqiqi ixlası necə əldə edək?

İxlas – dinimizin ən mühüm göstərişlərindəndir. İbadətdə ixlaslı olmaq – ən vacib məsələlərdəndir. Yəni, əməlini hər cür pisliklərdən paklayasan. İnsanın gördüyü və... Davamı..

Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic və həris adamla məşvərət etmə ki…

“Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər” [1]   İmam... Davamı..

Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür

“Allah öz ayələrini sizin üçün elə aydınlaşdırdı ki, bəlkə düşünəsiz.” [1]   İmam Əli (ə) düşünmək barəsində buyurur: “Düşünmək yaxşılığa və ona əməl... Davamı..

Ruhi şadlıq əldə etməyin 6 yolu

İnsanın bu həyatdakı ehtiyaclarından biri də şad olmasıdır. Şadlıq – batini bir həyəcandır ki, insana fəaliyyət göstərməkdə yardım edir. İnsana kömək edir... Davamı..

Mömini, mömin edən onun dili deyil, əməlidir

Heç bir tərəzi insan qəlbinin pak və napaklığının səviyyəsini ölçə bilməz. Ancaq o zaman ki, mömin əməl meydanına daxil olur, imanının səviyyəsini... Davamı..

Ailəyə məhəbbət insanın imanını artırar

Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınızı çoxlu öpün, çünki hər öpüşdə sizin üçün dərəcə vardır”. Övladı öpmək valideyn ilə uşaq arasında səmimi bağları möhkəmləndirər... Davamı..