Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Dekabr 15:22
Şərh Yoxdur
1134

Ədalət Onun (ə.f) mübarək əllərindədir

Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir. Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər. (Məhdi (ə)) hökumətin iş görənlərini pis əməllərinə görə cəzalandıracaqdır. Haqq hökumətindəki aydın ədaləti sizə göstərəcəkdir”. (Erfan/Deyerler)

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Bilin ki, bizlərdən o kəs ki, (Məhdi (ə)) gələcəkdəki fitnələri dərk edər, aydın çıraqla ona (tərəf) addım atar və salehlərin həmin yolu ilə rəftar edər. Düyünləri açar, qulları və əsir millətləri azad edər, yolunu azmış və zalım cəmiyyəti dağıdar, haqq axtaranları cəm edər”.

Həzrət (ə) buyurur: “Məhdinin (ə) dövlətinin bərqərar olduğu zamanda sular artacaqdır və çaylar daşacaqdır. Yerin bərəkəti çoxalacaqdır və xəzinələr çıxardılacaqdır”.

Həzrət Məhdinin (ə) getdiyi yol – salehlərin yoludur. İmam Əli (ə) bu haqda buyurur: “Allahım, sən bilirsn ki, o şey ki, bizim tərəfimizdən (Əhli-Beytin (ə)) həyata keçir, dünya sərvətini, hökumətini və qüdrətini əldə etmək üçün deyildir. Əslində istəyirik ki, Sənin haqq və dininin nişanələrini öz yerinə qaytaraq. Sənin diyarında islahatlar edək ki, zülm görmüş bəndələrin məhrumluqdan nicat tapsın, sülh içində yaşasın. Unudulmuş qanunların yenidən icra olunsun”.

İmam Əli (ə) zühur əsrindəki nemətlər barəsində buyurur: “Həzrət Məhdinin (ə.f) zühuru zamanı torpaq qəlbinin meyvələrini onun üçün bayıra tökəcəkdir və açarlarını da ona tapşıracaqdır”.

Bəli, Əmirəl-mömininin (ə) buyurduğu kimi, İmam Məhdinin (ə) yolu öz ata və babalarının, salehlərin yoludur. O, ədaləti yer üzündə bərqərar edəcək və zalımların cəzasını verəcəkdir. Allah Təala, Ağanın (ə.f) zühurunu tezləşdirsin və zühurun bərəkətlərini öz gözümüzlə görməyi bizə də nəsib etsin. Amin.

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Zühur zamanı millətçilik olacaqmı?

Həzrət Mehdi (ə.f) zühur etdikdə heç bir milli və irqi ayrıseçkiliyə yol verilməyəcək. Bu müddəanın bir sıra dəlilləri var:   1. Həzrətin... Davamı..

İmam Əlinin (ə) 13 mühüm vəsiyyəti

1. “Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.” 2. “Dünyada əlinizdən çıxan... Davamı..

Ey Əbuzər! Məbada uzun-uzadı arzulara qapılmaqla, görüləsi mühüm olan işlərini təxirə salasan

“Ey Əbuzər! Məbada uzun-uzadı arzulara qapılmaqla, görüləsi mühüm olan işlərini təxirə salasan”. Həzrətin (s) bu sözləri öncə dediklərinin davamıdır. O, burada da... Davamı..

Darda qalan bir kimsə Onu çağırdığı zaman, Ona cavab verən şəxs kimdir?

“(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran,... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si (bu il 19 mart) dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın... Davamı..

Həzrət Zəhranın (s.ə) bu dünyada xüsusən sevdiyi 3 əməl

Həzrət Zəhra (s.ə) bütün müsəlmanlar üçün örnək və nümunədir. Onun həyat tərzinə nəzər salaraq, çox sayda ibrət dərsləri götürmək olar. Xanım (s.ə)... Davamı..

Həzrət İmam Rzadan (ə) hədislər

1 Hədis: İmanın dörd əsası var: Allaha təvəkkül, Allahın verdiklərindən razı qalmaq, Allahın əmrlərinə təslim olmaq, işləri Allaha tapışırmaq. 2 Hədis: İmam Rzadan (ə)... Davamı..