Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Dekabr 13:03
Şərh Yoxdur
1940

İmam Əlinin (ə) adı ilə məşhur olan surə hansıdır?

Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Hər kəs cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir”. (Tebyan/Deyerler)

“Vaqiə” surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.

“Vaqiə” surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.

Bu surədə adı çəkilən vaqiə – Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır.

“Vaqiə” surəsi Qiyamət gününün xüsusiyyətlərindən bəhs edir. Ancaq onun məzmununu 8 hissədə xilasə etmək olar:

1. Qiyamətin başlaması və onun qorxulu hadisələri.

2. O günü insanların qruplara ayrılması.

3. Qürb əhlinin məqamları və behiştdəki müxtəlif savabları.

4. Əshabi-yəminin halının şərhi və onlara verilən İlahi nemətlər.

5. Əshabi-şimalın halı və onlara verilən əzablar.

6. Məadın müxtəlif məsələlərinin zikri.

7. Can verən insanın halının təsvir edilməsi və başqa dünyaya köçməsi.

8. Möminlərin mükafatı və kafirlərin əzabına qısa nəzər.

 

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Qurani Kərim ” Xəbərləri

Mömin şəxsin qəbrinin üstünə 7 dəfə “Qədr” surəsini oxumağın savabı

Həzrət Məhəmməd (s) pеyğәmbәr buyurub: مَنْ سَرَّ مُؤْمِناً فَقَدْ سَرَّنِي وَ مَنْ سَرَّنِي فَقَدْ سَرَّ اللَّهَ “Hәr kim mömini хоşhаl еtsә, mәni... Davamı..

Quranda adı çəkilən 11 qadın

Quranda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq: 1. Həvva. Həvva Həzrət Adəmin (ə) həyat... Davamı..

Hər kim “Duxan” surəsini oxuyar, 70 min mələk onun üçün istiğfar edər

“Duxan” surəsi müqəddəs Quranın 44-cu surəsidir,  59 ayəsi vardır və Məkkədə nazil olub. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Duxan” surəsini cümə gününün... Davamı..

İnsan “Mursəlat” surəsini oxuyarsa, Allah Qiyamət günü onunla Peyğəmbər (s) arasında tanışlıq yaradar

“Mursəlat” surəsi Quranın 77-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 50 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim... Davamı..

Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz

  “Hədid” surəsi Mədinədə nazil olmuşdur, Quranın 57-ci surəsidir, 29 ayəsi vardır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Hədid” surəsini oxuyar, o... Davamı..

Cinlər necə varlıqdır? – Qurani-Kərimdən öyrənək

İlahi baxışa görə, bu dünya ancaq gördüklərimizdən ibarət deyildir, yəni zahirdə gördüklərimizdən qeyriləri də mövcuddur. İnsan gərək göydəki bir neçə milyard ulduzu... Davamı..

Çətin işləri asanlaşdırar – “Qəmər” surəsinin fəzilətləri

“Qəmər” surəsi – Quranın 54-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 55 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər... Davamı..

“Yusif” surəsini oxuyan Qiyamət günü Həzrət Yusif (ə) kimi gözəl olar

“Yusif” surəsi Quranın 12-ci surəsidir və 111 ayəsi vardır, Məkkidir (Məkkədə nazil olmuşdur). Həzrət Peyğəmbər (s) buyurur: ““Yusif” surəsini əlinizin altında işləyənlərə... Davamı..