Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Noyabr 12:25
Şərh Yoxdur
1477

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

İmam Sadiq (ə) nəql edir: “Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: “Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam”. Və soruşurlar ki, bu işi kim görəcəkdir? Həzrət buyurur: Bu işi həyat yoldaşım Cödə – Əşəs ibni Qeysin qızı görəcəkdir. Müaviyyə gizli şəkildə ona zəhər göndərəcəkdir və ona əmr edəcəkdir ki, bu zəhəri mənə içizdirsin”. Deyirlər ki, onu evindən çıxart. Buyurur: “Onu evimdən necə çıxardım ki, hələ bir iş görməmişdir. Əgər onu evimdən çıxartsam, ondan qeyrisi məni öldürməyəcəkdir. İnsanların yanında (Cödənin) üzrlü səbəbi olacaqdır ki, cinayət etmədən məni evindən çıxartdı”.

Təbii ki, İmam (ə) bunun nə zaman baş verəcəyini dəqiq bilmirdi, belə ki, əks təqdirdə bu zəhərin içilməsinin qarçısını ala bilərdi.

Bir müddət sonra Müaviyyə çoxlu mal ilə bir yerdə öldürücü zəhəri də Cödə üçün göndərir. Ona xəbər göndərir ki, əgər bu zəhəri İmam Həsənə (ə) içizdirsə, ona yüz min dirhəm verəcək və oğlu Yezidlə evləndirəcəkdir. Ona görə də bu qadın İmamı (ə) öldürmək üçün cürət edir.

Həzrət (ə) bir gün oruc tutmuşdu və həmin gün çox isti idi və susuzluq ona təsir etmişdi. İftar zamanı çox susuzlamışdı. Həmin qadın süddən şərbət düzəldir və zəhəri də içinə tökür. Sonra İmama (ə) verir və İmam Həsən (ə) də onu içir. İçən zaman zəhəri hiss edir və buyurur: “İnnə lilləh və inna ileyhi raciun”. Sonra Allaha həmd edir ki, bu fani dünyadan cavidan dünyaya yollanır. Babasını, atasını, anasını, əmisi Cəfəri və Həmzəni görəcəkdir.

Üzünü Cödəyə çevirir və buyurur: “Məni öldürdün, Allah da səni öldürsün. Allaha and olsun ki, məndən sonra canişinin olmayacaqdır. Həmin şəxs səni aldatdı, Allah səni və onu Öz əzabı ilə xar etsin”. Həzrət Həsən (ə) iki gün məşəqqət çəkdi və şəhadətə çatdı…

Müaviyyə də həmişəki kimi vədinə əməl etmədi və vədə verdiyi pulu verdi, ancaq Yezidlə evləndirmədi. O, demişdi: “O kəs ki, Həsənə (ə) vəfa etmədi, Yezidə də vəfa etməyəcəkdir”. 

 

www.ahliman.info

Bir Şərh Yazın

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün islam peyğəmbəri Həzrət Məhəmmədin (s) vəfatı, İmam Həsənin (ə.s) şəhadət günüdür

Bu gün hicri-qəməri tarixi ilə Səfər ayının 28-i, İslam peyğəmbəri həzrət Məhəmmədin (s) vəfatının ildönümü və O həzrətin əziz nəvəsi İmam Həsənin (ə.s) şəhadət... Davamı..

Həzrət Əli (ə) İmam Zaman ağanın (ə.f) zühurundan əvvəlki vəziyyətin əlamətləri barədə buyurmuşdur…

İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) zühurundan əvvəlki vəziyyətə işarə edən kəlamlar bəyan etmişdir ki, onlarla tanış olaq.   Həzrət Əli (ə) 150-ci xütbədə... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..

İmam Əlinin (ə) kəramətinin nümayişinə 70 nəfərdən yalnız biri dözdü

İmam Baqir (ə) buyurur: “Bir gün Əli ibn Əbutalib (ə) səhabələrinin arasında idi və onlardan biri dedi: “Ya Əmirəl-möminin! Əgər mümkündürsə bizə... Davamı..

Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi

İmam Hüseyn (ə) də başqa İmamlar (ə) kimi, dövrünün yolunu azmışlarını hidayət edir və günahkarlarını günahlarını tərk etməyə vadar edirdi. Günahkarların tövbəsini qəbul edir və onları səadətə tərəf... Davamı..

İmam Zaman (ə.f) hökümətinin məmurları kimlər olacaqlar?

İmam Mehdinin (ə.f) quracağı dövlətin başında bizim tarixdən artıq tanıdığımız məhşur şəxlər dayanacaqdır. Onlar həzrət İsa (ə), Kəhf mağarasının yeddi sakini, Musa... Davamı..

İmam Hüseyndən (ə) gözəl hədislər

Bu yazımızda, əziz oxucularımıza imam Hüseynin (ə) hədislərindən bir neçəsini təqdim edirik:   ”Salamın 70 savabı var. Bunun 69 hissəsi salam verənə, bir... Davamı..

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..