Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Noyabr 14:22
Şərh Yoxdur
1448

Gözəl əxlaq 10 şeydən ibarətdir – Məsumların (ə) dilindən gözəl əxlaqın nişanələri

Həzrət Peyğəmbərin (s) gözəl sifətləri çox idi, ancaq onların arasından Quran məhz Həzrətin hüsnü əxlaqına diqqət etmiş və onu mədh etmişdir. “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).

 

Bu yolla Quran demək istəyir ki, bütün gözəl sifətlərin başında hüsnü-əxlaq durur. Gözəl əxlaqla bağlı Məsumların (ə) kəlamlarına diqqət edək.

İmam Əli (ə) buyurur: “Necə də çoxdur o əzizlər ki, pis əxlaqlarına görə zəlil olurlar və zəlillər ki, hüsni əxlaqına görə əziz olurlar”.

 

İmam Həsən (ə) buyurur: “Xoş əxlaq hər bir yaxşı işin başlanğıcıdır”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hüsni əxlaq odur ki, əgər müvəffəq olsan razı olasan, əgər olmasan əsəbləşməyəsən”. (Həvzəh/Deyerler)

 

İmam Əli (ə) buyurur: “İnsan gözəl əxlaqı sayəsində oruc tutan namazqılanların dərəcəsinə çatar”.

 

İmam Sadiq (ə) buyurur: “Məkarim əxlaq on şeydir: yəqin, qənaət, səbir, şükür, mülayimlik, gözəl əxlaq, səxavət, qeyrət, şücaət, alicənablıq”.

 

İmam Əli (ə) buyurur: “Məkarim əxlaq odur ki, o kəs ki, səninlə rabitəsini kəsibdir, sən onunla rabitə qurasan. Əgər səni məhrum edibdirsə, sən ona əta edəsən. Əgər sənə zülm edibdirsə, onu bağışlayasan”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanda simiclik və pis əxlaq cəm olmaz”.

 

İmam Sadiq (ə) buyurur: “Gözəl əxlaq əlaqələri möhkəm edər”.

 

www.ahliman.İnfo

Bir Şərh Yazın

Digər “Mənəviyyat ” Xəbərləri

Rəbiəl-əvvəl ayında bərəkətlərdən qafil olmayaq

Məhərrəm və Səfər ayı bütün cilvəsi və gözəlliyi ilə arxada qaldı. İndi bərəkətlə dolu Rəbiəl-əvvəl ayına qədəm basmışıq. Rəbiəl-əvvəl ayı adından da... Davamı..

Allahın ən yaxşı zikri – təsbihdir

”Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 41-42). Allahı yada salmaq ancaq dildə olmur,... Davamı..

Müqəddəs Ərdəbilinin Həzrəti Musaya (ə) cavabı

Əhməd ibni Muhəmməd Ərdəbili – Müqəddəs Ərdəbili adı ilə məşhur olan 10-cu hicri əsrinin ən böyük alimlərindəndir. Bu, o böyük alimdir ki,... Davamı..

Ruzinin artmasına səbəb olan 40 əməl

1-Təqvalı olmaq və günahlardan çəkinmək: Allah-təala buyurmuşdur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət... Davamı..

Ərbəin gününün əməlləri

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) «Ərbəin ziyarətnaməsi»ni... Davamı..

Möminlərin ruhları ölümdən sonra hansı simada olar?

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ölsə, onun Qiyaməti bərpa olar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “İlahi övliyalar ölmürlər, lakin bir... Davamı..

İmam Mehdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?

İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:   İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”.  ... Davamı..

Bütün keçmiş günahların bağışlanmasına səbəb olan əməl

İmam Sadiq (ə) Hüseyn ibni Suyərə buyurur: “Ey Hüseyn! Hər kim evindən çıxar və niyyəti Həzrət Hüseyn ibni Əlinin (ə) qəbrinin ziyarəti olar, əgər... Davamı..